şənbə günü, 03 oktyabr 2026
     

Azərbaycan tolerant dövlət olduğunu minaya düşmüş erməni olayında bir daha göstərdi…

Image


Tarixən Azərbaycanda qədim dövrlərdən etibarən tolerantlıq özünü büruzə verib. Məsələ ondadır ki, Azərbaycan coğrafi mövqeyinə görə Şimalla Cənubun, Şərqlə Qərbin yerləşdiyi dövlətlərin mərkəzində bir körpü rolunu oynayır.

Belə münbit şəraitin, coğrafi əlverişliliyin və sair amillərin mövcudluğu ayrı-ayrı vaxtlarda dünyanın bir sıra xalqlarının Azərbaycana gəlişinə səbəb olub. Bunun bir sıra səbəbləri var: birinci növbədə Azərbaycanın təbii şəraiti imkan verib ki, dünyanın müxtəlif ölkələrində yaşayan xalqlar, iqtisadi imkanlarımızla yanaşı, Azərbaycan türklərinin milli mentalitetindəki istiqanlılıq, qonaqpərvərlik, qonağa, kənardan gələn insanlara isti münasibət səbəbindən yerli əhali ilə ünsiyyətlərini bu əsasda quraraq bu ərazidə yaşamağa başlasınlar. Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu siyasətini uğurla davam etdirib. Bu özünü istər müharibə, istərsə də ondan sonrakı dönəmlərdə də göstərib.

  • Müharibədən cəmi 5 ay keçməsinə baxmayaraq, bu qədər mülki şəxsin minaya düşməsi…

Ermənistan silahlı qüvvələrinin ərazilərimizi minalaması səbəbindən 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə mina partlayışı ilə bağlı 15-dən artıq  hadisə baş verib. 30-dan çox mülki şəxs minaya düşüb. Onlardan 14 nəfər həlak olub, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Müharibədən cəmi 5 ay keçməsinə baxmayaraq bu qədər mülki şəxsin minaya düşməsi Azərbaycan və bir çox dünya ölkələrini narahat edir. Lakin bütün bunlara rəğmən, Ermənistan minalanmış sahələrin xəritəsini Azərbaycana təqdim etmir. Dünya dövlətləri tərəfindən bununla bağlı çoxsağlı çağırışlar olsa da, Ermənistana birbaşa təzyiqlər göstərilmir. Beynəlxalq təşkilatlar İkinci Qarabağ müharibəsindən öncə olduğu kimi, yenə susqunluq nümayiş etdirir. Nəticədə Ermənistan da öz müharibə cinayətlərini davam etdirir.

  • Ermənistan sülh istəmir

Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə birinci növbədə sülhə mane olur. İkincisi isə, bu bütün beynəlxalq qanunlara, prinsiplərə ziddir və hərbi cinayət hesab olunur. Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfi 10 noyabr razılaşmasına tam əməl edir, hətta bir sıra məsələlərdə humanistlik nümayiş etdirir. Məsələn, Ermənistan Kəlbəcərin boşaldılmasına əlavə 10 gün vaxt istədi və Azərbaycan tərəfi humanistlik göstərərək bu vaxtı verdi. Lakin eyni humanist addımları Ermənistan tərəfindən görmürük. Əksinə, Ermənistan tərəfi minalanməş ərazilərin xəritəsini gizlətməklə həm daha çox insanın həlak olmasına, həm də işğaldan azad edilmiş ərazilərin bərpasını ləngitməyə çalışır.

  • Azərbaycan Prezidenti: “Minalanmış sahələrin xəritələrini verməmək dinc vətəndaşları bilərəkdən ölümə məhkum etmək deməkdir”

Fevralın 26-da Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında bu məsələyə də toxunaraq bildirdi ki, ərazilərin minalanması əsas çətinlikdir: "Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Bu gün bizdə mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər. Biz onların hərbi əsirlərini, həlak olanların cəsədlərini verdik. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə erməni tərəfin nümayəndələri, sülhməramlı missiya və bizim nümayəndələr birlikdə mindən çox həlak olmuş erməni hərbi qulluqçusunun cəsədlərini tapdılar və erməni tərəfə verdilər. Biz özümüzü əxlaq normalarına və ümumbəşəri davranış normalarına müvafiq şəkildə aparırıq. Lakin minalanmış sahələrin xəritələrini bizə verməmək dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər? Belə olan təqdirdə birtərəfli əməkdaşlıq ola bilməz".

  • Minalanmış ərazilərin xəritəsi Azərbaycana verilməlidir - xarici ekspertlər

Xarici ekspertlər də bildirir ki, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməlidir, əks halda bu, hərbi cinayət hesab olunur.

Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenkonun fikirlərinə diqqət edək: "İşğaldan azad olunan ərazilərdə yüzlərlə kvadrat kilometr minalanmış ərazi var. Xəritə olmadan 30 il bundan öncə doğma yurdlarından məcburi köçkün düşmüş dinc azərbaycanlıların qayıdışının təhlükəsizliyini təmin etmək çətindir. Təəssüflər olsun ki, biz bu məsələdə Ermənistan tərəfinin xoşməramlı iradəsini görmürük. Ermənistan minalanmış ərazilərin xəritəsini vermək istəmir. Hər zaman olduğu kimi, qeyri-konstruktivlik nümayiş etdirir".

Həmçinin, bu il martın 2-də İtaliya parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub. "Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə"də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəflər konstruktiv fəaliyyət göstərməyə dəvət olunub və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsi istənilib.

  • Ermənistanın basdırdığı minalara hətta öz əsgər və zabitləri düşür...

İşğaldan azad olunmuş ərazilərdə erməni hərbçilərinə məxsus cəsədlərin qalıqlarının axtarışı zamanı Ermənistan FHN-nin dəstə komandiri minaya düşərək yaralanıb. Erməni KİV-nin verdiyi məlumata görə, hadisə Cəbrayıl rayonu ərazisində baş verib. Məlumata görə, işğal dövründə erməni hərbçilərinin basdırdığı minaya düşən dəstə komandiri sağ ayağından xəsarət alıb. Ona ilkin tibbi yardımı Azərbaycan hərbçiləri göstərib. Yaralı daha sonra Xankəndi hospitalına aparılıb və orada əməliyyat olunub. Həmin şəxsin həyatı üçün təhlükənin olmadığı bildirilir. Buradan bir daha azərbaycanlı və ermənilərin arasındakı fərq görünür. Onlar, hətta özləri basdırdıqları minaya öz zabitlərinin düşməsinə razıdırlar, nəinki minalarla bağlı xəritəni Azərbaycana təqdim etməyə.

Dünyada dini ayrıseçkiliyin gücləndiyi və dini zəmində qarşıdurmaların artdığı bir dövrdə tolerantlıq Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Bu gün dünya ölkələrində demokratik dəyərlərdən biri kimi təbliğ olunan dini dözümlülük xalqımızın əsrlər boyu formalaşan və bir çoxlarına örnək olan xarakterik xüsusiyyətidir və bu, inkaredilməz həqiqətdir. Azərbaycanda kilsə və sinaqoqlarla yanaşı, bir çox xristian, yəhudi dini tədris müəssisələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi və onlara dövlət tərəfindən lazımi dəstək verilməsi də buna əyani sübutdur. Bir çox ölkələri öz ağuşuna almış arzuolunmaz proseslərin fonunda ölkəmizdə Azərbaycançılıq məfkurəsinin, milli-mənəvi, dini dəyərlərin, tolerantlıq siyasətimizin təbliği və daha da möhkəmləndirilməsi, bu mühitin qorunub saxlanılması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir və xalqımız bunu gündəlik həyatının hər anında hiss etməkdədir.

  • Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının genetikasından irəli gəlir

Bütün bunlar bir daha sübut edir ki, mültikultralizm və tolerantlıq Azərbaycan xalqının genetikasından irəli gəlir. Minaya düşmüş erməni zabitinə Azərbaycan əsgərinin yardım etməsi bir daha sübut edir ki, biz öz ərazimizdə yaşamayan millətlərə qarşı belə ən kritik anda tolerant davrana bilirik. Ancaq təəssüf ki, bu mahiyyəti biz ermənilərdən görmürük. Biz bunu həm tarixi faktlara, həm də son müharibə və ondan sonra yaşananlara istinadən deyə bilərik. Proseslərin təhlili göstərir ki, yaranmış real vəziyyət Azərbaycanın mənafelərinin daha da güclənməsinə xidmət edir. İqtisadi tənəzzül yaşayan Ermənistanın Azərbaycanın ərazilərində mövcudluğunu qorumağa çalışdığı separatçı rejimə yardım etmək imkanından da tədricən məhrum olması Qarabağ ermənilərinin İrəvandan narazılığını xeyli artırıb. Artıq iqtisadi və sosial problemləri daha da dərinləşən Qarabağ erməniləri də öz etirazlarını ifadə etməyə başlayıblar. Hətta elə Ermənistan mediasının yazdığına görə, Qarabağ erməniləri arasında belə bir fikir sürətlə genişlənməkdədir: "Əgər Azərbaycanın tərkibində yaşasaydıq, indiki çətinliklərlə üzləşməz, belə çıxılmaz vəziyyətdə qalmazdıq". Hələlik separatçı rejim tabeliyində olan güc dəstələri vasitəsilə belə mövqedən çıxış edənlərə təzyiqlər göstərərək bu istiqamətdə fikirlərin yayılmasının qarşısını almağa çalışır. Ancaq yerli ermənilər, edilən təzyiqlərə baxmayaraq, yenidən Azərbaycanın tərkibində olmayacaqları təqdirdə daha böyük çətinliklərlə üzləşəcəklərini yaxşı başa düşürlər.

Əslində elə Ermənistanın özündə də əhalinin böyük əksəriyyəti bu problemin həllinə sevinir.  Onlar anlayır ki, Qarabağ münaqişəsinin həllinin uzanması Ermənistanın regional layihələrin icrasında iştirakını əngəlləyən əsas amil olub. Qarabağ münaqişəsinin davam etməsi daha da dərinləşdirir. Deməli, münaqişənin həlli Ermənistana yalnız xeyir vermiş olacaq. Bunun üçün Ermənistan öz daxilində və qonşularla münasibətdə Azərbaycan modelini əsas götürərək hərəkət etməlidir. Bunun da yolu tolerant davranışların mənimsənilməsindən keçir. Ermənistan monoetnik dövlət siyasətindən əl çəkib, sərsəm, utopik ideyalarını kənara qoyub, qonşuları ilə normal münasibətlər qurmalıdır. Əks təqdirdə bu ölkəni bundan da böyük fəlakətlər gözləyir.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ