şənbə günü, 31 oktyabr 2026
     

ABŞ-da 2024 seçkiləri - cəmiyyət heç vaxt belə parçalanmayıb...

Image


ABŞ-da 2024-cü il noyabrın 5-nə təyin edilmiş prezident seçkiləri ölkənin yaxın tarixinin ən mübahisəli seçkilərindən biri kimi tarixə düşəcək. Respublikaçıların prezidentliyə namizədi Donald Tramp bildirib ki, onun rəqibi, Demokratlar Partiyasının namizədi Kamala Harris qalib gəlsə, yaxınlaşmaqda olan III Dünya müharibəsini dayandıra bilməyəcək. 

O, Harrisin qələbəsinin "demokratiyanın sonu" olacağını bildirir. Harrisin tərəfdarları da öz növbəsində Trampın hakimiyyətə gəlməsinin fəlakət olacağını iddia edirlər.

Namizədlərin səsvermədə dəstək rəqəmləri çox yaxındır. Lakin seçkinin nəticəsindən asılı olmayaraq, Amerika cəmiyyəti tarixdə heç vaxt olmadığı qədər parçalanıb. Hesab edilir    ki, 7 "tərəddüdlü ştat" ABŞ-ın 47-ci prezidentini müəyyənləşdirmək baxımından çox önəmli rol oynayacaq. Əslində, seçkinin sonucu bu ştatlar arasında paylanmış cəmi 150 min səsdən asılı ola bilər. Məlumat üçün bildirək ki, "tərəddüdlü ştatlar" ABŞ-ın növbəti prezidentinin kim olacağının müəyyənləşdiyi və mübarizənin gərgin keçdiyi ştatlardır. Belə ştatlar "yelləncək ştatlar" da adlanır. Builki belə ştatlar Pensilvaniya, Miçiqan, Viskonsin, Arizona, Nevada, Corciya və Şimali Karolinadır. Prezident sisteminə sahib olan bir çox başqa ölkələrdən fərqli olaraq, ABŞ öz liderini ümumxalq səsverməsi ilə seçmir. Prezident seçkisinin qalibini ayrı-ayrı ştatlarda keçirilən seçkilərin nəticəsi müəyyənləşdirir. 50 ştatın hər birində və Kolumbiya əyalətində siyasi idarələrə təyinatlar, səsvermənin nəticələri və hər dörd ildən bir Ağ Evə göndəriləcək namizədin seçilməsi noyabır ayının ilk çərşənbə axşamı müəyyən olunur. Bu hal1845-ci ildən mövcuddur. Qeyd edək ki, 19-cu əsrin ortalarında ABŞ sakinlərinin əksəriyyətini fermerlər təşkil edirdi. Bazar günləri onlar mütləq şəkildə kilsələrə baş çəkirdilər, bu səbəbdən seçki prosesinə laqeydlik yarana bilərdi. Şəhərlər böyük olduğundan seçki məntəqələrinə çatmaq üçün də xeyli vaxt tələb olunurdu. Elə o ovaxtdan ən yaxşı variant kimi qərara alınıb ki, seçkiləri çərşənbə axşamı keçirilsin. Noyabr ayı da təsadüfi seçilməyib. Bu ayda əksər təsərrüfat işləri bitir,  həm də yollarda vəziyyəti çətinləşdirən qar mövsümü hələ başlamamış olur. Hazırda ABŞ-da fermerlər əhalinin çox hissəsini təşkil etməsələr də, təxminən iki əsr bundan əvvəl qoyulmuş seçki ənənələri qorunub saxlanılır. ABŞ federal hüququ səs vermək üçün minimum yaş həddini 18 yaş kimi müəyyənləşdirib. Burada seçkilərin keçirilməsinə, seçki qeydiyyatına, seçki yerinə və qiyabi səsvermənin necə keçirildiyinə dair 50 müxtəlif ştat və onların qanunlarının mövcud olduğu bir qarışıq sistem var. Seçkilərin bütün bu incəlikləri federal qanunlar deyil, ştat qanunları ilə tənzimlənir.

Son illər "erkən səsvermə" sistemi də inkişaf edib. Artıq ABŞ-da keçirilən seçkilərdə erkən səsvermədə təxminən 70 milyon amerikalı iştirak edib. Bir çox ştatda seçki günündən əvvəl həm poçt, həm də şəxsən səsverməyə çağırışlar görünməmiş erkən səsvermə dalğasına səbəb olub. Konstitusiyaya əsasən, prezidentə səs verən insanlar əslində 538 nəfərdən ibarət Seçiçilər Kollegiyasını seçir.   1787-ci ildə ABŞ Konstitutsiyası tərtib olunanda heç bir Avropa millətində vətəndaşlar dövlət başçısını birbaşa seçmirdilər. Ona görə də konstitusiyanın müəllifləri iki-mərhələli sistem təsis etdilər ki, buna əsasən xalq səs verir və onların səslərini Seçki Kollegiyası adlanan kiçik qrup qeydiyyadan keçirir. Ümummilli səsvermədən sonra hər ştatın nümayəndələri toplaşaraq prezident seçirlər. Həmin seçicilər hər ştatdan olan Konqres nümayəndəliyinin ekvivalentidir. Ştatda hansı namizəd qalib gəlirsə bütün elektorları da o götürür. Seçiciləri verilmiş səslərə proporsional şəkildə müəyyən edən Nebraska və Meyn ştatları istisna təşkil edir. Həmçinin Kolumbiya Mahalı kimi qeyri-ştat əraziləri təmsil edən üç əlavə elektor da var ki, bunların cəmi 538 edir.Sadə 270 elektoral səs çoxluğu prezidenti müəyyən edir. Amma əgər heç bir namizəd həmin səsi toplaya bilməsə, onda Kontitutsiya prezidenti seçməyi Nümayəndələr Palatasına həvalə edir, hərçənd ki, bu, son 200 ildə baş verməyib. Əksər hallarda ümumi səsverməni qazanan namizəd elektoral səsverməni qazanır. 2000-ci ildə isə situasiya fərqli oldu. Demokrat Al Qor Corc Buşdan yarım milyon əlavə səs və 266 elektoral səs toplamışdı. Amma onun rəqibi Florida ştatında cüzi üstünlüyə malik idi.

Qor ştatda səslərin yenidən sayılmasını tələb etdi. Buş isə məsələni Ali Məhkəməyə çıxardı. Məhkəmə Respublikaçı namizədin tərəfini saxlayaraq ona 25 elektoral səs və bununla da Ağ Evi verdi. Beləliklə,  müəyyən bir ştatda səslərin əksər çoxluğunu qazanmış namizəd hətta cüzi üstünlük əldə etdiyi halda belə bu ştatı Kollegiyada təmsil edən bütün seçkiçilərin səsini götürür. Men və Nebraska ştatlarının hər birində daha çox səs toplamış namizəd iki seçkiçinin səsini almaqla yanası, daha bir seçki nümayəndəsini   isə ABŞ Konqresinə nümayəndə göndərən hər bir ştatın seçki dairəsində qələbə qazandığına görə alır. Ölkənin qurucuları Seçki Kollegiyasını milli hökümətlə ştatlar arasında səlahiyyətlərin bölgüsünü aparmağa imkan verən təsisat kimi yaradıblar. Seçki Kollegiyası kimi prezident seçkisi sisteminə uyğun olaraq, seçicilərin əksər səs çoxluğu hələ seçkilərdə qələbə qazanmaq demək deyil. Eynən bu da istisna deyil ki, hər bir ştatda keçirilən seçkilərin nəticələrinə uyğun olaraq seçki nümayəndlərinin səsvermələrinin nəticələri bütövlükdə ölkədə keçirilən səsvermənin nəticələrindən fərqli nəticələr verə bilər. Hər bir ştatda əhalinin sayına görə müəyyən miqdarda kollegiya üzvləri var. Namizədlər is qeyd edildiyi kimi seçkidə qələbə qazanmaq üçün 538 kollegiya üzvünün an azı 270-nin səsini toplamalıdır. Onu da bildirək ki, bir neçə istisna xaric, hər bir ştatın seçki kollegiyası səslərinin hamısını həmin ştatda ən çox səs toplayan namizədə verir. Məsələn, Pensilvaniyada xalq səsverməsinin qalibi seçki kollegiyasının 19 səsini alır. Alyaska, Şimali Dakota, Cənubi Dakota, Vermont, Vayominq və Kolumbiya Dairəsinin hərəsinin üç seçki kollegiyası səsi var. Ən çox Seçki kollegiyası səsinə malik ştatlarsa 54 səslə Kaliforniya, 40 səslə Texas, 30 səslə Florida və 28 səslə Nyu-Yorkdur. 38 ştatda əsrin başlanğıcından bəri eyni partiya bütün prezident seçkilərində səslərin çoxunu əldə edib və çox vaxt böyük fərqlə qələbə qazanıb. Yalnız 12 ştat 2000-ci ildən bəri azı bir dəfə fərqli nəticə göstərib. Bəzi ştatlarda isə eyni partiya üstünlüyü bundan da uzun müddət qoruyub saxlayıb. Məsələn, Minnesotada seçicilər ta 1976-cı ildən bəri səslərin çoxunu Demokratlara veriblər. Texasda isə seçicilər 1980-ci ildən bəri daim Respublikaçılara səs verirlər.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ