Cümə axşamı günü, 12 noyabr 2026
     

Yunanıstan üzərindən Türkiyəyə qarşı cəbhə açılır

Image


Qardaş Türkiyəyə qarşı son dövrlərdə Yunanıstanın təxribatçı siyasətini daha da aktivləşdirdiyi müşahidə edilir. ABŞ və Fransa tərəfindən dəstəklənən Yunanıstan əməllərindən geri çəkilmək istəmir. Belə bir vaxtda ABŞ-ın Cənubi Kiprə silah satışı embarqosunu aradan qaldırması, Yunanıstana modernləşdirlmiş qırıcı təyyarələr satması vəziyyəti daha da gərginləşdirir.

Baş verənlərə Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan geniş toxunub: “Kipr məsələsində ədalətli, davamlı bir həllə nail olmaq üçün Şimali Kipr Türk Cumhiriyyəti ilə birgə xoşniyyətli və konstruktiv səylər göstərdik”.  Türkiyə prezidenti beynəlxalq ictimaiyyəti sanksiyalarla dünyadan qoparmağa çalışdıqları Kipr türklərinə qarşı zülmə son verməyə, Şimali Kipr Türk Cumhiriyyətini rəsmi olaraq tanımağa dəvət edib. Ərdoğan Yunanıstanı isə təxribatlardan çəkinməyə çağırıb: “Ölkəmizlə siyasi və hərbi səviyyəcə əsla müqayisə olunmayan güc nümayişi göstərənlər özünü gülünc vəziyyətə salır. Şərqi Aralıq dənizində sülh və sabitliyin davam etdirilməsi bütün tərəflərə hörmətdən asılıdır. Yunanıstandan gərginlik və təxribat siyasətini bir kənara qoyaraq, əməkdaşlıq və həmrəylik çağırışlarımızı eşitməklərini gözləyirik”. Amma görünən budur ki, yunan tərəfi regionda sülhə qarşıdır. Burada yunanlara kənardan dəstək də öz sözünü deyir. Türkiyəli keçmiş admiral Cihat Yaycı qeyd edir ki, ABŞ və NATO, ümumilikdə Qərb şərq sərhədini artıq Türkiyədən Yunanıstana keçirmək istəyir. Onun sözlərinə görə, ABŞ-ın “Europe Defender-21” təlimləri çərçivəsində Dədəağac bölgəsinə topladığı hərbi texnikanı Yunanıstana verəcəyi əsas problemdir: “Əslində bu texnikalara Yunanıstanın ehtiyacı yoxdur. Lakin veriləcək tank və helikopterlərin kimə qarşı istifadə ediləcəyi sualı önəmlidir”. Onun sözlərinə görə, Dədəağac bölgəsi ABŞ üçün Balkan bölgəsi və Qaradənizə giriş qapısı olaraq qəbul edilir: “Bu bölgə artıq ABŞ-ın hərbi bazasına çevrilib”. Yaycı ABŞ-ın yunan Kiprinə qarşı tətbiq etdiyi silah embarqosunu 1 sentyabr 2022-ci ildən etibarən qaldırdığına diqqət çəkib: “Bu tarix önəmlidir, çünki yunanlar Kiprin quruluş ildönümünü bu tarixdə qeyd edirlər. Embarqonun qaldırılmasından sonra İsraildən Dəmir Qübbə müdafiə sistemləri alacaqları haqda deyilənlər də diqqət çəkir. Hadisələrə daha geniş spektrdən baxmaq lazımdır. Yunanıstanın aqressiyasının artması, Ermənistanın Azərbaycana hücum etməsi, Dədəağacın ABŞ bazasına çevrilməsi xəbərləri, Suriyada amerikalı generalların PKK-çılarla görüşməsi və digər hadisələr bir-birinə zəncurvari bağlıdır. Belə görünür ki, əsas məqsəd Türkiyəni yaxın dövrdə müharibəyə çəkməkdir. Artıq bu planın hərbi müstəvidə işə düşməsi üzərində işləyirlər”. Türkiyəli ekspert Yalçın Sarıkaya “axar.az” portalına açıqlamasında bunun səbəblərini belə izah edir: “Afina beynəlxalq müqavilələrdə də təsdiq edilmiş şəkildə özünün suverenliyi altında olmayan adalara insanları yerləşdirir və silah-sursat daşıyır. Eyni zamanda beynəlxalq müqavilələrə görə Yunanıstanın suverenliyi altında olan bəzi adaların tamamilə silahsızlandırılması lazımdır. Lakin Afina qanunsuz şəkildə tamamilə əks istiqamətdə addımlar atır. Əlbəttə ki, Türkiyədəki əvvəlki hökumətlərin də bəhs etdiyimiz məsələlərdə xətaları olub. İndi isə Ankara Yunanıstanın atdığı addımları izləyir, qarşı tərəfə dəfələrlə rəsmi şəkildə xəbərdarlıq edir və hərbi vəziyyətə uyğun olaraq yeni yol xəritəsi, hərəkət qaydaları tətbiq edir. Əslində, iki dövlət arasında kontinental şelf, ərazi suları və sair. kimi klassik problemlərin heç biri həllini tapmayıb. Lakin Afina başqa aktorlara arxalanaraq, faktiki vəziyyət yaratmağa çalışmaqla problemlərin həllinə nail ola bilməz. Ayrıca, Yunanıstan Şərqi Aralıq dənizi qaz kəmərinin (EastMed pipeline) çəkilməsinin təxirə salınması ilə Türkiyə-İsrail münasibətlərinin normallaşmağa başlamasından çox böyük narahatlıq duyur. Ona görə Afina münasibətlərin daha da irəliləməsinə, yeni enerji xətlərinin layihələndirilməsinə və Şərqi Aralıq dənizində sektorlarla bağlı yeni müqavilələrin imzalanmasına fürsət vermək istəmir. Bu səbəbdən də Yunanıstan mütəmadi şəkildə qarşıdurma siyasəti aparır”.

Lakin görünən budur ki, sadə yunanlar hökumətin anti-Türkiyə siyasətini qəbul etmir. Yunanıstanda mitinqdə çıxış edən bir rahib baş nazir Kiriakos Miçotakisə müraciətində bildirib: “Türklər Yunanıstana girərsə, bizi parça-parça edər, daş üstündə daş qoymazlar. Yunanıstan əsla Türkiyəyə müqavimət göstərə bilməz”. O bildirib ki, ABŞ iki ölkə arasında münaqişə yaratmaq istəyir: “Keçmiş Türkiyə yoxdur. İnanın, Afinaya qədər gələrlər. Miçotakisə xəbərdarlıq edirik. Buranın ən böyük kilsəsini məscidə çevirərlər. Daha əvvəl Aya-Sofyanı etdikləri kimi... Röyadan oyanın. Afinanın yerində qalması üçün gərəkirsə 12 adanı da verək. Yetər ki, ölkəmizdən uzaq dursunlar”. Bu fikirlərin səslənməsinə Ərdoğanın xəbərdarlıqları dı mühüm təkan verib.  Qeyd edək ki, bu günlərdə baş nazir Kiriakos Miçotakisə xitabən Ərdoğan qeyd edib: “Yunanıstan üçün bircə cümləmiz var, İzmiri unutma. Adaların işğalı bizi bağlamır. Zamanı gələndə nə lazımdırsa edəcəyik. Necə deyərlər, bir gecə qəfil gələ bilərik”.  Bundan əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akar da eyni xəbərdarlıqla çıxış edib: “Yunanıstan rəhbərliyinə deyirik ki, tarixdən nəticə çıxarın, yeni macəralar axtarmayın. Bəziləri Yunanıstanın qulağına nə isə deyə bilər. Tarix bunların keçərli olmadığını göstərib. Güzgüyə baxsalar, həqiqəti görəcəklər və bəlkə utanarlar. Bu qədər ikiüzlülük, riyakarlıq olmaz. Türkiyə problemlərin sülh yolu ilə həlli üçün çalışır. Bütün xoşniyyətli səylərimizə rəğmən, qonşumuz Yunanıstan hər dəfə təxribatlarla gərginliyi artırır. Bunun qarşısının alınması üçün əlimizdən gələni edirik”. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirir ki, yunanlar hələ də qaşımağa və qaşınmağa davam edir: “Əgər başqaları hesabına bir macəraya atılsanız, bunun nəticələrini çəkəcəksiniz. Bu, Yunanıstana bir xəbərdarlıqdır”. Çavuşoğlu Türkiyənin beynəlxalq aləmdə nüfuzu və əldə etdiyi nailiyyətlərin Yunanıstanı özündən çıxardığını deyib: “Daim təxribat axtaran Yunanıstan buna görə də Türkiyəni provokasiya etmək istəyir. Yunanıstanın Türkiyə təyyarələrini təqibi və “S-300” hava hücumundan müdafiə sistemləri ilə tuşlamalar buna misaldır”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ