Bazar ertəsi günü, 09 noyabr 2026
     

İran-Ermənistan münasibətlərində yeni isinişmə - Rusiya-İran gərginliyindən sonra təsadüfdür?..

Image


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İran İslam Respublikasının Ermənistan Respublikasına yeni təyin olunmuş səfiri Mehdi Sobhani ilə görüşüb. Ermənistan Xarici İşlər Nazirliyindən bildirilir ki, Mirzoyan Mehdi Sobhanini vəzifəyə təyin olunması münasibətilə təbrik edib, səfirin iki dost və qonşu ölkə arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyinə ümid etdiyini bildirib.

Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması ətrafında son müzakirələrə toxunan Ararat Mirzoyan vurğulayıb ki, erməni tərəfinin səyləri Cənubi Qafqazda bütün region xalqları üçün faydalı olacaq davamlı sülhün bərqərar olmasına yönəlib. Tərəflər mövcud problemlərin sülh və danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıblar. A.Mirzoyan ənənəsinə sadiq qalaraq yenə də Azərbaycanın əleyhinə saxta ittihamlar səsləndirib, Laçın yolunun guya bağlandığı barədə şər-böhtanlarını səsləndirib.

Yeri gəlmişkən, Mehdi Sobhani İranın Azərbaycandakı səfirliyinin 2-ci katibi, Ukraynadakı səfirinin müavini, Türkmənistandakı səfirin müavini, Pakistanın Kəraçi şəhərində baş konsul, İranın Suriyadakı səfiri, İran XİN-in Qərbi Asiya İdarəsinin baş direktoru və nazirliyin Strategiya İdarəsinin baş direktoru vəzifəsində çalışıb.

Bu görüşdən sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Tehrana səfər edib. Bu barədə Ermənistan XİN sözçüsü "Twitter"də bildirib. Səfər çərçivəsində Ermənistan və İran XİN başçılarının görüşü, mətbuata birgə bəyanat nəzərdə tutulur.

Maraqlıdır ki, Ermənistan-İran yaxınlaşması  həm də Rusiya ilə İran arasındakı münasibətlərin gərgin olduğu bir dönəmə təsadüf edir. Ermənistan belə həssas məqamda İrandan nə istəyir?

Müstəqil siyasətçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, təqribən 2 ay əvvəl ABŞ-ın  Respublikaçılar İnstitutu Ermənistanda rəy sorğusu keçirib və maraqlı nəticələr ortaya çıxıb. Məlum oldu ki, ermənilər özlərinin təhlükəsizliyinin təminatçısı  kimi birinci yerdə İranı görürlər. Əhalinin 54 faizi Ermənistanın təhlükəsizliyinin əsas təminatçısının  İran olduğunu deyir. İkinci yerdə Fransa, yalnız üçüncü yerdə Rusiyanın adı çəkilib. Ermənistan rəsmilərinin İrana tez - tez səfər etməsinin kökündə də bu səbəb dayanır. Demək istəyir ki, “biz səni özümüzün əsas təhlükəsizlik qarantisi sayırıq və istəyirik ki, bu istiqamətdə real addımlar atılsın”. Göz qabağındadır ki, Ermənistanın Avropadan silah almaq ümidləri özünü doğrultmur. Fransa da nə qədər vədlər versə də, müasir silahları vermək fikrində deyil. Hətta versə belə, o silahları Ermənistana çatdırmaq məsələsində ciddi problemlər var. O da məlumdur ki, İranın ucuz kamikadze dronları Ukraynada çoxlu faciələr törədib. Rusiya bu dronlardan gen - bol istifadə edib. Demək olar, hər gün yüzlərlə dron Ukrayna cəbhəsində həm hərbiçilərə, həm də dinc əhaliyə qarşı dırnaqarası uğurla istifadə olunur. Ermənistan nəyin bahasına olursa olsun, İrandan ucuz və onların tələbatını ödəyəcək silahlar almaq istəyir. Burda da birinci yerdə, təbii ki, İran istehsalı olan dronlardır. İranın bu yaxınlaşmada məqsədi nədir? Məlumdur ki, bu ay İsrailin müdafiə naziri Bakıda səfərdə oldu. Həm Azərbaycan rəhbərliyi ilə, həm Müdafiə Nazirliyinin rəhbərliyi ilə danışıqlar apardı. Hər dəfə baş tutan bu cür səfərlər İranda çox böyük narazılıqla və qısqanclıqla qarşılanır. Erməni rəsmilərinin səfərlərini təşkil etməklə İran Azərbaycana öz növbəti narazılıq mesajını göndərmək istəyir. Ancaq bu cəhdlər mənasızdır. Azərbaycan İranla münasitlərinin normallaşmasını arzulayır və bunun üçün hər şey etməyə hazırdır. Yalnız bir məsələdə güzəşt olmayacaq. Azərbaycan öz xarici siyasətini özü müəyyən edir və kiminsə burda yol göstərməsinə, məsləhət verməsinə Azərbaycanın heç bir ehtiyacı yoxdur. İsraillə hərbi əməkdaşlıq Azərbaycanın prioritet  istiqamətlərindən hesab olunur. Bu  əməkdaşlıq hər gün daha da artmağa davam edəcək. İran bu reallığı artıq qəbul etməlidi və hər dəfə bu cür səfərlərə qısqanclıqla yanaşmaqdan imtina etməlidir. Bir şey aydındır - Azərbaycan öz müstəqil xarici siyasətindən heç vaxt imtina etməyəcək. İranın bu addımlara qarşı gedişləri də məlumdur. İlk növbədə İran Ermənistanla yaxınlaşmaq cəhdlərini, səfərlərin sayını artıracaq. Ola bilsin ki, müəyyən razılaşmalara da gəlinə bilər. Aydındır ki, İranla Ermənistan yaxınlaşması Qərbdə yaxşı qarşılanmayacaq. Ancaq hər iki tərəf əməkdaşlığa məhkumdur. Onların başqa çarəsi yoxdur. Bu səbəbdən də Ermənistan rəsmilərinin İrana səfəri bundan sonra da davam edəcək. Azərbaycan buna əhəmiyyət vermədən öz müstəqil xarici siyasətini yeridəcək, iqtisadi gücünü, hərbi potensialını artırmaqda davam edəcək”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ