Bazar ertəsi günü, 14 iyul 2025
     

NATO-Rusiya münasibətləri toqquşma həddinə çatdı

Image

Rusiya prezidenti Vladimir Putinin Aşqabadda keçirilən Xəzər sammitindən sonra jurnalistlərə açıqlamasında dedikləri Qərblə Moskva arasında ziddiyyətlərin daha da dərinləşəcəyini göstərir. Eyni zamanda NATO-nun Madrid Sammiti də alyansın Rusiya ilə qarşıdurmasının miqyasının genişlənəcəyinin təsdiqi oldu.

Xatırladaq ki, NATO-nun Madrid Sammitinin yekun deklarasiyası qəbul olunub. Yekun deklarasiyada müttəfiq ölkələrin liderləri Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini ən sərt şəkildə pisləyir, bunun beynəlxalq təhlükəsizliyi və sabitliyi ciddi şəkildə pozduğunu bəyan edirlər: “Biz Rusiyanın yalanlarına qarşı durmağa və onun məsuliyyətsiz ritorikasını rədd etməyə davam edəcəyik. Rusiya dərhal bu müharibəni dayandırmalı və Ukraynadan çıxmalıdır. Belarus bu müharibədə iştirakına son qoymalıdır”. NATO müttəfiqləri bildirir ki, onlar öz ölkəsinin qəhrəmancasına müdafiəsində Ukrayna hökuməti və xalqı ilə tam həmrəydir: “Biz Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi suları da daxil olmaqla, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi bir daha bəyan edirik. Biz Ukraynaya dəstək verən bütün müttəfiqlərin səylərini alqışlayırıq. Rusiya Federasiyası Müttəfiqlərin təhlükəsizliyinə, Avro-Atlantik məkanda sülh və sabitliyə ən böyük və birbaşa təhdiddir”. NATO-nun yeni konsepsiyası hazırlanarkən Rusiya ilə pisləşən münasibətlər nəzərə alınıb. Bundan başqa, İsveç və Finlandiya NATO-ya rəsmən üzvlüyə dəvət olunublar. Rusiya prezidenti Vladimir Putin isə bütün bunları təsadüfi hesab etmir. O qeyd edir ki, əslində, Qərb 2014-cü ildən bəri Rusiyaya qarşı aktiv fəaliyyətə hazırlaşıb və bu, Rusiya üçün təəccüblü deyil: “Biz buna fakt kimi yanaşmalıyıq. Onların 2014-cü ildən bizə qarşı hansısa aktiv fəaliyyətlərə hazırlaşması bizim üçün xəbər deyil. Bizim öz maraqlarımızı qorumaq üçün qətiyyətli addımlarımız məhz bununla izah olunur”. Putin qeyd edib ki, Birləşmiş Ştatlar öz ətrafında müttəfiqləri birləşdirə biləcəyi təhlükəsi qarşısında Rusiyanı çoxdan xarici düşmən elan edib. Onun sözlərinə görə, İran bunun üçün çox uyğun deyildi: “Rusiya daha uyğundur, bizim üçün yeni heç nə yoxdur. Bu bizim hər zaman danışdığımız şeyi bir daha təsdiqləyir, yəni NATO bloku keçmiş dövrün, soyuq müharibə dövrünün izləridir. Bizə həmişə deyirdilər ki, NATO dəyişib, bu indi çox güman ki, siyasi birlikdir. Amma hamı məhz hərbi təşkilat kimi ona yeni təkan vermək üçün səbəb və fürsət axtarırdı. Buyurun, onlar indi bunu edirlər”. Ukrayna və döyüş meydanında qələbə ilə bağlı Qərbdə eşidilən sözlərdən danışan Rusiya prezidenti qeyd edib ki, Qərb tərəfindən  Ukraynaya hərbi əməliyyatları davam etdirməyə çağırış və növbəti danışıqlardan imtina çağırışı yalnız Kremlin fərziyyələrini təsdiqləyir ki, birləşmiş Qərbin və NATO-nun məqsədi Ukrayna xalqının rifahı yox, öz maraqlarını qorumaqdır”. Putinə görə, Rusiyanın İsveç və Finlandiya ilə münasibətlərində Ukrayna kimi problem yoxdur: “NATO-ya daxil olmaq istəyirlərsə, qoşulsunlar, amma alyansın hərbi infrastrukturu Finlandiya və İsveçdə yerləşdirilsə, Rusiya buna cavab vermək məcburiyyətində qalacaq. Bizim üçün Finlandiya və İsveçin NATO-ya üzvlüyü Ukraynanın üzvlüyü ilə heç də eyni deyil, bunlar tamam başqa şeylərdir. Bunu çox gözəl başa düşürlər. Sadəcə göstərmək üçün bu tezisi ictimai rəyə buraxırlar - baxın, Rusiya bunu istəmirdi, amma indi ikiqat cavabını aldı. Xeyr. Bu, tamam başqa şeydir”.

Bütü bunlar NATO-Rusiya ziddiyyətinin daha da şiddətlənəcəyəini göstərir. Bəzi ekspertlər belə vəziyyətdə tərəflərin toqquşmasını istisna etmir. Xatırladaq ki, təxminən üç il əvvəl Fransa prezidenti Emmanuel Makron NATO-nu “ölmüş beyin” adlandırmışdı. Ancaq Rusiya tankları Ukrayna sərhədini keçdiyi andan etibarən Qərb buna vahid mövqedən, dərhal və sərt reaksiya verdi. Qurum sərhədləri möhkəmləndirmək və silahla təchiz etmək üçün aktiv fəaliyyətə keçdi. NATO-nun baş katibi Yens Stoltenberq alyansın çəkindirmə və müdafiəsi siyasətində əsaslı dəyişiklik edildiyini, qurumun şərq sərhədlərində müdafiənin gücləndiriləcəyini və çevik reaksiya qüvvələrinin sayının 300 min nəfərə çatdırılacağını açıqlayıb. Amma məsələ bundadır ki, 30 ölkənin üzv olduğu bu ən güclü hərbi alyans Rusiya ilə vuruşmaq istəmir. Çünki prezident Putin dəfələrlə Qərbə xatırladıb ki, Rusiyanın nəhəng nüvə arsenalı var və hətta kiçik bir transsərhəd toqquşması belə vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxara bilər. Rusiya yalnız Donbasa girsəydi, Ukraynaya üç tərəfdən hücum etməsəydi, bəlkə də Qərbin buna reaksiyasında belə qeyri-adi birlik yaranmayacaqdı. Avropa İttifaqının 6 paketdən ibarət sanksiyaları Rusiya iqtisadiyyatına ağır zərbə vurur. Ancaq alyansın daxilində Rusiyanın nə vaxta qədər cəzalandırılması və Qərb iqtisadiyyatının hara qədər dözə biləcəyilə bağlı fikir ayrılığı var. Almaniya vəd etdiyi silah tədarükünü gecikdirməkdə ittiham olunur, baş naziri Putinlə yaxın olan Macarıstansa Rusiya neftindən imtina etməklə bağlı tələbləri rədd edir. Spektrin digər ucundakı ölkələr – Moskvanın ən çox təhdid etdiyi Polşa, Litva, Latviya və Estoniya maksimum sərt xətt seçilməsini və öz sərhədlərində daha çox NATO qüvvəsinin toplanmasını istəyir. Potensial olaraq bu bölgə NATO ilə Rusiya arasındakı münaqişənin əsas mərkəzinə çevrilə bilər. Bu ay Litva Avropa İttifaqının sanksiyaları altındakı bəzi malların öz ərazisindən Kalininqrada - Rusiyanın Baltikyanı eksklavına göndərilməsini əngəllədikdən sonra Rusiya “praktiki cavab tədbirləriylə” hədələyib. Estoniyanın baş naziri Kaja Kallassa NATO-nu tənqid edərək bildirib ki, alyans Rusiyanın sərhədi keçərək hücum etməsi vəziyyətinə hazır deyil. Bu durmda yüksək çinli hərbçilər xəbərdarlıq edirlər ki, indi NATO öz təhlükəsizliyini gücləndirməsə, Rusiyanın növbəti təcavüzünün qiyməti ölçülməz dərəcədə baha olacaq.

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 16:10
Vətən sevgisinin ən uca zirvəsi...

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbulda ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

14.07.2025 / 13:52
DİM sədri 5 il ərzində bəzi ixtisasların ləğv olunacağını açıqladı...

14.07.2025 / 13:47
Külli miqdarda narkotiki ölkə ərazisinə keçirməyə cəhd edən şəxs sərhəddə saxlandı...

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910