Cümə günü, 19 iyun 2026
     

Məi­şə­ti­miz­də sı­ra­dan çıx­maq üz­rə olan mil­li rəqs ənə­nə­lə­ri bəy-gə­li­ni nə­yə va­dar edir?

Image


Qiy­mət Mə­hər­rəm­li: "Biz rəqs­lə­ri­mi­zi ca­ma­at ara­sın­da ya­şat­ma­saq..."
Şə­fa Mir­zə­ca­no­va: "Bi­zə nə­in­ki Ba­kı­dan, hət­ta böl­gə­lər­dən də mü­ra­ci­ət edən­lər çox­dur"
Rəqs kur­su: "Ha­zır­lan­mış kom­po­zi­si­ya­nın uğur­lu və ba­xım­lı alın­ma­sı üçün isə pe­şə­kar xo­re­oq­ra­fa mü­ra­ci­ət et­mək la­zım­dır"

 

Azər­bay­can toy­la­rı öz ta­ri­xi ənə­nə­si­nə gö­rə fərq­lə­nib. Söz­süz ki, hər bir xal­qın özü­nün toy adət-ənə­nə­lə­ri var. Bi­zim adət­lər da­ha uni­kal və ma­raq­lı­dır. Qə­dim çağ­lar­dan baş­la­ya­raq Azər­bay­can­da ənə­nə­si olan toy adət­lə­ri for­ma­la­şıb. On­lar­dan bi­ri toy­da rəqs ənə­nə­si­dir ki, bu­nun da əvə­zi yox­dur. Toy iş­ti­rak­çı­la­rı­nın, elə­cə də bəy­lə gə­li­nin rəq­si to­ya ay­rı bir ov­qat qa­tır.

Bəy-gə­lin ni­yə rəqs kurs­la­rı­na ge­dir?

Azər­bay­can mil­li rəqs­lə­ri xalq tə­rə­fin­dən ya­ra­dı­lıb və xalq tə­rə­fin­dən də toy­lar­da, məc­lis­lər­də, xı­na­yax­dı mə­ra­sim­lə­rin­də ya­şa­dı­lıb, tək­mil­ləş­di­ri­lib. Ma­raq­lı­dır ki, xalq rəqs­lə­ri­miz həd­siz də­rə­cə­də rən­ga­rəng­dir. Azər­bay­can rəqs­lə­ri­nin əsas ya­yıl­ma area­lı elə cə­miy­yə­ti­miz, kənd­lə­ri­miz, oba­la­rı­mız olub. Vax­ti­lə bəy və gə­lin toy­da öz­lə­ri­nə uy­ğun ha­va­la­ra oy­na­yar­dı­lar. Özü də bu rəqs­lə­ri in­di­ki ki­mi on­la­ra rəqs mü­əl­lim­lə­ri öy­rət­mir­di. On­lar bö­yük­lə­rə ba­xıb oy­na­maq öy­rə­nir­di­lər. Toy­lar özü ger­çək bir rəqs mək­tə­bi idi. Qə­dim rəqs ha­va­la­rı­nın ək­sə­riy­yə­ti elə el sə­nət­kar­la­rı tə­rə­fin­dən toy­lar­da tək­mil­ləş­di­ri­lir­di. Onu da vur­ğu­la­yaq ki, bu rəqs­lə­rin hə­rə­si­nin öz xa­rak­te­ri, öz me­lo­di­ya­sı, öz lən­gə­ri olub. Tə­əs­süf ki, bu gün o rəqs­lə­rin nə öz­lə­ri­nə, nə də ele­ment­lə­ri­nə toy­lar­da rast gə­lin­mir. Mil­li toy rəqs ənə­nə­lə­ri san­ki gö­rün­məz bir əl tə­rə­fin­dən toy­lar­dan sey­rəl­di­lib. Bu gün bəy və gə­lin öz toy­la­rın­da tə­bii su­rət­də rəqs edə bil­mir­lər. On­lar fi­lan qə­dər pul xərc­lə­yib rəqs kurs­la­rı­na ge­dir­lər ki, toy­la­rın­da oy­na­ya bil­sin­lər. Əl­bət­tə, bu mil­li rəqs ənə­nə­si­nin məi­şət­də yük­sək sə­viy­yə­də qo­run­ma­ma­sı­nın mən­fi tə­za­hü­rü­dür.   

Bu gün so­si­al şə­bə­kə­lər­də, in­ter­net re­surs­la­rın­da, elə­cə də KİV-də toy rəqs­lə­ri öy­rə­dən kurs­la­rın rek­lam­la­rı­na rast gə­li­rik.

Hal­bu­ki, rəq­si xalq ya­şat­ma­lı­dır. Bu ör­nək xal­qın için­də yük­sək sə­viy­yə­də möv­cud ol­ma­lı­dır.

"Toy­qa­ba­ğı bəy­lə gə­lin gə­lib rəqs öy­rə­nir­lər"

Be­lə kurs­lar­dan bi­rin­də ça­lı­şan rəqs mü­əl­li­mə­si Şə­fa Mir­zə­ca­no­va bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, son il­lər toy rəqs­lə­ri­ni öy­rən­mə­yə gə­lən­lə­rin sı­ra­sı ge­niş­lə­nib. Onun söz­lə­ri­nə gö­rə, bu hal ar­tıq küt­lə­vi xa­rak­ter alıb. Mü­sa­hi­bi­mi­zin bil­dir­di­yi­nə gö­rə, Ba­kı, Sum­qa­yıt və di­gər iri şə­hər­lər­də be­lə rəqs kurs­la­rı fəa­liy­yət gös­tə­rir və on­lar to­ya ha­zır­la­şan bəy və gə­li­nə, hət­ta on­la­rın dost­la­rı­na, rə­fi­qə­lə­ri­nə rəqs öy­rə­dir­lər: "Bu gün rəqs öy­rən­mə­yə tə­lə­bat həd­dən ar­tıq ar­tıb. Toy­qa­ba­ğı bəy­lə gə­lin gə­lib rəqs öy­rə­nir­lər. Düz­dür, yaş­la­rı çox ol­du­ğun­dan, on­lar rəqs­lə­ri gec mə­nim­sə­yir­lər, am­ma ar­dı­cıl məşq­lər sa­yə­sin­də bu işi ba­ca­rır­lar. Bi­zə nə­in­ki Ba­kı­dan, hət­ta böl­gə­lər­dən də mü­ra­ci­ət edən­lər çox­dur. Biz bə­zən on­lar­dan "si­zin kənd­də, ra­yon­da rəqs edə bil­mir­lər ki, siz kurs­la­ra gə­lir­si­niz?" - de­yə so­ru­şu­ruq. 

De­yir­lər ki, o rəqs­lə­ri bi­lən in­san­la­rın ço­xu hə­yat­dan kö­çüb, ona gö­rə də rəqs öy­rən­mə­yə məc­bu­ruq. Bu bi­zim işi­miz­dir. Bö­yük məm­nu­niy­yət­lə öy­rə­di­rik".

"Son za­man­lar toy mə­ra­sim­lə­rin­də bəy və gə­lin­lə­ri­miz..."

"Bil­gi" rəqs təd­ris mər­kə­zin­dən isə bil­dir­di­lər ki, rəq­sin to­ya uy­ğun qu­rul­ma­sı işi­ni hə­ya­ta ke­çi­rir­lər: "Son za­man­lar toy mə­ra­sim­lə­rin­də bəy və gə­lin­lər xü­su­si tər­tib olun­muş rəqs kom­po­zi­si­ya­la­rın­dan çox is­ti­fa­də edir­lər. Ha­zır­lan­mış kom­po­zi­si­ya­nın uğur­lu və ba­xım­lı alın­ma­sı üçün isə pe­şə­kar xo­re­oq­ra­fa mü­ra­ci­ət et­mək la­zım­dır. Çün­ki bu­ra­da se­çil­miş rəqs­lə­rin tət­bi­qi hə­ya­ta ke­çi­ri­lir. Bu­ra gə­lib bəy-gə­lin üçün rəqs­lə­ri əsl pe­şə­kar­lar­dan öy­rə­nə bi­lər­lər. Bəy-gə­lin rəqs­lə­ri 2 növ­dən iba­rət­dir. Biz həm vals, həm də mil­li rəqs öy­rə­di­rik".

Bu, kurs­da ça­lı­şan­la­rın fik­ri­dir. Əl­bət­tə, on­la­rın məq­sə­di bir tə­rə­fən mil­li toy rəqs­lə­ri­ni ya­şat­maq­dır­sa, di­gər tə­rəf­dən də gə­lir əl­də et­mək­dir. Mə­sə­lə­nin ger­çək üzü bu­dur ki, bu iş ar­tıq biz­ne­sə çev­ri­lib.

"Mil­li rəsq ənə­nə­lə­ri məi­şət­də ya­şa­dıl­say­dı..."

Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın Folk­lor İns­ti­tu­tu­nun əmək­da­şı, fi­lo­lo­gi­ya üz­rə fəl­sə­fə dok­to­ru Qiy­mət Mə­hər­rəm­li bi­zim­lə söh­bə­tin­də mil­li rəqs ənə­nə­lə­ri­nin cə­miy­yət tə­rə­fin­dən ge­niş sə­viy­yə­də ya­şa­dıl­ma­ma­sın­dan na­ra­hat ol­du­ğu­nu bil­dir­di: "Vaxt var idi ki, toy­lar­da, ni­şan­lar­da qız-gə­lin­lər oy­na­yan­da hər kəs hey­ran­lıq­la on­la­ra ba­xır­dı. O qə­dər gö­zəl oy­na­yır­dı­lar ki... Yaş­lı in­san­la­rın öz ha­va­sı, gənc­lə­rin də öz ha­va­sı var­dı. On­la­rın nü­ma­yiş et­dir­di­yi rəqs­lər, sö­zün hə­qi­qi mə­na­sın­da, bir ör­nək idi. Ya­dım­da­dır, o vaxt məş­hur ba­let­meys­ter­lər ra­yon-ra­yon, kənd-kənd gə­zib toy­lar­da iş­ti­rak edir, rəqs­lə­ri öy­rə­nir­di­lər ki, son­ra qu­ru­luş ve­rib səh­nə­yə qoy­sun­lar. Kənd­lə­rə ge­dib yaş­lı in­san­lar­dan o rəqs­lə­rin ele­ment­lə­ri­ni öy­rə­nir­di­lər. Bu gün isə çox acı­na­caq­lı və­ziy­yət ya­ra­nıb. Bəy-gə­lin özü rəqs edə bil­mir, ge­dib rəqs dər­si alır­lar. Mil­li rəsq ənə­nə­lə­ri məi­şət­də ya­şa­dıl­say­dı, gənc­lər küt­lə­vi şə­kil­də rəqs mü­əl­lim­lə­ri­nə üz tut­maz­dı­lar, kurs­la­ra pul xərc­lə­məz­di­lər. Ye­ni ya­ra­nan bu ənə­nə elə də yax­şı hal de­yil. Rəqs cə­miy­yət­dən səh­nə­yə ge­dib hə­mi­şə. İn­di tər­si­nə­dir. Biz rəqs­lə­ri­mi­zi ca­ma­at ara­sın­da ya­şat­ma­saq, onu son­ra­dan öy­rən­mək­lə heç nə­yə na­il ola bil­mə­yə­cə­yik. Han­sı xal­qa ba­xır­san öz rəqs ənə­nə­si­ni ya­şa­dır. Toy­lar­da bu rəqs­lə­ri nü­ma­yiş et­di­rir­lər. Biz­də isə toy­lar­da öz rəqs­lə­ri­mi­zi unu­dub ne­cə gəl­di oy­na­yır­lar. Siz qız­la­rın atı­lıb-düş­mə­yi­ni yə­qin ki, gör­mü­sü­nüz. Atı­lıb-düş­mək qı­za ya­raş­mır axı. Bi­zim mil­li rəqs­lə­ri­mi­zin ço­xu süz­mə rəqs­lər­dir. Qız­la­rın sü­zə-sü­zə oy­na­ma­sı ne­cə gö­zəl­dir".

"Bəy-gə­lin rəq­si dəb ha­lı­nı alıb"

Q.Mə­hər­rəm­li bil­dir­di ki, mil­li rəqs­lə­rin nö­vü çox­dur və hər böl­gə­nin də özü­nə aid rəqs­lə­ri var. Onun söz­lə­ri­nə gö­rə, Şə­ki böl­gə­si­nin rəq­si Qa­ra­bağ böl­gə­si­nin rəq­sin­dən fərq­lə­nir: "Bu da tə­bii­dir. Hər böl­gə­miz özü­nə­məx­sus­dur. Toy­lar­da bəy və gə­lin hər də­qi­qə­ba­şı oy­na­maz­dı, uzaq­ba­şı bir-iki də­fə. Am­ma bu gün on­lar toy­dan bir ne­çə ay qa­baq kurs­la­ra ya­zı­lır­lar. Ümu­miy­yət­lə, son dövr­lər toy­lar­da bəy-gə­lin rəqs­lə­ri dəb ha­lı­nı alıb. Hət­ta bu cür rəqs­lər et­mə­yə­nə müa­sir­lik­dən bi­xə­bər olan bir şəxs ki­mi də ba­xır­lar. Bu­na gö­rə də, de­mək olar ki, hər toy­da bəy və gə­li­nin xü­su­si ha­zır­lan­mış rəq­si olur. Ki­mi­si bu­nu is­tə­yə­rək, ki­mi­si isə "hər kəs edir, mən də edim" dü­şün­cə­si ilə ha­zır­la­yır. De­di­yim ki­mi, bu­nun üçün də ni­şan­lı­lar xü­su­si rəqs mək­təb­lə­ri­nə ge­dir, seç­dik­lə­ri rəqs üzə­rin­də ça­lı­şır­lar. Bu dəb ye­ni ya­ra­nan­da cüt­lük­lər da­ha çox mil­li rəqs­lə­rə üs­tün­lük ve­rir­di­lər. Ha­mı­ya mə­lum­dur ki, mil­li rəqs­lə­ri­miz­də in­cə­lik, naz-qəm­zə, ya da igid­li­yi tə­rən­nüm edən xü­su­si hə­rə­kət­lər möv­cud­dur. An­caq son dövr­lər­də nə­dən­sə mil­li rəqs­lər ye­ri­ni əc­nə­bi rəqs­lə­rə ver­di. Toy­lar­da bəy­lə gə­lin vals oy­na­maq üçün xü­su­si kurs­la­ra ya­zı­lır, mil­li rəqs mü­əl­lim­lə­ri­nin ye­ri­nə əc­nə­bi mü­əl­lim­lər də­vət edi­lir, rəqs­lə­ri­ni, mə­də­niy­yət­lə­ri­ni öy­rən­mək, mə­nim­sə­mək üçün pul tək­lif olu­nur".

"O rəqs­lə­rin ori­ji­na­lı elə xal­qın için­də ya­şa­yır"

Q.Mə­hər­rəm­li qeyd et­di ki, əv­vəl­lər qız­la­ra oy­na­ma­ğı öz ana­la­rı, nə­nə­lə­ri da­ha bö­yük qay­ğı və sev­gi ilə öy­rə­dir­di­lər. O bil­dir­di ki, nə­sil­lər ara­sın­da əla­qə­lə­rin zə­if­lə­mə­si nə­ti­cə­sin­də mil­li rəqs­lə­ri­miz məi­şət­də ya­şa­maq çə­tin­li­yi çə­kir: "Toy­la­ra ge­dir­din ana­lar oy­na­yır­dı, ya­nın­da da qız­la­rı, gə­lin­lə­ri. Elə in­cə­lik­lə rəqs edir­di­lər ki, adam ma­raq­la ba­xır­dı. Bu gün ana özü dü­zə­məl­li rəqs edə bil­mir­sə o qı­zı­na nə öy­rə­də­si­dir ki... Çox ar­zu edər­dim ki, gənc­lər böl­gə­lər­də qa­lan yaş­lı in­san­lar­dan rəqs­lə­rin sir­lə­ri­ni öy­rən­sin­lər. Çün­ki o rəqs­lə­rin ori­ji­na­lı elə xal­qın için­də ya­şa­yır, sa­də­cə, üzə çı­xar­mır­lar. Rəqs kur­su­na ya­zı­lın­ca, bir nə­nə­dən, ana­dan onu öy­rən­mək olar. İs­tər­dim ki, mil­li rəqs­lə­ri­miz məi­şət­də, toy adət­lə­rin­də ya­şa­sın".

Q.Mə­hər­rəm­li onu da vur­ğu­la­dı ki, biz öz rəqs­lə­ri­mi­zə sa­hib çıx­ma­dı­ğı­mız üçün, di­gər xalq­lar, xü­su­sən də er­mə­ni­lər on­la­ra yi­yə­lən­mək is­tə­yir­lər: "Ba­xır­lar ki, bi­zim toy­lar­da mil­li rəqs unu­du­lub, er­mə­ni­lər ona sa­hib çıx­maq is­tə­yir­lər. Er­mə­ni toy­la­rın­da bi­zim mah­nı­lar ifa edi­lir, rəqs­lə­ri­miz oy­na­nı­lır. Toy­la­rı­mız­da xa­ri­ci mah­nı­la­ra, mən­şə­yi bi­lin­mə­yən me­lo­di­ya­la­ra üs­tün­lük ve­rir­lər. Bu da fa­ciə­dir. Rəq­si xalq la­zı­mi sə­viy­yə­də ya­şat­sa, on­da rəq­si­mi­zə sa­hib du­ran­lar ol­ma­ya­caq".

"Əli­ba­ba mü­əl­lim o vaxt ra­yon və kənd qa­dın­la­rın­dan gö­tür­dü­yü rəqs­lə­ri..."

Xalq ar­tis­ti, Pre­zi­dent tə­qa­üd­çü­sü, gör­kəm­li rəqs us­ta­dı Ro­za Cə­li­lo­va "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da bil­dir­di ki, mil­li rəqs­lə­ri­mi­zin ca­ma­at tə­rə­fin­dən yük­sək sə­viy­yə­də qo­ru­nub ya­şa­dıl­ma­ma­sın­dan çox na­ra­hat­dır: "Bi­zim us­tad­la­rı­mız o rəqs­lə­ri kənd qa­dın və ki­şi­lə­rin­dən gö­tür­müş­dü­lər. Ya­dım­da­dır, us­ta­dı­mız, bö­yük rəqs ko­ri­fe­yi Əli­ba­ba Ab­dul­la­yev Azər­bay­ca­nın hər ye­ri­ni qa­rış-qa­rış gə­zə­rək yaş­lı in­san­lar­dan rəqs­lə­ri­mi­zi, rəqs ele­ment­lə­ri­mi­zi top­la­yır­dı. O de­yir­di ki, xalq rəqs xə­zi­nə­si­dir. O, top­la­dı­ğı rəqs­lə­rə son­ra­dan səh­nə­də qu­ru­luş ve­rir­di. Bi­lir­si­niz, xal­qın xə­zi­nə­si­ni tək­cə rəqs us­tad­la­rı de­yil, xalq da qo­ru­ma­lı­dır. Əv­vəl­lər ən gö­zəl rəqs edən­lər elə el qız­la­rı-gə­lin­lə­ri, yaş­lı qa­dın­lar idi. Bu qa­dın­lar bö­yük mək­təb idi. Əli­ba­ba mü­əl­lim o vaxt ra­yon və kənd qa­dın­la­rın­dan gö­tür­dü­yü rəqs­lə­ri qu­ran­da o rəqs­lər səh­nə­də bir baş­qa cür gö­rü­nür­dü.

O bir də­fə uc­qar kənd­lər­dən bi­ri­nə get­miş­di. Ora­da yaş­lı bir qa­dın ona "Bə­növ­şə" rəq­si­ni gös­tər­miş­di. Əli­ba­ba mü­əl­lim da­nı­şır­dı ki, o qa­dı­nın ya­nı­na ge­dən­də o, iri bir san­dı­ğın ağ­zı­nı aç­dı, ora­dan gə­lin­lik pal­ta­rı­nı, ör­pə­yi­ni, bir də bir su bar­da­ğı çı­xar­dı. Qa­dın li­ba­sı­nı ge­yi­nib, ba­şı­na su bar­da­ğı qo­yub, üs­tün­dən də ör­pə­yi­ni bağ­la­yıb və "Bə­növ­şə" rəq­si­ni oy­na­yıb. Son­ra Əli­ba­ba Ab­dul­la­yev "Bə­növ­şə" rəq­si­ni mə­nim üçün qur­du və mən bu rəq­si çox bö­yük uğur­la təq­dim et­dim. Çox ma­raq­lı rəqs idi. Yə­ni biz xalq­dan yüz­lər­lə rəqs gö­tü­rüb oy­na­mı­şıq, qu­ru­luş ver­mi­şik. Nax­çı­van­da ge­niş ya­yı­lan və ya­şa­dı­lan "Yal­lı" rəq­si ne­cə gö­zəl­dir. Vax­ti­lə toy­lar­da yaş­lı in­san­lar yal­lı ge­dər­di. Bu gün o rəqs ya­şa­yır. İn­di toy­lar­da da yal­lı oy­na­yan­lar var. Yaş­lı in­san­lar bu rəqs­lə­ri öz bö­yük­lə­rin­dən öy­rən­miş­di. İn­di­ki nə­sil isə o rəqs­lə­ri ya­şat­maq is­tə­mir. Rəqs xalq için­də ya­şa­ma­lı­dır ki, ənə­nə da­vam et­sin. Bu gün pul na­mi­nə rəqs öy­rə­dir­lər, rəqs öy­rə­nir­lər. Xal­qın sə­nə­ti­ni pu­la qur­ban ver­mək ol­maz".

R.Cə­li­lo­va bil­dir­di ki, gənc­lər nə qə­dər rəqs kurs­la­rı­na get­sə­lər də, toy­lar­da is­tə­ni­lən sə­viy­yə­də oy­na­ya bil­mir­lər: "Mə­ni na­ra­hat edən mə­qam­lar­dan bi­ri toy­da gənc­lə­rin oy­na­ya bil­mə­mə­si­dir. Qız­lar elə pis oy­na­yır­lar ki, adam uta­nır. Axı be­lə oy­na­maz­lar. Gö­rün yaş­lı in­san­lar ne­cə oy­na­yır­dı, siz də on­la­ra ba­xın. İn­di yaş­lı nə­sil ge­dib, yer­də qa­lan­lar da heç nə bil­mir. Mil­li rəqs xalq­la, xalq ru­hu ilə bağ­lı­dır. Dü­şü­nü­rəm ki, xalq öz rəq­si­ni ya­şat­ma­lı­dır".

İra­də SA­RI­YE­VA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

19.06.2026 / 13:18
14 bəndlik razılaşmanı kim üddü - Tramp, ya Xamenei?..

19.06.2026 / 12:49
Reuters: “SEPAH İraqda Körfəz ölkələrinə qarşı gizli qruplar yaradıb”

19.06.2026 / 12:46
CNN:ABŞ və İran memorandumu üçün gizli icra planları hazırlanır

19.06.2026 / 11:30
ABŞ ordusu Sakit Okeanda daha bir narkoticarət gəmisini "ovladı"

19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi - amma qurultay tələbi keçməzsə...

19.06.2026 / 08:52
Vens İsveçrəyə getməyəcək - səbəb Livanla bağlıdır?..

19.06.2026 / 08:45
Sənətçi etiraz etdi - “Xəbərim yoxdu…”

19.06.2026 / 08:30
Vensdən İsrailə xəbərdarlıq - “Tramp sizin yeganə müttəfiqinizdir…”

18.06.2026 / 23:28
Düşmənə sipər və üzü... Naxşıvan diyarına baxan dağlar....

18.06.2026 / 23:14
Vüsalın Vətən sevgisi həyatı üçün istinad yeridir...

18.06.2026 / 22:50
Prezidentin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

18.06.2026 / 21:53
Ermənistanın revanşçı müxalifəti “Qarabağ iddialarını” yenidən rəsmən qaldırdı...

18.06.2026 / 21:19
Böyük 7-lər Trampın Ukrayna siyasətinin dəyişdiyini yekun bəyanata daxil etdilər...

18.06.2026 / 20:31
Erməni məhsulları Avropa bazarına “su kimi axacaq” - ildə 420 milyon...

18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı – Livandan geri çəkilməyəcəyik...

18.06.2026 / 19:22
Bəzi ixracatçı sahibkarlar Azərbaycan dövlətindən əlavə pul alacaqlar...

18.06.2026 / 19:05
Zaxarova Kallasın açıqlamasını absurd adlandırdı

18.06.2026 / 18:41
Ermənistanın KTMT-də səsvermə hüququ ləğv edilə bilər...

18.06.2026 / 18:14
Rusiya Ermənistana nota verdi – “çaşqınlıq içindəyik”...

18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

18.06.2026 / 17:53
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

18.06.2026 / 17:40
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb

18.06.2026 / 17:35
"Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir" - DİN rəsmisi

18.06.2026 / 17:22
Rusiyanın İranla aviasiya ticarəti yenidən qızışdı... Hələlik 20 helikopter...

18.06.2026 / 17:16
Avropadan Ukraynaya hərbi təyyarələrin yeni axını başladı...

18.06.2026 / 16:59
20 il idarə etdiyi müəssisəni "Korrupsiya" yoxlayır, özünə yeni vəzifə verirlər - MÜƏMMA...

18.06.2026 / 16:52
Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri Bakıda müzakirə edildi

18.06.2026 / 16:44
Tramp Yaxın Şərqi şiə-sünni müharibələrinə çəkir - "Böyük 7-lər" niyə susdu...

18.06.2026 / 16:27
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib

18.06.2026 / 16:19
Tramp İranı hər an yenidən bombalayacağını bəyan etdi...

18.06.2026 / 16:00
Məhkəmə qərarı ilə partiya başqanlığına gətirilmiş Kılıçdaroğlu qurultaydan niyə qorxur?..

18.06.2026 / 15:56
Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

18.06.2026 / 15:31
"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

18.06.2026 / 15:19
Abşeronda elektrik naqillərini oğurlayan dəstə ifşa edildi

18.06.2026 / 15:00
Ermənistanın Avropa planı Rusiyanın Türkiyə ilə dəmiryolu bağlantısını gündəmdən silir...

18.06.2026 / 14:40
Paşinyan Aİİ-nin Hökumətlərarası Şurasının iclasında iştirak edəcək

18.06.2026 / 14:37
İki qadının "eqo savaşı" Avropa İttifaqını yaman günə qoyacaq...

18.06.2026 / 14:23
Kılıçdaroğlu öz oğlunun da dəstəyini ala bilmir...

18.06.2026 / 14:13
Tramp İranla saziş imzalanma planını gözlənilmədən dəyişdi...

18.06.2026 / 14:03
47 illik düşmənçilik, 119 günlük müharibədən sonra ilk ABŞ-İran sazişi... – TAM MƏTN...

18.06.2026 / 13:51
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək

18.06.2026 / 13:44
"Ermənistan rəhbərliyi soydaşlarımızın öz doğma torpaqlarına qayıdışına şərait yaratmalıdır" - Əziz Ələkbərli

18.06.2026 / 13:36
Rusiya bazarlarından qaçan Ermənistanın Avropada da işi gətirməyə bilər...

18.06.2026 / 13:33
Paşinyan seçki sonrası "üçbaşlı mafiyanın" məhvində qərarlıdır - "bunu məndən xalq istəyir"...

18.06.2026 / 13:28
Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin ilk təlimi

18.06.2026 / 12:56
Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib - FOTO

18.06.2026 / 12:55
Bir memar tanıyıram...

18.06.2026 / 12:49
Aspendosda nadir tarixi olay - Roma “çay tanrısı” kəşf edilib

18.06.2026 / 12:27
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin edildi

18.06.2026 / 12:15
İsrail mediası Trampa qarşı üsyan etdi – bizə xəyanət etdi, Netanyahu geri çəkilməməlidir...

18.06.2026 / 11:57
Təqaüdçü bölgə həkimləri yenidən işə qaytarılır... Komitədən böyük təşəbbüs...

18.06.2026 / 11:35
Tramp dünyanı yenə heyrətləndirdi...

18.06.2026 / 11:20
Axtarışda olan 148 nəfər saxlandı

18.06.2026 / 11:01
Prezident İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

18.06.2026 / 10:49
Bakıda Neft Emalı Zavodunda yanğın...

18.06.2026 / 10:42
Bu il doğulan körpə sayı azalıb

18.06.2026 / 10:36
"Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik" - Prezident

18.06.2026 / 10:34
Prezident İlham Əliyev: "Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq"

18.06.2026 / 10:12
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik" - Prezident

18.06.2026 / 10:03
Prezident İlham Əliyev: "İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır"

18.06.2026 / 09:51
"Biz infrastruktura çox böyük sərmayələr yatırırıq" - Prezident İlham Əliyev

18.06.2026 / 09:45
Prezident: "Azərbaycan bu gün qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir"

18.06.2026 / 09:41
"Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib" - Prezident İlham Əliyev

18.06.2026 / 09:37
Prezident: "Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir"

18.06.2026 / 09:32
"Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib" - Prezident

18.06.2026 / 09:25
Prezident İlham Əliyev: "Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır"

18.06.2026 / 09:20
"Azərbaycanın sabit, uğurlu inkişafı var" - Prezident

18.06.2026 / 09:04
Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İİB Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

18.06.2026 / 05:58
Deputatın qatili Putinin dostu çıxdı

18.06.2026 / 05:25
İran-ABŞ Anlaşma Memorandumu Vaşinqtonun məğlubiyyət sənədidir - Qalibaf

17.06.2026 / 22:55
Dron zərbələri Putini qeyri-adi qərara məcbur etdi - 95 standartı ilə 92 benzin...

17.06.2026 / 22:39
Bakı və Abşeron bələdiyyələri reklam gəlirlərini gizlədir - iddia...

17.06.2026 / 22:11
Tramp İran məsələsində “günah keçisi”ni tapdı - Vens “gedəcək”…

17.06.2026 / 21:48
Tramp İran müharibəsindən sonra “yeni Ukrayna siyasətinə başlayır” - kimin yanında?...

17.06.2026 / 21:35
G7-də "Beyrut gərginliyi" - Tramp Netanyahuya Livanla bağlı xəbərdarlıq etdi

17.06.2026 / 20:38
Putin Zelenskinin Fransada G-7 zirvəsində görüş təklifindən imtina etdi...

17.06.2026 / 20:15
Qəbul imtahanının nəticəsi açıqlandı...

17.06.2026 / 20:14
Professor Asif Rüstəmlinin yeni kitabı çap olunub

17.06.2026 / 19:50
MSK icazə verdi - Köçəryana cinayət işi açılır...

17.06.2026 / 19:35
Britaniya Baş nazirinin iki əmlakı və avtomobili yandırıldı - arxasından Rusiya kəşfiyyatı çıxdı...

17.06.2026 / 19:09
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda meyvə bağları ilə tanış olublar - FOTO

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ