Cümə axşamı günü, 12 noyabr 2026
     

Ermənilər Laçından sonra Xankəndini tərk edəcəklər

Image


Azərbaycanın Qarabağ məsələsində addım-addım öz istək və məqsədlərinə çatdığı Ermənistanda da açıq etiraf edilir. Bu fonda indi əsas diqqət Laçın və onun bir neçə kəndində yaşayan ermənilər üzərində fokuslanıb. Artıq bəllidir ki, rəsmi Bakı Laçın şəhərinin və dəhlizin üzərində olan kəndlərin boşaldılması üçün qarşı tərəfə 25 avqusta qədər vaxt verib. Ermənilər bundan narazı olsalar da, rəsmi Bakının tələblərini verilən vaxt çərçivəsində yerinə yetirmək lazım olduğunu da etiraf edirlər.

Laçında icma rəhbəri Narek Aleksanyan bildirib ki, buradakı ermənilərin Qarabağın başqa hissəsində, yoxsa Ermənistanda yaşayacaqlarına sakinlər özləri qərar verəcək. Onun sözlərinə görə, şəhərin xaçkarları, qəbirləri də köçürüləcək. O, sakinlərin çıxarkən evləri yandıracağı ilə bağlı yayılan xəbərlərə də toxunub: “Bunun necə olacağını bilmirəm, amma yaxşı olduğunu düşünmürəm. Sakinlərlə müzakirə zamanı belə bir söhbət oldu, amma söhbət emosiyalardan gedir, həqiqətən bunu edəcəklərmi, bilmirəm”. O qeyd edib ki, “nazir” Hayk Xanumyan da evlərin yandırılmasının əleyhinədir, bunun mənasının olmadığını deyir. Xatırladaq ki, Qarabağdakı qondarma qurumun “iqtisadi və texnoloji inkişaf naziri” Hayk Xanumyan evlərini yandıranlara kompensasiya verilməyəcəyini bildirib. Digər məlumatlara görə, rəsmi İrəvana Laçın şəhərini boşaldarkən yanğın törədilməsinin və minalama cəhdlərinin doğuracağı nəticələr barədə də sərt xəbərdarlıq olunub. Ermənistanın “Vətən” partiyası şurasının üzvü Arsen Babayan bildirir ki, Laçından sonra Xankəndi də Azərbaycanın nəzarətinə keçəcək: “Amma Azərbaycan bununla kifayətlənməyəcək. Tezliklə Tiqranaşendə (Kərki), sonra Tavuşun (Qazaxın kəndləri) 7 kəndində eyni vəziyyət olacaq”. Bütün bunlar ordumuzun sonuncu “Qisas” əməliyyatının nəticələri kimi də qiymətləndirilir. Xatırladaq ki, bu əməliyyatdan sonra Azərbaycan ordusu çox qısa müddətdə Laçın ərazisindəki Sarıbaba və Qırxqız yüksəklikləri ilə yanaşı, onların ətrafındakı ərazilərdə yeni mövqeləri azad edib. Həmin ərazilər hazırda ordumuzun nəzarəti altındadır. Bundan başqa, düşmənin artilleriya vasitələri, sığınacaqları və texniki vasitələri sıradan çıxarılıb. Həmçinin bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan ordusunun nəzarəti altına keçib. Hərbi ekspert Ədalət Verdiyev məsələ ilə bağlı qeyd edib ki, hazırda həmin ərazilərdə ordumuz atəş sistemini və mövqeyini möhkəmləndirir: “Qisas” əməliyyatı düşmən tərəfinə kifayət qədər ciddi siqnal oldu. Belə ki, əgər bundan sonra da Ermənistan birgə bəyanatın şərtlərini yerinə yetirməsə, “Qisas” əməliyyatının növbəti mərhələsi də həyata keçirilə bilər. Azərbaycan qarşı tərəfə birgə bəyanatın şərtlərini xoşluqla, ya da zorla icra etdirməkdə israrlıdır. Azərbaycan üzərinə düşən öhdəliklərin icrasını imzalanma mərasimindən qısa müddət sonra yerinə yetirdiyi halda, məğlub tərəfin bu öhdəlikləri uzatması heç bir halda ölkəmiz üçün qəbuledilən vəziyyət ola bilməz. Bu azmış kimi, atəşkəsin pozulması və Azərbaycan əsgərinin öldürülməsi bağışlanan hal deyil. “Qisas” əməliyyatı qeyri-qanunu erməni silahlı qüvvələrinə xəbərdarlıq siqnalı kimi də qiymətləndirilə bilər. Əgər Ermənistan tərəfi bu əməliyyatdan düzgün nəticə çıxarmazsa, qanunsuz erməni silahlı dəstələr daha ağır zərbələrə məruz qalacaqlar”.

Ekspert vurğulayır ki, yeni azad olunan ərazilərdə ordumuz mövqelərinin möhkəmləndirilməsi, yol infrastrukturunun inkişaf etdirilməsi və atəş sisteminin qurulması ilə məşğuldur: “Bu proseslərə orada yerləşən hərbi qulluqçularımızın, bölmə və hissələrin şəxsi heyətinin təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımlar kontekstində baxılmalıdır. Qarabağ ərazisində kifayət qədər çox sayda yüksəklik var. Amma Silahlı Qüvvələrimizin məhz Qırxqız və Sarıbaba istiqamətində yeni mövqelər əldə etməsi onu göstərir ki, Azərbaycan gələcəkdə mümkün təxribatların qarşısının alınmasında, xüsusilə də erməni hərbi birləşmələrinin Qarabağdan və Laçın ərazisindən çıxarılmasındakı mümkün fəaliyyətlərdə platsdarm kimi istifadə edə biləcəyi yüksəklikləri azad etməyə üstünlük verib”. O xatırladıb ki, 2016-cı ildə də Azərbaycan Lələtəpə və Talış kəndi ətrafındakı yüksəklikləri, eyni zamanda, Gülüstan istiqamətində bəzi mövqeləri, 2018-ci ildə isə Günnüt istiqamətindəki “Qızılqaya” və “Xunut” dağı yüksəkliklərini düşməndən azad edib. Vətən müharibəsi başlayanda 2016-cı və 2018-ci illərdə azad edilən bu yüksəkliklərin ölkəmiz üçün əks-hücum əməliyyatlarında nə qədər önəmli rol oynadığının da canlı şahidiyik: “Odur ki, avqustun 3-də azad edilən Qırxqız və Sarıbaba yüksəkliklərinin gələcəkdə mümkün təxribatların qarşısının alınmasında və erməni silahlıları Qarabağı tərk etməyəcəyi təqdirdə  “Qisas” əməliyyatının sonrakı mərhələlərində istifadə olunacağı heç bir şübhə doğurmur. Həmin yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsi Laçın rayonu ərazisinə və həmin ərazidən keçən Laçın dəhlizinə vizual və atəş nəzarəti imkanlarımızı kifayət qədər gücləndirir. Digər tərəfdən isə azad edilən yerlərin məhz Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətindəki ərazilərdə olması bir daha birgə üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdə kifayət qədər ləng hərəkət edən Ermənistanın hərbi-siyasi rəhbərliyinə, həm də Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinə rəhbərlik edən şəxslərə Azərbaycan ərazilərində söz sahibinin kim olduğu barədə çox dəqiq təsəvvür yaratmağa imkan verir.

Başqa tərəfdən isə, Ermənistan gələcəkdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə ordumuzun Xankəndiyə qarşı da mümkün əməliyyatlar aparmasında məlum yüksəkliklər mühüm əhəmiyyət daşıyacaq”.  İndilikdə ermənilər Laçını boşaldırlar və bunun ardınca Xankəndinin, daha sonra Kərkinin və Qazaxın 7 kəndinin də azad edilməsi gözlənilir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:11
Dublində Prezident İlham Əliyevin Paşinyanla görüşü keçirilir

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ