Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir

Image


Məlumdur ki, hüquqi dövlət deyilərkən ilk növbədə bütün fəaliyyətində qanuna tabe olan hakimiyyətin mövcudluğu nəzərə alınır.

Onun əsas məqsədi isə insan hüquq və azadlıqlarının təmin edilməsidir. Beləliklə, hüquqi dövlət odur ki, burada hakimiyyətin təşkili və fəaliyyəti sırf qanuna əsaslanır və ona uyğun olur.

  • Geniş miqyas alan islahatlar hüquqi dövlət quruculuğu prosesində yeni nailiyyətlərə yol açır

Təcrübə göstərir ki, hüquq dövləti yaratmaq üçün onun sadəcə elan edilməsi kifayət deyil. Belə dövlətin mövcudluğu üçün vətəndaş cəmiyyətinin əməli fəaliyyəti, hər kəs tərəfindən hakimiyyətin qeyri-konstitusion  fəaliyyətinə qarşı mübarizə aparmaq imkanının olması zəruri şərtdir. Qanunun aliliyi dövlətçiliyin yüksək nüfuzunu, iqtisadi və mənəvi sahədə bütün insan hüquqlarını təmin etməlidir.

Hüquqi dövlət anlayışı çoxölçülüdür, demokratik dövlət konsepsiyasına aid hər şeyi özündə ehtiva edir. Bura ilk növbədə qanunun aliliyi, insan hüquq və azadlıqlarının ən yüksək  səviyyədə təminatı, hamının qanun qarşısında bərabərliyi, səlahiyyətlərin bölgüsü, məhkəmə müstəqilliyi daxildir. Qeyd edilənlər prizmasından yanaşdıqda ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində mühüm uğurlara imza atıldığını demək olar. Məlum həqiqətdir ki, son illər geniş miqyas alan islahatlar artıq bütün sahələri əhatə edib. Bu da ölkəmizin inkişafında, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və idarəetmədə operativliyin, çevikliyin təmin olunmasında mühüm rol oynayıb.  Nəticədə hüquqi dövlət quruculuğu istiqamətində də mühüm nailiyyətlər əldə edilib. Bu fonda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində aparılan islahatlar cəmiyyətin, eləcə də ictimai münasibətlərin inkişafında önəmli rol oynayıb. O da önəmli faktordur ki, məhkəmələrdə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, o cümlədən məhkəmə prosesi zamanı audio-video yazılışların aparılması, bütün məhkəmə iclaslarının protokollaşdırılması, elektron sənəd dövriyyəsinin tam tətbiqi ilə bağlı bütün zəruri infrastruktur yaradılıb. Daha bir ənəmli məqam budur ki, ölkəmizdə vətəndaşa cəmiyyətin bütün seqmentlərinə siyasi, iqtisadi, hüquqi  həyatda iştirak etmək üçün zəruri imkanlar yaradılıb.  İnsan hüquq və azadlıqlarının ali prioriteti Konstitusiya və qanunlarımızda təsbit edilib. Qanunun aliliyi insan hüquq və azadlıqların toxunulmazlığını, onlara riayət etmək və qorumaq öhdəliyini tanıyır. Ölkəmizdə “qadağan edilməyən hər şeyə icazə verilir” qanunun aliliyinin ən mühüm prinsipidir. Hüquq və azadlıqlara bu cür yanaşma Azərbaycan Konstitusiyasına və bir çox qanunlara sözün əsl mənasında nüfuz edir. O, yuxarıda göstərildiyi kimi, Konstitusiya quruluşunun humanist əsaslarının mahiyyətini təşkil edir.  Hüquqi dövlətdə hüquqpozmalardan qaçmaq mümkün deyil, lakin hər hansı səhv və pozuntuların aradan qaldırılması, insan hüquqlarına ciddi və prioritet riayət olunması üçün məlum və ümumi istifadə edilən təminatlar,  mexanizmlər olmalıdır. Hüquq və azadlıqların təminatının əsas mexanizmi kimi ilk növbədə məhkəmələrin müstəqilliyi təmin edilməlidir. Çünki yalnız müstəqil məhkəmə vətəndaşı icra hakimiyyətinin özbaşınalığından səmərəli şəkildə qorumağa qadirdir. Bunu nəzərə alaraq ölkəmizdə məhkəmə sistemi beynəlxalq standartlara uyğun təkmilləşdirilib, məhkəmə hakimiyyətinin müstəqilliyi möhkəmləndirilib, bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənib. Onu da qeyd edək ki, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsindən bəhs edərkən prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanı xüsusi vurğulamaq lazımdır. Bu sənəd məhkəmə sistemində növbəti islahatların aparılması və bu sahədə müasir texnologiyaların tətbiqinin vacibliyini bəyan etməklə yanaşı, məhkəmələr üçün ədalətlilik, qərəzsizlik, süründürməçiliyə yol verilməməsi, aşkarlıq, şəffaflıq kimi mühüm prinsiplərin hər zaman vacib və aktual olduğunu bir daha müəyyənləşdirib. Onlara riayət edilməsi indi xüsusi diqqət mərkəzindədir.  

  • Ölkəmizdə beynəlxalq hüququn üstünlüyü qeyd-şərtsiz qəbul edilir

Beynəlxalq hüququn üstünlüyü bu gün sivil dünyada qeyd-şərtsiz qəbul edilir. Öz qanunlarını qəbul etməkdə suveren hüququ olan dövlət razılaşır ki, onlar dünya birliyinin qanunlarına zidd olmamalıdır. Beləliklə, beynəlxalq hüquq normalarına sədaqət vasitəsilə milli hüquq sistemlərinin bir növ ən yüksək səviyyədə birləşdirilməsi, insan hüquq və azadlıqlarının, demokratiya və sosial tərəqqinin təminatı baş verir. Bu prinsipin bir çox dövlətlərin konstitusiyalarına daxil edilməsi də bununla izah olunur. Azərbaycan da məsələyə eyni prizmadan yanaşır.

Azərbaycan Konstitusiyasında beynəlxalq hüququn prioritet prinsipi belə demək olarsa, iki hissəyə bölünür. Birincisi, müəyyən edilib ki, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları, eləcə də Azərbaycanın beynəlxalq müqavilələri onun hüquq sisteminin tərkib hissəsidir. İkincisi, qanun normaları ilə Azərbaycanın beynəlxalq müqaviləsinin qaydaları arasında uyğunsuzluq olduqda, beynəlxalq müqavilənin qaydalarına üstünlük verilir. Bu, ölkəmizin hüqqui dövlət quruculuğunda mühüm nailiyyətlərindən biridir. Bundan başqa, ölkəmizdə  praktiki həyatda qanunun aliliyi daha çox aspektləri əhatə edir, bunlara aşağıdakılar aid oluna bilər: 1. qanunvericilik sahəsində parlamentin yüksək mövqeyi; 2. ordunun xaricdə və ölkə daxilində istifadəsinə demokratik nəzarət; 3. dövlətin kütləvi informasiya vasitələrinin işinə qarışmaması; 4. əks-kəşfiyyat orqanlarının fəaliyyət üsullarının qanuniliyi; 5. hökumətin xarici siyasət addımlarının ictimailəşdirilməsi və sair. Təbii ki, icra hakimiyyəti orqanlarının bütün müvafiq hərəkətləri üçün konkret qanunlar olmalıdır, istənilən dövlət qərarlarının, xüsusən də məcburiyyətdən istifadə ilə bağlı qərarların əsasında yalnız hüquq dayanmalıdır. Azərbaycan da məsələyə məhz bu prizmadan yanaşır. Bu, həm də xalqın iradəsini özündə əks etdirir. Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı prezident İlham Əliyev bununla bağlı bildirib: “Biz isə hər zaman istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirsin. Biz istəyirdik ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və belə bir imkan olmasın... Ulu Öndərin yolu ilə gedərək biz, əlbəttə, bu gün dünyada baş verən dəyişikliklərə də çox diqqətlə yanaşırıq, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edirik. Əminəm ki, növbəti illərdə bu sahədə istədiyimizə nail olacağıq”.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı sənədi imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ