şənbə günü, 12 sentyabr 2026
     

Ermənistanın İran və Gürcüstanla quru əlaqələri Azərbaycanın nəzarətində olacaq

Image


Bu gün Ermənistanda, eləcə də regionda maraqlı qüvvələr arasında geniş müzakirə predmetinə çevrilən məsələlərdən biri də Azərbaycanın anklav kəndləri ilə bağlıdır. Söhbət konkret olaraq Qazaxın Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri, Naxçıvanın Sədərək rayonuna aid Kərki kəndindən gedir. Həmin kəndlər hələ də erməni işğalı altındadır.

Amma Ermənistanın baş naziri Nikol Paşinyan etiraf edir ki, həmin kəndlər Azərbaycana məxsusdur. Bu da o deməkdir ki, anklavlar tezliklə Azərbaycanın nəzarətinə qaytarılacaq.

Anklav kəndlərin qaytarılması regional miqyasda kommunikasiyalarla bağlı ciddi dəyişikliklərə səbəb olacaq. Bunu erməni mediası da açıq mətnlə vurğulayır. Məsələn, qeyd edilir ki, anklav kəndlər Azərbaycana veriləndən sonra İrəvan-Tiflis  avtomobil yolu hər iki tərəfdən bağlanacaq. Belə ki, Qazaxın Sofulu və Barxudarlı kəndləri  ölkəmizn nəzarətinə qayıdacağı halda Azərbaycan İrəvan-Tiflis magistralına və Berdə gedən əsas yola nəzarət edəcək. Və əgər Kərki, Naxçıvan də qaytarılsa, o zaman İrəvan-Zəngəzur yolu Azərbaycanın nəzarətinə keçəcək. Ermənilər bütün bunlara müqavimətin mümkünsüz olduğunu da qəbul edir. Elə erməni ekspert Karen İgidyan da bildirir ki, proseslər tamamilə Azərbaycanın istədiyi məcrada inkişaf edir: “Artıq Qarabağda yaşayanların nəsə etmək imkanları azdır. Onlar buranı tərk etməyə çalışacaqlar. Üstəlik, daha əlverişli şəraiti olan başqa yerdə mənzillər təqdim etməklə, xeyli adama rüşvət verməyə çalışacaqlar... Amma görürük ki, burada daha böyük problem baş nazir Nikol Paşinyanın Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır ki, bunu heç bir Ermənistan hökuməti etməyib. Ən böyük problem odur ki, bu, sözlə deyil, sənədlə təsbit olunmalıdır.  Bundan sonra ikinci addım Zəngəzur məsələsi olacaq. Paşinyanın anklavları qaytarmaqla bağlı mövqeyi də də çox ciddi məsələdir. Əgər 7 kənd Azərbaycanın nəzarətinə keçsə, o zaman Ermənistanın Gürcüstana Dilicandan keçən yolu olmayacaq”. Ermənistan Baş Qərargahının keçmiş rəis müavini Tiran Xaçatryan da kommunikasiyalarla bağlı nəzarətin əhəmiyyətli dərəcədə Azərbaycanın nəzarətinə keçəcəyini etiraf edib: “Bu səbəbdən vaxtilə üçtərəfli bəyanatın mətnində anklavların Azərbaycana verilməsinə qarşı çıxmışdım. Baş Qərargahın o vaxtkı rəhbərində bəyanatın ilkin variantını gördüm, sənəddə anklavlarla bağlı bəndlər var idi. Heyrətə gəldim. Baş Qərargah rəisindən soruşdum ki, atəşkəsin anklavlara nə dəxli var? Onunla qısa müzakirəmiz oldu. Daha sonra o vaxtkı müdafiə naziri David Tonoyanla şəxsi söhbətim oldu. O məndən əlaqədə qalmağımı istədi və anklavlarla bağlı müddəanı geri götürmək üçün dərhal Nikol Paşinyanla əlaqə saxladı”. Onun sözlərinə görə, ermənilərin Qubadlı və Laçındakı mövqelərini verməmək də təklif olunmuşdu: “Bizim üçün sərfəli sərhədlərimiz var idi. Əvəzində isə biz Azərbaycan tərəfinə Qarabağın onların nəzarətində olan əraziləri saxlayacaqdıq. Amma təklifimiz qəbul olunmadı”.

Qeyd edək ki, Ermənistanın 10 noyabr bəyanatında 8 kəndi delimitasiya və demarkasiya zamanı geri qaytaracağı öhdəliyi götürdüyü haqda hələ o vaxt məlumat yayılmışdı. Daha sonra bu xüsusda şifahi razılaşma olması haqda da məlumatlar yayıldı. Azərbaycan heç vaxt bundan vaz keçməyib və indi proseslər göstərir ki, anklav kəndlər tezliklə ölkəmizin nəzarətinə qayıdacaq. Məsələ burasındadır ki, Nikol Paşinyan bəyan edib ki, Ermənistan 1975-ci ilin xəritələri ilə Azərbaycanla bütün sərhəd xəttini qəbul etməyə hazırdır. Ermənistanda belə bir sual müzakirə edilir ki, söhbət hansı xəritələrdən gedir və bu xəritələr əsasında Azərbaycan eksklavları da qaytarılacaq, yoxsa yox. Erməni kartoqraf Şahen Şahinyanın sözlərinə görə, əgər söhbət 1970-ci illərin xəritələrindən gedirsə, anklavların Azərbaycana verilməsi nəzərdə tutulur. Bundan isə bəzi erməni dairələrlə yanaşı, İran da ciddi narahat olmağa başlayıb. Hər halda, iranlı ekspertlərin açıqlamaları da bunu təsdiq edir. Ermənipərəst mövqeyi ilə tanınan iranlı ekspert Ehsan Movəhhedian bu xüsusda qeyd edir: “İranın Milli Təhlükəsizlik Şurasının yeni katibi Ermənistanın 8 kəndi Azərbaycana verməsi xəbərini dəqiqləşdirməlidir”. Xatırladaq ki, Əli Əkbər Əhmədian İranın Ali Təhlükəsizlik Şurasının yeni katibi təyin olunub. Bu fonda  Ehsan Movəhhedian bildirir: “İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibinin ilk prioritetlərindən biri İranın Ermənistan və Gürcüstana tranzit marşrutu üzərindəki 8 kəndin Bakıya verilməsi xəbərinin həqiqiliyini araşdırmaq olmalıdır. Bununla İran-Ermənistan sərhədi praktiki olaraq kəsilir. Türk dünyası, NATO və sionistlərin planlaşdırdığı blokada Orta Dəhlizin açılmasını hərbi qarşıdurmasız mümkün edəcək. Sonra isə Ermənistanın cənubu zorla, yaxud yeni sülhə məcburetmə yolu ilə işğal olunacaq ki, Bakının Zəngəzur dəhlizi üzərindən Naxçıvana və Türkiyəyə çıxışı təmin edilsin. 30 ildir bu yola çıxışı olan İran isə marşrutdan kənarlaşdırılacaq. NATO, sionistlər və Türkiyə İrana olan bu ehtiyacı aradan qaldıraraq, mühasirəmizi tamamlamaqla İranın şimal-qərbində müharibə və parçalanma həyata keçirməyə can atırlar!”. Lakin istənilən halda, Azərbaycan anklavlarını geri qaytaracaq və bu da regionda kommunikasiyalara təsir edəcək. Daha doğrusu, Ermənistanın İran və Gürcüstanla quru yolla əlaqələri Azərbaycanın nəzarətində olacaq.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - görüşmək istəyirsə, Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...

11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı - o an mən müharibə dövrünün prezidenti oldum…

11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...

11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"

11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…

11.09.2026 / 11:22
Dipkorpus nümayəndələri Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar

11.09.2026 / 11:10
Tərtər sakini Ağdərədə minaya düşdü...

11.09.2026 / 10:56
Aydın Kazımzadə: "Şəfiqə Məmmədovanın sədr olmaq şansı daha böyükdür"

11.09.2026 / 10:22
Tramp İranla müharibənin bitəcəyi tarixi açıqladı və Hörmüzə də öz adını verdi…

11.09.2026 / 09:44
"Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 09:30
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır...

11.09.2026 / 09:13
Ankarada səfirliksiz səfir təyinatı - İsraildən ilginc addım…

11.09.2026 / 09:03
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

11.09.2026 / 08:08
Kanada Ukrayna ilə 100 illik tərəfdaşlıq sizişi imzaladı...

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ