Danimarka radiosunun bir xəbəri Avropa Birliyi ilə Amerikanın arasında qalmaqal yaradıb.
Məlumata görə Danimarkanın xüsusi xidmətləri bir sıra Avropa dövlət xadimlərinin izlənməsində ABŞ kəşfiyyatına yardım edib. Nümunə olaraq Almaniya kansleri Angela Merkelin adı çəkilir. Bundan başqa, Fransa, Norveç və İsveç siyasətçiləri də izlənənlər arasındadır.
Hələlik Avropa dövlətləri məlumata rəsmi reaksiya bildirməyiblər. Tahir Tağıyev