Bazar günü günü, 20 sentyabr 2026
     

Avropa İttifaqı Ukrayna tərəfdən müharibəyə qoşulur...

Image


“ABŞ və NATO-nun Ukraynada strateji məğlubiyyəti Vaşinqton və onun müttəfiqlərinin keçən ilin yayında Əfqanıstanda üzləşdiyi məğlubiyyətdən daha pis ola bilər”. Bu barədə ABŞ-ın “The Hill” nəşri yazır.

Qəzet  qeyd edir ki, dünyanın əksər hissəsi bu və ya digər səbəbdən sülhün əldə olunmasında israrlı olduğundan, ABŞ və Ukrayna Rusiya ilə danışıqlar aparmalı olacaq. Lakin bu danışıqlarda rus qoşunlarının artıq Ukrayna ərazisinin əhəmiyyətli hissəsinə nəzarət etməsi diqqətə alınacaq: “İndi Ukraynadakı müharibənin sürətlə dəyişən mənzərəsində biz ABŞ-ın NATO-nu qlobal geosiyasi strukturun dramatik şəkildə yenidən konfiqurasiyasına gətirib çıxara biləcək daha pis strateji rüsvayçılığa aparacağına dair məşum əlamətləri görürük. Son yüz ilin silahlı münaqişələri göstərdi ki, bu ərazilər artıq Ukraynanın nəzarəti altına qayıtmaya bilər. Rusiya strateji ərazilər əldə edib, ona görə də onların təsdiqlənməsi Ukrayna üçün fəlakət, ABŞ üçün isə alçaldıcı olacaq. Gözlənilən qlobal tənəzzül və artan strateji böhran reallığı ilə üzləşən ABŞ və onun müttəfiqləri hərbi qələbə gözləməyi dayandırıblar və sadəcə siyasi sağ qalmağa ümid edirlər”. Belə bir vaxtda Qərb ölkələrinın addımı onların Rusiya ilə qarşıdurmasının daha kəskin xarakter almaqda olduğunu göstərir. Məsələ burasındadır ki, Brüsseldə keçirilən sammitdə 27 Avropa ölkəsi Ukrayna və Moldovaya Avropa İttifaqına (Aİ) namizəd ölkə statusunun verilməsini təsdiqləyib. Bu, Avropa İttifaqı tarixində ən sürətli verilən qərar olub. Avropa Komissiyası həmin müraciəti keçən həftə təsdiqləyib. Xatırladaq ki, Ukrayna Rusiyanın ərazisinə təcavüzündən bir neçə gün sonra, fevral ayında Aİ-yə üzvlük üçün müraciət etmişdi. O vaxtdan bəri proses rekord sürətlə inkişaf edib. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrel vurğulayıb ki, Ukrayna xalqı Avropa ailəsinə aiddir. Ukraynanın gələcəyi Avropa İttifaqı ilədir. Lakin Ukraynanın Avropa İttifaqındakı səfiri Vsevolod Çentsov etiraf edib ki, real inteqrasiya prosesi müharibə başa çatdıqdan sonra başlayacaq: “Əsl inteqrasiya prosesi müharibə başa çatdıqdan sonra başlayacaq. Təbii ki, bu müəyyən vaxt aparacaq və biz illərlə deyil, aylarla davam edən növbəti mərhələdən danışırıq”.

Bundan əvvəl bəzi avropalı diplomatlar xəbərdarlıq etmişdilər ki, Ukraynaya namizəd ölkə statusunun verilməsi ona yalan ümidlər verə bilər, reallıqda isə Aİ-yə daxil olmaq üçün uzun illər lazım olacaq. Namizəd statusu ərizəçi ölkə üçün Aİ-yə üzvlük yolunda ilk rəsmi addımdır. Amma bir çox Avropa ölkələri, o cümlədən Albaniya, Şimali Makedoniya, Monteneqro və Serbiya uzun illərdir Aİ-yə namizəd statusuna malik olsalar da, hələ də birliyə tamhüquqlu üzv ola bilməyiblər. Hesab edilir ki, Ukraynanın bu quruma üzvlüyü Rusiya ilə müharibənin nəticəsindən asılı olacaq. Amma məsələnin maraqlı tərəfi Aİ-nin addımlarına Rusiyanın münasibətidir. Fikirlər səslənir ki, Aİ atdığı addımla Rusiya-Ukrayna müharibəsində həm də tədricən iştirakçıya çevrilir. Düzdür, Avstriya kansleri Karl Nehammer bunu təkzib etməyə çalışır və qeyd edir ki, Ukraynaya Aİ tərəfindən namizəd statusunun verilməsi İttifaqın Rusiya münaqişəsinə cəlb edilməsi anlamına gəlmir. Onun sözlərinə görə, Avstriya vətəndaşları namizəd statusunun verilməsinin müharibəyə cəlb edilmək anlamına gəldiyini düşünə bilərlər, lakin bu o anlama gəlmir. Belə vəziyyətdə isə Aİ və ABŞ Ukraynaya silah tədarükünü artırmağa xüsusi diqqət edir. hadisələrin gedişi isə bu səpkidə Qərb üçün problemlərin olduğunu üzə çıxarıb. Londonda çıxış edən Böyük Britaniyanın müdafiə naziri Ben Uolles etiraf edir ki, Qərbin uzun sürən müharibədə Ukraynanı dəstəkləmək üçün kifayət qədər silah-sursatı yoxdur.  O əlavə edib ki, Britaniya, Avropa İttifaqı və ABŞ üzləşdikləri təhlükələrə hazır olmayıblar və artıq ehtiyatlarını böyük ölçüdə istifadə ediblər. Onun sözlərinə görə, Ukraynaya verilən Qərb texnikası cəbhə xəttində yaxşı işləyir, lakin təchizat marşrutları qurulmayıb. “The Times” yazır ki, Ukrayna Qərbdən artıq 300 minə yaxın artilleriya sursatı alıb. Birgə Müdafiə Araşdırmaları Kral İnstitutunun məlumatına görə, Rusiya ordusu hər gün artilleriya atəşi üçün 7 mindən çox mərmi istifadə edir. Ukrayna ordusu da Rusiya ordusu ilə eyni miqdarda mərmi xərcləyirsə, o zaman mövcud sursat Ukraynaya 40 günə bəs edəcək. Bundan sonra Ukraynaya yeni mərmilər lazım olacaq ki, bəlkə də Qərb onları indi təchiz edə bilməyəcək. Böyük Britaniyanın baş naziri Boris Conson  artıq bu fonda ölkənin hərbi sənaye rəhbərləri ilə silah tədarükünü sürətləndirmək üçün danışıqlar aparıb. Amma istənilən nəticə yoxdur. Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak isə bildirib ki, Ukrayna ordusuna bir neçə min ağır texnika, o cümlədən 1000 ədəd 155 mm-lik haubitsa, 300 artilleriya qurğusu, 2000 zirehli maşın, 1000 pilotsuz təyyarə, 500 tank lazımdır. Bunu isə Ukraynaya verməyə Qərbin imkanı yoxdur. Hazırda Qərb Ukraynanı ağır texnika ilə təchiz edir, lakin daha kiçik miqyasda.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ