Fransa prezidentini sillələdilər… - VIDEO

Fransa Prezidenti Emmanuel Makronun ölkənin cənub-şərqindəki Drom rayonuna səfəri zamanı insident baş verib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Makron rayonda meydanda onu gözləyən insanlara yaxınlaşıb və onlarla görüşməyə başlayıb.
Bu zaman bir kişi “rədd olsun Makron hakimiyyəti” deyərək Fransa prezidentinin üzünə sillə vurub. Makronun mühafizəçiləri dərhal hadisəyə müdaxilə edərək prezidenti bölgədən uzaqlaşdırıblar.
Qeyd edilir ki, o, yenidən olay yerinə qayıtmaq istəyib. Amma dövlət başçısının təhlükəsizlik xidməti buna icazə verməyib.
BFMTV-nin məlumatına görə, Makrona hücum edən şəxs və yanındakı başqa bir şəxs dərhal saxlanıb. Şəxslərin kimliyi və prezidentə niyə sillə atdıqları hələlik məlum deyil.
Makronun prezident seçkilərindəki ən böyük rəqibi Marine Le Pen hadisəni qınadığını və "Demokratik mübahisələr acı olsa da, fiziki zorakılığa heç bir şəkildə göz yumulmamalıdır" deyib.