Cümə günü, 13 noyabr 2026
     

Ukrayna müharibəsi Qərbin etibarlı tərəfdaş imicini sual altına aldı

Image


Qərb ölkələrinin Rusiyanı Ukraynada taqətdənsalma planları iflasa uğramağa doğru gedir. Belə ki. Qərbdə Ukraynaya edilən kömək sayəsində Rusiyanın qısa müddətdə ciddi itkilərlə üzləşəcəyi, bu ölkə daxilində narazılıqların baş qaldıracağı, iqtisadiyyatın çökəcəyi gözlənilirdi. Ancaq bunların heç biri baş vermir.

Bu vəziyyətdə Almaniya kansleri Olaf Şolts etiraf edir ki, Rusiya prezidenti Vladimir Putin hələ uzun müddət Ukraynada genişmiqyaslı müharibə apara biləcək: “O bu hücuma azı 1 il hazırlaşıb. Heç kim bilmir Rusiyanın silahı nə vaxt bitəcək və Ukraynada müharibə nə qədər uzanacaq. Rus işğalçılarının gücü və vasitələri var, çünki Putin çox sayda insanın yaşadığı ölkənin lideridir”. ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi də qeyd edir ki, Vaşinqton Ukrayna münaqişəsinin ilin sonuna qədər yekunlaşacağına şübhə ilə yanaşır: “Bu səbəbdən biz əksər dünya ölkələri ilə birlikdə Ukraynaya yardımı davam etdirəcəyik”. Buna paralel olaraq NATO Rusiya sərhədlərində hərbi qüvvələrinin sayını artırır. NATO-nun Baş katibi Yens Stoltenberq blokun Şərq cinahındakı hərbi birləşməsinin sayının 300 min nəfərədək artırılacağını bəyan edib. Jurnalistlərin bununla bağlı suallarını cavablandıran Con Kirbi NATO-nun Şərq cinahında hərbi kontingentin sayındakı dəyişikliyi təxribat hesab etmək üçün Rusiyanın heç bir əsasının olmadığını vurğulayıb: “Biz bu addımları atmağa məcburuq, çünki Rusiya regionda sabitliyi pozur”. NATO baş katibi Yens Stoltenberq isə etiraf edir ki, qurum Ukraynadakı münaqişənin bilavasitə iştirakçısı deyil və qarşısına Rusiya ilə birbaşa toqquşmadan qaçmaq vəzifəsi qoyub: “Rusiya ilə NATO arasında genişmiqyaslı müharibə olsa, biz daha böyük miqyasda əzab və dağıntılar görəcəyik. Buna görə də NATO-nun iki vəzifəsi var: bunlardan biri Ukraynaya yardım göstərməkdir. Amma biz həmçinin Ukraynanın hüdudlarından kənarda eskalasiyanın qarşısını almağa da məsuliyyət daşıyırıq. Buna görə də NATO Yer üzündə münaqişə tərəfi deyil”. Amma ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer “The Spectator” nəşrinə müsahibəsində məsələyə bir qədər fərqli yanaşır. Onun fikrincə, Ukraynadakı müharibə üç yolla həll oluna bilər ki, hansının həyata keçirilməsindən asılı olaraq NATO ya zəifləyəcək, ya da güclənəcək. ABŞ-ın keçmiş dövlət katibinin sözlərinə görə, birinci ssenari Rusiya qoşunlarının bugünə qədər olduqları mövqelərində qalmasıdır. Bu vaxt Ukraynanın 20 faizi və Donbasın böyük hissəsi (əsas sənaye və kənd təsərrüfatı rayonları, Qara dənizi boyunca zolaq) onların nəzarətində qalacaq. Kissincer hesab edir ki, belə bir variant Rusiyanın qələbəsi olacaq, NATO-nun əhəmiyyəti isə əvvəllər düşünüldüyü kimi həlledici olmayacaq.

İkinci variant Rusiyanın Ukraynada müharibə başlamazdan xeyli əvvəl nəzarəti ələ keçirdiyi Krımdan “qovulmasıdır”. Onun fikrincə, bu vaxt yeni Ukrayna-Rusiya müharibəsi başlayacaq: “Üçüncü ssenariyə görə, Kiyev Rusiyanın hücumunu dayandırsa və qarşıdurma xətti hərbi əməliyyatlar başlamazdan əvvəlki sərhədlərə geri çəkilsə, bu, rəsmi Moskvanın məğlubiyyəti kimi qəbul ediləcək. Nəticədə Ukrayna yenidən silahlanacaq, onunla NATO arasında sıx əlaqələr yaranacaq, ya da ölkə alyansın bir hissəsi olacaq”. Kissincer vurğulayıb ki, Ukrayna prezidenti Volodimir Zelenski üçüncü variantı həyata keçirmək qərarına gəlib. Ancaq bunu həyata keçirmək müşkül işdir. Məhz belə bir vaxtda CNN telekanalı ABŞ-ın adları açıqlanmayan rəsmi şəxslərinə istinadla məlumat yayıb ki, Ağ Evin əməkdaşları Ukraynanın işğal altına düşən ərazilərini geri qaytara biləcəyinə getdikcə daha az inanır. Qeyd edilir ki, ABŞ prezidenti Cozef Baydenin müşavirləri Ukrayna lideri Volodimir Zelenskinin torpaqların itirilməsi ehtimalı ilə razılaşmalı olduğunu müzakirə etməyə başlayıblar. Lakin Vaşinqton ərazi güzəştləri üçün Kiyevə təzyiq göstərmək niyyətində deyil. Telekanalın məlumatına görə, Ağ evdə heç də hamı Ukraynanın perspektivlərinə narahatlıqla yanaşmır. Məsələn, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ukraynalı həmkarları ilə fəal əlaqə saxlayır. Ötən həftə o, Ukrayna Silahlı Qüvvələrinin Ali baş komandanı Valeri Zalujnı və ABŞ Silahlı Qüvvələrinin Baş qərargah rəisləri komitəsinin rəhbəri Mark Milli ilə Ukraynanın işğal altında olan ərazilərini azad etmək səylərini telefonda saatlarla müzakirə edib. ABŞ konqresmenlərindən birinin adı açıqlanmayan köməkçisi Ukraynanın öz ərazilərini azad etməsi məsələsinin, tam olmasa da, böyük ölçüdə Birləşmiş Ştatların dəstəyindən asılı olduğunu deyib. Onun sözlərinə görə, Kiyev ABŞ-dan azı 48 ədəd HIMARS reaktiv yaylım atəşi sistemi tələb etsə də, Pentaqon yalnız səkkizinin veriləcəyini bildirib. Pentaqon nümayəndəsi isə öz növbəsində deyib ki, Ukrayna Rusiyanın işğalı altında olan əraziləri döyüş yolu ilə azad etmək üçün çətin ki, kifayət qədər qüvvə toplaya bilsin. Bütün bunlar fonunda hesab edilir ki, Qərb sona qədər Ukraynanı müdafiə etməsə, dünyada nüfuz və etibarını daha da zədələyəcək. Xüsusən də Ukraynanın Rusiya qarşısında təslim olması halında. Bu, ABŞ başda olmaqla, Qərbin Əfqanıstandan sonra yeni biabırçı məğlubiyyəti sayılacaq.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ