çərşənbə günü, 21 oktyabr 2026
     

PKK-çıları Dağlıq Qarabağa gətirməklə Ermənistan Türkiyəyə antiterror əməliyyatında Azərbaycanın yanında olması üçün əla hüquqi şans açır

Image


Regionda əsas güc mərkəzinə çevrilən Azərbaycan və Türkiyə qarşıdakı dövr ərzində bir sıra dünya dövlətlərinin onlara qarşı sərgilədiyi düşmən mövqeyinə qarşı da birlikdə mübarizə aparmalı olacaq. Artıq hər iki ölkə bu məsələ ilə bağlı maraqlı mövqe sərgiləyir və onlara qarşı tətbiq edilən ikili standartlara qarşı birgə çıxır. Çünki əks təqdirdə, hər iki ölkə özünə qarşı sərgilənən ədalətsizliyə daha çox məruz qalacaq, daha çox ikili standartlatla üzləşməli olacaq.

Yeri gəlmişkən qeyd edək ki, bu məsələyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Administrasiyasında nazirlərlə keçirdiyi toplantısından sonrakı çıxışında da xüsusi toxunub. Bu xüsusda o qeyd edib: "Suriyada, Liviyada, Yəməndə və digər bir çox ölkələrdə hələ davam edən bir çox humanitar böhranlarda riyakarlığını, mənfəətlərini davam etdirən dövlətlərin dünyaya haqq və ədalət yaymayacaqlarını buradan bir daha təkrar edirəm. Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısını almaq üçün müvafiq addımların atılmaması buna misaldır".

Ərdoğan onu da vurğulayıb ki, Kipr və Şərqi Aralıq dənizi problemində bir neçə ölkənin mənfəətlərini qorumaq üçün tarixi həqiqətlərə, beynəlxalq sazişlərə arxa çevirən ölkələr var: "Sırf Türkiyəyə qarşı ədavətlərilə əlaqədar regionumuzun və dünyanın balansını pozmağa çalışanlar əslində öz mənfi aqibətlərini öz əllərilə hazırlayırlar". Ərdoğan bildirib ki, Türkiyə Kiprdə, Aralıq və Egey dənizlərində digər ölkələrin haqqına, hüququna toxunmadan öz mənfəətlərini qorumağa davam edəcək. Qeyd edilən məsələdə hazırda Türkiyəyə tam şəkildə açıq dəstək verən ölkə qismində isə Azərbaycan çıxış edir.     

Avropa isə Türkiyəyə qarşı yenə ikili standartlardan əl çəkmir. Bu fonda Şərqi Aralıq dənizində Türkiyəyə müqavimətdə məğlubiyyətə uğrayan Yunanıstan və onun ən əhəmiyyətli müttəfiqi Fransadan yeni təxribat xarakterli açıqlamalar gəlməkdə davam edir. Belə ki, Yunanıstan xarici işlər naziri Nikos Dendias ehtiyac olduğu təqdirdə Avropadakı həmkarlarından Türkiyəyə qarşı tətbiq oluna biləcək sanksiya siyahısının hazırlamasını istəyib. Fransa prezidenti Emmanuel Makron da təxribatçı mövqe sərgiləyir: “Türkiyəyə konkret mesaj göndərdik: xoş niyyətli, sadəlövhlükdən uzaq, məsuliyyətli dialoqu yenidən açaq. Bu çağırış bundan sonra Avropa Parlamentinin də çağırışıdır. İstənilən odur ki, eşidilib də irəliyə gedək”. Bütün bunlara Ankaranın cavabı sərt olub. Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı qeyd edib: "Türkiyə Şərqi Aralıq dənizində şantaja, banditizmə və təhdidə baş əyməyəcək". O bildirib ki, Şərqi Aralıq dənizi mövzusunda istifadə olunan təhdid dilinin xeyri yoxdur: "Aralıq dənizində ən uzun sahil xəttinə sahib olan ölkəmizdir. Şərqi Aralıq dənizi məsələsində, qarşı tərəfin təxribatlarına və uşaqcasına davranışlarına baxmayaraq, həmişə haqlı və böyük bir dövlət olmağın ləyaqəti ilə hərəkət etdik". Məhz bu vəziyyətdə Azərbaycanın Türkiyənin yanında yer alması vacib sayılır. Ekspertlər də bildirir ki, qütbləşən dünyada Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb edir. Belə vəziyyətdə hər iki ölkənin Qafqazda da möhkəmlənməsi vacib əhəmiyyət kəsb edir. Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran Cənubi Qafqazın strateji nöqtədə yerləşdiyini bildirib. Onun sözlərinə görə, münaqişələr bölgənin potensialından istifadə etməyə imkan vermir: “Ermənistanın qurulduğu gündən bölgəyə qanunsuzluqdan başqa heç nə gətirmədiyi dünyaya bəllidir. Hücum siyasəti bu gün bu ölkənin dövlət siyasətinin əsasını təşkil edir. Ermənistan daxili problemlərindən diqqəti yayındırmaq üçün təxribata əl atır. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində həlli üçün qərarlı dəstəyi davam etməkdədir. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çəkilməli və BMT-nin, ATƏT-in qərarlarına əməl etməlidir. Tovuz istiqamətində Ermənistanın təxribatı bu ölkənin regionun inkişafında ən əsas maneə olduğunu ortaya qoyur”.

Hesab edilir ki, Ermənistan maneəsinin dəf edilməsində Azərbaycan və Türkiyə bundan sonra ortaq mövqe sərgiləmək məsələsində yeni imkanlar da qazanır. Xüsusən də PKK terrorçularının Dağlıq Qarabağa axını hərb müstəvisində bu imkanları genişləndirir. Məlumdur ki, Ermənistan işğal etdiyi ərazilərdə PKK terror qruplaşmasının üzvlərini yerləşdirir. Hətta bu günlərdə  “cairo24” nəşri Ermənistanın İrandakı sabiq səfiri Qraçya Poladyanın PKK terrorçularının Qarabağa gedən istiqaməti ilə bağlı planını paylaşıb. Poladyan PKK-çıların Qarabağa yerləşdiyini söyləyib. Verilən məlumata görə, iyul ayında İraqdan İranın Urmiya şəhərinə aparılan 25 PKK-çı burada bir müddət qaldıqdan sonra Ermənistana keçib. Sentyabr ayının əvvəllərindən Suriyanın Qamışlı bölgəsindən gətirilən 250 nəfərlik terrorçu qrup yenə İran vasitəsilə Ermənistana keçirilib. Ermənistan PKK-nın bu həmləsinə qarşılıq olaraq Türkiyə silahlı pilotsuz uçuş aparatlarına qarşı istifadə edilmək üçün Rusiya istehsalı olan raket verilməsi barədə üzərinə öhdəlik götürüb.  Beləliklə, Ermənistan Azərbaycana qarşı addımlar atmaqla həm də Türkiyənin düşməni ilə sıx işbirliyinə gedir. Məhz bütün bunlar Azərbaycan və Türkiyənin Qarabağda birgə əmıliyyatına hüquqi zəmin yaradır.

Samirə SƏFƏROVA

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ