Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Ermənistanda Zəngəzur dəhlizinin açılışına hazırlıqlar başladı...

Image


Azərbaycanla kommunikasiyaların açılması prosesində daim “dəhliz məntiqi”nin müzakirə olunmadığını bəyan edən Ermənistan hakimiyyəti Azərbaycana veriləcək “maneəsiz keçid”i gündəmə gətirib. Bu barədə yazan Ermənistanın “Qraparak” nəşri bir neçə gün öncə bu yöndə açıqlama verən Ermənistan parlamentinin spikeri Alen Simonyanın dediklərini xatırladır.

Simonyan bildirmişdi ki, Azərbaycana dəmir yolu vasitəsilə “möhürlü yüklərin yoxlanılmadan sürətli keçidini” təmin etməyə hazırdırlar. Onun sözlərinə görə, bu yanaşma sonradan yük maşınları və sərnişinlər üçün də nəzərdən keçirilə bilər.

Məqalədə xatırladılıb ki, bu, faktiki olaraq dəhliz məntiqinə uyğundur, sadəcə, Ermənistan hakimiyyəti “dəhliz” sözünü işlətmir. Erməni ekspertlər bildirirlər ki, hakimiyyət Azərbaycan yüklərinin yoxlamasız Ermənistan ərazisindən keçməsinə razılıq verərsə, Bakı faktiki olaraq tələb etdiyi dəhlizi alacaq. Siyasi şərhçi Hakob Badalyan “Azatutyun”a müsahibəsində bildirib: “Naxçıvandan Azərbaycanın qərb bölgələrinə yoxlamasız hərəkətə icazə versək, başqa sözlə, Naxçıvanla Azərbaycan arasında nəzarətsiz əlaqəyə yol versək, bu, de-fakto dəhliz təmin etmək deməkdir”. Politoloq Samvel Meliksetyan da vurğuladı ki, yoxlamaların olmaması əslində dəhliz deməkdir: “Yoxlamalar yoxdursa, bu, dəhliz deməkdir, yəni sərhədi keçiblər, davam ediblər, yenidən keçiblər və nəzarət, rüsum və sairə olmayıb... Amma belə olan halda Bakının hələ də müsbət cavab verməməsi qəribədir”. Bir daha qeyd edək ki, Ermənistanın müxtəlif hökumət rəsmiləri Bakını maneəsiz tranzitlə təmin etməyə hazır olduqlarını bir daha təsdiqləyərək, bütün qanuni prosedurlara əməl ediləcəyini vurğulayıblar. Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Arman Eqoyan bu xüsusda bildirib: “Ermənistan Respublikasının ərazisindən keçən istənilən yük yoxlanılmırsa, heç olmasa nəzarətə götürülməlidir. Yəni Ermənistan öz ərazisindən nələrin keçdiyini bilməlidir. İndi müxtəlif texniki vasitələr var. Digər ölkələrdən gələn yüklərdə olduğu kimi, hesab edirəm ki, müəyyən yoxlamalar aparılmalıdır”. Eyni zamanda, daha bir mühüm sual qaranlıq olaraq qalır: Ermənistan yük haqqında məlumatı Bakının özündən almaqla məhdudlaşdıra və bunu kifayət hesab edə bilərmi? Akop Badalyan bu variantı “dəhliz məntiqinin” bir hissəsi hesab edir: “Ermənistan yalnız Azərbaycanın şərəf sözünə və ya bu marşruta nəzarətlə bağlı bəyanatlarına arxalanırsa, bunu Ermənistanın suverenliyi adlandırmaq olarmı? Əlbəttə, yox”. Bu kontekstdə Samvel Meliksetyan qarşılıqlılıq prinsipinin vacibliyini vurğulayır. Ancaq bu vəziyyətdə belə bir problem var: “Bu mexanizm əsasən vahid gömrük zonasında yerləşən ölkələr arasında işləyir. Yükün keçdiyi tərəflərdən biri onun məzmununu bəyan edir və məlumatı yük zonadan çıxmazdan əvvəl fakt kimi qəbul edən digər tərəfə ötürür. Ermənistan və Azərbaycanın belə sazişləri yoxdur, ona görə də bunun necə həyata keçirilə biləcəyini təsəvvür etmək çətindir”.

Bakı artıq dörd ildir ki, yoxlamasız yol tələb edir. Bu illər ərzində Ermənistan hakimiyyəti məsələnin özəl mühafizə şirkətinə verilməsindən tutmuş sadələşdirilmiş nəzarət prosedurlarına qədər müxtəlif variantları təklif edib. Hakim partiyanın nümayəndələri kimi Samvel Meliksetyan da hesab edir ki, təkliflərin təfərrüatlarının açıqlanması danışıqlara zərər verə bilər: “Münaqişəli danışıqlarda tərəflər açıq formatda danışıqlara razılıq verməsələr, danışıqlar prosesinin təfərrüatlarının açıqlanması adətən zərərli hesab olunur”. Lakin Akop Badalyan bu arqumenti inandırıcı saymır. Onun fikrincə, əgər Ermənistan hakimiyyəti əmin edir ki, suverenliyin pozulmasından söhbət getmir, o zaman sual yaranır: təkliflər niyə məxfiləşdirilib? Bu, yalnız bəyan edilmiş prinsiplərdən yayınma şübhələrini artırır: “Və bu, təbii ki, bu təkliflərin müddəalarının ictimaiyyətə təqdim edilməsinin çətin olması ilə bağlı şübhələri gücləndirir. Əgər onların açıqlanması danışıqlara zərər verə bilərsə, o zaman onların Ermənistan cəmiyyətində, yumşaq desək, müqavimətə və narazılığa səbəb ola biləcəyini düşünmək məntiqlidir ”. Ermənistan rəsmilərinin bildirdiyinə görə, Bakı hələ də İrəvanın təkliflərinə yazılı cavab verməyib. Lakin Azərbaycan Xarici İşlər Nazirliyi bu yaxınlarda bu təklifləri “heç bir praktiki əhəmiyyət kəsb etmir” kimi qiymətləndirib. Ermənistan yaxşı başa düşür ki, dəhliz açılmayacağı təqdirdə baş nazir Nikol Paşinyanın irəli sürdüyü “sülh kəsişmə”si və bunun kimi bir sıra gülüş doğuran layihələrin regionda heç bir əhəmiyyəti və önəmi yoxdur. Ona görə də Zəngəzur dəhlizi layihəsi əvvəl-axır reallaşacaq. Zəngəzur dəhlizi təkcə Azərbaycanın iqtisadi inkişafına deyil, həm də regional əməkdaşlığın güclənməsinə töhfə verəcək. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi ölkəni Avrasiyanın əhəmiyyətli logistika mərkəzlərindən birinə çevirir. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan işlər də ölkənin tranzit potensialını daha da artıracaq. Azərbaycan artıq bu dəhlizin açılması üçün bir sıra konkret addımlar atıb. “İnfrastruktur layihələrinə böyük investisiyalar qoyulub, dəmir yolu və avtomobil yollarının çəkilməsi istiqamətində ciddi irəliləyişlər var. Beynəlxalq tərəfdaşlarla da bu mövzuda intensiv danışıqlar aparılır. Əsas məsələ indi Ermənistan tərəfinin konstruktiv yanaşma nümayiş etdirməsidir. Ermənistan bu prosesə mane olmaq əvəzinə, əməkdaşlığa yönəlsə, özü üçün də yeni imkanlar yarada bilər. Beynəlxalq nəqliyyat marşrutlarının diversifikasiyası, yeni ticarət imkanları və ümumi sabitlik bu layihənin həyata keçirilməsindən birbaşa asılıdır.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ