şənbə günü, 10 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Klassik aşıq sənətinin fidanları...
Tarix: 23.06.2014 / 11:37
Bölmə: Mədəniyyət
Aşıq Şəhriyar: "Bizim qoşa çıxış etməyimizin təşəbbüskarı Məhərrəm Qasımlıdır"
Aşıq Elməddin: "İndiki zamanda aşığın ali təhsil alması vacibdir"
Aşıq sənəti ulu ozanlarımızın çox əski çağlarda yaratdığı, sonrakı nəsillərin yaşatdığı, günümüzə ötürdüyü qədimdən qədim bir sənətdir. Dövlətimizin də böyük dəstək verdiyi və qayğı göstərdiyi aşıq sənəti müxtəlif mərhələlərdə formalaşıb, təkmilləşib və çağdaş dünyamıza nüfuz edib. Saz ürəyimizin ritmidir, sazın səsini eşidəndə adam durulaşır, özünə qayıdır, dədə-babalarımızın yaddaşlarımıza hopan hənirin duyur.
Sazda ancaq keyfi sazların havası çalınmır, sazda ömrü qara dastanlara dönən, bir çimdik oddan alovlanan sevda yolçularının, qəm-qüssə hücrəsində can çürüdənlərin havası da çalınır, özü də yanğıyla, göz yaşıyla. Qeyd etdiyim bu məqam daha çox klassik aşıq sənətinin yolçularının ifasına aiddir. Dolu aşıqlar, kamallı aşıqlar, dərimənd aşıqlar insanı duyub da o havaları dilə gətirirlər. Sazın tellərində o qədər ah-nalə var ki...İki gənc aşıq tanıyıram, onların ifasına, daxili aləminə bənd olmağımın səbəbi də onların klassik aşıqlığa bağlılığı və o yolu təbliğ etməyi uğurla bacarmalarıdır. Səhnədə hər zaman qoşa olan aşıq Elməddin Məmmədli və aşıq Şəhriyar Kərimov-bu gənclər sazsevərlərin hüsn-rəğbət bəslədiyi insanlardır. Olar ulu ozanlıq ocağının ləyaqətli odqoruyanlarıdır. Arxada qoyduğumuz həftənin şənbə günü Şəhriyar və Elməddinlə görüşüb onlardan müsahibə götürdüm. Düşündüm ki, bu gənclərin fikirləri oxucularımız üçün də maraqlı olar...
- Səhnədə qoşasınız, bu qoşalıq da sizə çox yaraşır...Bir-birinizi necə kəşf etdiniz?
Elməddin Məmmədli: - Şəhriyarla mənim təxminən 6-7 yaş fərqimiz var. Bizim qoşa çıxış etməyimizin təşəbbüskarı professor Məhərrəm Qasımlıdır. Yadıma gəlir ki, biz Tovuz aşıqlarının yubileylərində birgə çıxış edirdik. Görünür, bizim birlikdə səhnəyə çıxmağımız uğurlu olub və bu gün də qoşa çıxırıq.
- Demək sizi Məhərrəm Qasımlı kəşf edib...
E.M: - Məhərrəm müəllim yəqin hiss etmişdi ki, biz daxilən yaxınıq və duet oxuya bilərik.
Şəhriyar Kərimov: - Görünür, bir-iki çıxışdan sonra bizim qoşalığımız özünü doğruldub. Ondan sonra bizi hər yerə qoşa dəvət etdilər.
- Qoşa oxumaq əslində çox çətin və məsuliyyətlidir, burada bir sıra amillər var, bir-birini gözləməlisən, çaşdırmamamalısan, səs və daxili aləm uyğun gəlməlidir. Siz bunun öhdəsindən necə gəlirsiz?
Ş.K: - Doğru deyirsiz. Düşünürəm ki, birinci insanın ruhu bir-birini tutmalıdır. Elməddinlə mənim daxili dünyamda isti bir doğmalıq var. Düzdür, aşıq sənətinə, saza görə bir-birimizi tapmışıq, ancaq bundan əlavə biz qardaşıq artıq, ailəlikcə qaynayıb-qarışmışıq. Odur ki, duet də oxuyanda mütləq uyğunlaşırıq, çünki daxili uyğunluğumuz var.
- Şəhriyar, sən zəmanəmizin böyük aşıqlarından biri, ustad Əli Quliyevin şəyirdisən. İndi belə bir mənfi dəb formalaşıb ki, saz çalanların əksəriyyəti ustaddan öyrənmək istəmir. Bəs sən necə oldu ki, bu axından ayrılıb ustad yanında şəyird olmaq fikrinə düşdün?
Ş.K: - Əli Quliyevi tanıyırdım, el-obamızın görkəmli aşığıdır. Onunla yaxından təmasda olmağımın səbəbkarı sizin də yaxşı tanıdığınız şair Həmid Ormanlı olub. Bilirsiz ki, Həmid Ormanlı Əli Quliyev haqda bir sıra yazıların müəllifidir. O, Tovuza tez-tez gəlirdi. Növbəti səfərlərindən birində biz Tovuzda çox məşhur olan Əsrik bulağına getdik. Orada Həmid Ormanlıya "ay Həmid, Əli əmimə de ki, bu axşam onu evə qonaq dəvət edirəm, bizə gəlsin" dedim. O da sağ olsun, axşam gəldi bizə. Bizim həyətdə çox yüksək səviyyədə ifalar etdi, havalar çalıb oxudu. Sonra mən də bir hava çaldım, xoşuna gəldi. Orada dedi ki, bu gündən təmənnasız olaraq səni özümə şəyird götürürəm, nə vaxt istəsən gələ bilərsən. Düzdür, mənə qədər şəyird olmaq üçün ona müraciət edənlər çox olmuşdu, ancaq o imtina etmişdi. Məni isə şəyirdliyə qəbul etdi. Onu da deyim ki, mənə ilk dəfə saz tutmağı, sim tərpətməyi qonşumuz Ramin öyrədib. Ancaq ustadım Əli Quliyevdir.
- Bildiyim qədər hər adamı şəyird götürmürlər, burada şəyirdin tərbiyəsi, ailəsi və başqa keyfiyyətlər əsas götürülür. Yəqin Əli Quliyev səni bu göstəricilərə uyğun bilib...
Ş.K: - Bəli. O özü deyir ki, mən Şəhriyarın ailəsini, ocaqlığını tanıyıram, o ocaqdan pis adam çıxmaz, ot kökü üstə bitər...
- Elməddin, sənin ustadın kim olub?
E.M: - Mən 1995-ci ildən bu sənətlə məşğul olmağa başlamışam. İlk ustadım rəhmətlik aşıq Bəkir Əhmədov olub. Qazax rayonunun Daş Salahlı kəndindən idi, Sumqayıt şəhərində yaşayırdı. O həm aşıq idi, həm sazbənd idi, həm dəllək idi, bir sözlə, hərtərəfli bir insan idi. Sumqayıt şəhərindəki Nəriman Nərimanov adına Mədəniyyət Sarayında saz sinfi vardı, üç-dörd il onun yanına gedib öyrəndim. Sonra orta məktəbi bitirib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aşıq sənəti ixtisasına qəbul olundum. Orada da aşıq Əhlimandan, aşıq Fəzail Miskinlidən və başqa müəllimlərdən dərs aldım. Deyim ki, bu aşıq sənəti ixtisasının ilk məzunu mən və Şərqiyyə Zəngilanlı olub.
- Aşıq sənəti ənənəvi sənətdir və şifahi şəkildə ustaddan şəyirdə ötürülür. Biri də var onu auditoriyada öyrənirsən. Bunların fərqi nədir səncə?
E.M: - Köhnə dədə-baba qaydası belədir ki, şəyird ustadın evinə gedər, ona qulluq edər, ustaddan öyrənər. El dili ilə desək, ustadın tökdüyünü yığar, şəyird ondan həm şəxsi keyfiyyətləri öyrənər, həm də sənəti. Ancaq düşünürəm ki, aşığın ali təhsil alması indiki zamanda vacibdir. Aşıq ixtisasında təhsil alırsansa, sən notu bilirsən, bu da o deməkdir ki, çalıb oxuduğunun fərqini bilirsən.
- Elməddin, saz nota köçürülürsə, müxtəliflik itir, aşıq mühitlərinin bəlli yolları təhlükə altında qalır, klassik ənənə arxa plana keçir, hamı bir qaydada çalır. Bunun nəyi maraqlıdır?
E.M: - Biz sazı notla çalmırıq, köhnə qayda ilə çalırıq. Ancaq notu da öyrənirik. İncəsənət Universittnində aşıqlara səhnə danışığı keçilir. Bu səhnə danışığı da el dilindədir, yəni bizim ustadlar danışdığı kimidir.
- Məni narahat edən əsas məsələlərdən biri aşıqların dilinin qurulaşmasıdır. Aşıqların dilində ciddi bir quraqlıq yaşanır, xalqın içində yaşayan dil, o dilin şəhd-şirəsi, təbiiliyi itir...
Ş.K: - Razıyam. Aşığa danışıq dili, dastan danışmaq qabiliyyəti, dili yaşatmaq məsələsi ustaddan keçir.
- Hər ikiniz aşıq ixtisası üzrə ali təhsil almısınız. Sizcə, aşıq-müəllimlər ustadların nəfəsini, aşıq mühitlərini, qaydaları gənc aşıqlara lazımi səviyyədə çatdıra bilirmi?
E.M: - Bu gün texniki tərəqqi çox yüksək inkişaf edib, insanlar dəyişib. Bu mənada köhnə aşıqlığı müasir dövrdə tapmaq çətin məsələdir. Ustad aşıqların yaddaşında yer alan dastanlar, repertuarındakı qədim havalar günümüzdə elə də parlaq görünmür, çox zəifdir. Hansı sahəyə tələbat azdırsa, o sahə uçuruma gedir. Bu gün getdiyimiz məclislərdə bizdən dastan, klassik havalar tələb etmirlərsə, biz klassikanı öyrənməyə elə də maraqlı olmuruq. Gənc aşıqlar məclislərdə tələb olunan havaların ardınca gedir. Mən də, Şəhriyar da yorulmadan klassik havaları öyrənirik, öyrənəcəyik də. İkimiz də tez-tez məclislərdə oluruq, camaatın tələbi başqadır. Ancaq biz çalışırıq ki, sazı təqdim edək. Təəssüf ki, gənclərin çoxu qədim, ağır havaları öyrənməkdə maraqlı deyil.
- Şəhriyar da, sən də klassik havaları çox məharətlə ifa edirsiz...Başqa gənclər niyə klassik havaları öyrənmək isətmir?
Ş.K: - İkimiz də tovuzluyuq, uşaqlığımız kənddə keçib, xalqın içində olmuşuq həmişə. Saz götürən gənclərin də çoxu şəhər mühitində böyüyüb. Bilirsiz ki, indi gənclər arasında solo saz ifaçıları həddən artıq çoxdur. Toylarda tələb olunan oyun havaları onları yüngül yolla pul qazanmağa vadar edir. Görürlər ki, oyun havalarını çalmaqla da keçinmək olar. Təbii, aşıq pul qazanmalıdır. Bilirsiz ki, klassik yol ağır yoldur, məşəqqətli yoldur, gərək bunu yaşayasan.
E.M: - Bu gün hansı küçədən keçirsən hər yerdə qulağına Üzeyirin mahnısı gəlir. O, günümüzün ən səviyyəsiz, gəncliyi uçuruma çəkən, zövqsüzlüyə alışdıran repertuarla çıxış edir, ancaq gənclərin böyük bir qismi onu dinləyir. Çünki Üzeyirin mahnıları gəncləri düşündürmür, onlarda heç bir hiss yaratmır. Ancaq ciddi sənət, klassik havalar insanı düşündürür, haldan-hala salır, səni vadar edir ki, əziyyət çəkib öyrənəsən. Gənclər də bu əziyyətə qatlaşmaq istəmir. Gedir toya, bir "Ruhani döndərməsi", bir "Yanıq Kərəm"i, bir "Ceyranım" çalır, camaat oynayır, gündəlik 30-40 manat çörək pulu çıxarır. Belələri də dolayısı ilə Üzeyir "sənət"ini davam etdirir. Uşaq olanda deyirdim aşıq olacağam, ancaq indi məsuliyyəti hiss edirəm, görürəm ki, bu çox dərin bir sənətdir və öyrənməklə qurtarmır, gərək hey öyrənəsən.
- Bu hallar aşıqsevərləri də, ustadları da narahat edir. Sizcə, bu, klassik irsin sabaha daşınmasına əngəl olmurmu?
Ş.K: - Sizin narahatlığınızı başa düşürük. Bəli, son zamanlar dədə-babadan qalan o yol, klassik cığırlar itməyə başlayıb. Ustadların çoxu gedib, yerdə barmaqla sayılacaq qədər ustad qalıb. Allah onlara ömür versin, ancaq onlar gedəndən sonra nə baş verəcək? Bizim üçün də çətindir. Düşnürəm ki, gərək ictimaiyyətdə də məsuliyyət ola, onlar gənc aşıqlardan qədim havalar, dastanlar tələb edə. O tələb gənc aşıqları məsuliyyətli olmağa vadar edər.
- Dünya xali deyil, ola bilməz ki, məclislərdə gənc aşıqların qarşısına xridarlar çıxmasın. Tarixən aşıq məclislərdə sınağa çəkilib. Heç olubmu ki, məclislərdə sınağa çəkilmisiz?
Ş.K: - Bəli, olub.
E.M: - Biz Bakıda əsasən elə məclislərə dəvət edilirik ki, orada olanlar saz-sözü duyan adamlar olub. Bizi ora aparan adam bilir ki, biz onların ruhunu tərpədən havalar ifa edəcəyik, daha toylardakı kimi qeyri-saz havaları çalıb oxumayacağıq.
- Dolu adamlar dolu havalar istəyir...
E.M: - Elə məclislərdə olanda özümüz də istirahət edirik. Klassik havaları ifa edəndə sevinirik ki, zəhmət çəkib öyrəndiyimiz havaları qiymətləndirənlər var. Şəhriyarla tez-tez Tovuz toylarında oluruq, əsasən orada sınağa çəkilir, imtahanı orada veririk.
- Elməddin, Şəhriyar şəyirdlik edir, sən də müəllimlik edirsən deyəsən...
E.M - Bəli, pedaqoji fəaliyyətlə məşğulam. Həm Sumqayıtda Nəriman Nərimanov adına Mədəniyyət Sarayında, həm də Bakıda 1 saylı Uşaq İncəsənət Məktəbində sazı tədris edirəm. Ancaq bununla yanaşı Şəhriyarın ustadı Əli Quliyev başda olmaqla ustadlardan öyrənirəm. Böyük ustadların hamısı mənim ustadımdır və onlardan öyrənmək borcumdur. Bu gün aşıq sənətinə maraq çox böyükdür, saza maraq artıb, yaxşı haldır.
- Aşıqlar Birliyinin üzvüsünüzmü? Ümumiyyətlə, Birliyin fəaliyyətinə münasibətiniz necədir?
Ş.K: - Xeyr, üzv deyilik.
E.M: - Aşıqlar Birliyinə münasibətimiz əladır. Birlik aşıq sənəti ilə bağlı xeyli işlər görüb. Onlar aşıqların xatirə günləri və yubileylərini keçirir və burada gənc aşıqların da çıxışlarına şərait yaradırlar.
DİGƏR XƏBƏRLƏR
Tarix: 10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...
Tarix: 10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi
- məsuliyyətli davransınlar...
Tarix: 08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...
Tarix: 08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək
- XƏBƏRDARLIQ...
Tarix: 07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ:
SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ
Tarix: 07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Tarix: 06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...
Tarix: 06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu:
Tarixi irslik və müasir parametrlər...
Tarix: 05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...
Tarix: 03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
Tarix: 30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
Tarix: 29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...
Tarix: 08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
SON XƏBƏRLƏR
10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı
- nəyə nail oldunuz…
10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər...
- VİDEO
10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…
10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...
10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi
- Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…
10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj
- ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…
10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...
10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...
10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
- FOTO
10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar
- FOTO
10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi
- FOTO
10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi
10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...
10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib
10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...
10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub
10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi
- məsuliyyətli davransınlar...
10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
- SƏRƏNCAM
10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib
10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır
- ABŞ administrasiyasına çağırış edildi...
10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi"
- ABŞ Prezidenti
10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı -
terrorçu Hassuna görə
10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi -
Ukrayna şokda…
10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış -
11 sentyabr örnəyi…
09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur...
Hicab yalnız məsciddə və məişətdə uyğundur...
09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı
09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…
09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi
– bu əxlaqsızlıqdır…
09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...
09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi...
"əks halda məhvə gedirsiniz"...
09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb
- Deputat əla dedi...
09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...
09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...
09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb
09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...
09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...
09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...
09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...
09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...
09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...
09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb
- Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...
09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI
09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir
09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub
09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...
09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək
09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər
09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...
09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib
09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...
09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…
09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…
09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...
09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir"
- Prezident
09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"
09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...
09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Prezidentdən xəbərdarlıq...
09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…
09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"
- Prezident
09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar
09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
- FOTO
09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır
- qanun layihəsi Milli Məclisə təqdim olundu...
09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb
09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"
09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
- YENİLƏNİB
09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...
09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu
– qırıcılar İran dəstəkli üsyançıları bombaladı…
09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır”
- Paşinyan
09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı…
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...
09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
- Prezident
09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"
09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
- Prezident
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
XƏBƏR ARXİVİ