Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Azərbaycanlı müğənnilər erməni mahnısını oğurlayıb? - Böhtan ifşa olundu...

Image


Türkan Abbasova: “Bu mahnının müəllif hüquqları Lezgin Belaşa və onun prodüserinə məxsusdur”

Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Bu ifadəni ermənilərə aid etmək çox yerinə düşür. Bilirik ki, Cənubi Qafqaza köçürülüb gətirildikləri gündən bəri Azərbaycan folkloruna, dastanlarına, aşıq sənətinə, saz, tar, kamança, balaban, dəf və sair alətinə, muğam, xalq və bəstəkar mahnılarına, rəqslərinə, habelə geyim, mətbəx mədəniyyətinə iddia edən, onları oğurlayıb özünə məxsus dəyərlər olaraq qələmə verən ermənilər bütün addımlarında özləri özlərini ifşa edirlər.

Tanınmış bəstəkarımız Bəhram Nəsibovun “Qarabağ” mahnısının erməni ifaçı Gor Yepremyan tərəfindən “Sirun jan” adı altında mənimsənilərək ifa edilməsi son ayların hadisəsi olduğu üçün onu da vurğulamaq istəyirik. Yəni bu kimi oğurluqlarda, saxtakarlıqlarda ad çıxaran ermənilərin Azərbaycan musiqiçilərinə qarşı analoji iddia irəli sürməsi qətiyyən qəbuledilən deyil. Söhbət nədən gedir? Ondan gedir ki, erməni mediasının iddiasına görə, müğənni Erik Karapetyanın “Voç Avel Voç Pakas” (“Nə çox, nə də az”) mahnısı Rusiyanın “Rossiya 1” dövlət telekanalında Andrey Malaxovun bazar günü “Bütün ürəkdən mahnılar” verilişində azərbaycanlı müğənnilər Namiq Qasımov, Türkan Abbasova tərəfindən ifa olunub, özü də guya “təhrif olunmuş formada” oxunub.

Erik Karapetyan da deyib ki, məsələyə hüquqi münasibət göstərəcək. O, iddia edib ki, guya “Nə çox, nə də az” mahnısı illərlə qanunsuz şəkildə dəyişdirilib, təhrif edilib, müxtəlif dillərdə və dünyanın müxtəlif ölkələrində heç bir icazə olmadan ifa olunub, amma bu münasibət bildirməyi düşünməyib. “Nə çox, nə də az” musiqi parçasının “Rossiya 1”də Andrey Malaxovun bazar günü “Bütün ürəkdən mahnılar” verilişində azərbaycanlı müğənnilər tərəfindən ifa olunması bunun “səbrini tükədib”.

Erik iddia edir ki, guya mahnı Azərbaycan mahnısı kimi təqdim edilib və bunu da “üzücü” və “utancverici” adlandırıb.

İllərdir Azərbaycan musiqisini oğurlayırlar, amma bundan utanmırlar, heç öz hərəkətlərinə görə məsuliyyət daşımaq istəmirlər, amma Azərbaycan müğənnilərinin o mahnını guya Azərbaycan mahnısı kimi oxumasından üzülürlər.

O iddia edib ki, mahnını 2018-ci ildə İrəvanda yazıb, musiqinin müəllifi özü, sözlərin müəllifi Qriqor Kekçyandır. Erik deyib ki, “müəllif hüquqlarının pozulmasına” qarşı “hüquq müstəvisində sona qədər mübarizə aparacaq”. Ay Erik, bu mahnı həqiqətən də sənindirsə niyə indiyə kimi bu heç yerdə qeyd olunmayıb? Bəlkə elə sən özün onu kimdənsə oğurlayıbsan? Erik “müəllif hüququnun” pozulmasından danışır, ancaq bir dəfə də Azərbaycan müəlliflərinin pozulan hüquqlarını dilə gətirmir.

“Biz bu musiqi parçasını mənimsəməmişik və “Azərbaycan musiqisidir” deməmişik, onu Azərbaycan dilində oxumağımız üçün də Lezgin Belaşdan icazə almışıq”

E.Karapetyanın məlum iddiası və ittihamına münasibət bildirməsi üçün müğənni Türkan Abbasova ilə əlaqə saxladıq. Türkan Abbasova “Bakı-Xəbər”ə bildirdi ki, heç bir yerdə bu mahnının müəllifinin erməni olduğu yazılmayıb və belə bir məlumata rast gəlməyib. “Bu musiqi parçasını Lezgin Belaşın repertuarında dinləyib bəyənmişik və bütün Yotube platformalarında yerləşdirmək üçün ondan icazə alımışıq. Bu mahnının müəllif hüquqları Lezgin Belaşa və onun prodüserinə məxsusdur. Biz bu mahnını oxuyandan sonra çoxlu sayda rəylər gəldi, bu mahnını digər xalqların müğənnilərinin də ifa etdiyi barədə bizə məlumat verildi. Demə ki, Tacikistanda, Türkmənistanda, Özbəkistanda, Balkan ölkələrində də bu mahnı ifa olunur və müğənnilər onu öz dillərində oxuyurlar. Bir sözlə, hər bir xalq bu mahnının onlara aid olduğunu dedi. Yəni biz tərəddüd içərisində idik. Çünki biz bilirdik ki, bu mahnı parçasının sahibi Lezgin Belaş və onun prodüseridir. Müəllif hüquqları da onlardadırsa, demək mahnının sahibi onlardır. Sonradan Erik Karapetyan peyda oldu və iddia etdi ki, bu mahnı parçasının müəllifi o imiş. O necə müəllifdir ki, biz bu əsəri tamam başqa adamdan almışıq, müəllif hüquqları qeyd etdiyim şəxslərə aiddir. Biz bu musiqi parçasını mənimsəməmişik və “Azərbaycan musiqisidir” deməmişik, onu Azərbaycan dilində oxumağımız üçün də Lezgin Belaşdan icazə almışıq. Lezgin Belaşın və onun prodüsserinin müəllif hüquqlarını heç vaxt tapdalamamışıq. Çünki kiminsə müəllif hüquqları heç zaman tapdalana bilməz. Belə olarsa bu düzgün olmaz.

Biz o mahnını ifa etmək, videoçarx çəkmək, sosial platformalarda yerləşdrmək üçün icazə almışıq. Yotube-də müəyyən şərtlər var ki, gərək onlar yerinə yetirilsin, onlar gərək qeyd etsinlər, bizə icazə versinlər, icazə verəndən sonra da şükür Allaha hər şey yaxşıdır. Yaxşı baxılır. Biz o musiqi parçasını ifa edəndə aşağıda qeyd etmişdik ki, bu musiqi parçası Lezgin Belaşın kavrıdır (repertuarına mənsubdur). Orda bəstəkarın, mətn müəllifinin adını yazmamışıq. Sadəcə Qafqaz ölkələrində və rusdilli dövlətlərdə məşhur olan bir musiqiçinin, bəstəkarın musqi parçasını ifa etmişik, videoçarx da çəkmişik. Bunları qeyd etmişdik”.

T.Abbasova “Rossiya-1” kanalına dəvət edilməklərindən də danışdı: “Bu ifamız üçün “Rossiya-1” kanalına dəvət edildik. Çünki bu ifamız çox sevilir, çox bəyənilir. Yenə də qeyd edirəm, biz müəllif hüquqlarına toxunmamışıq, biz o mahnını mənimsəməmişik, bu musiqi parçası bizim deyil və biz sadəcə onu ifa etmişik. Digər millətlərin müğənniləri necə öz dillərində ifa ediblərsə biz də bunu öz dilimizdə ifa etmişik ki, mahnının sözləri aydın olsun. Əlbəttə, mətnin tərcüməsinin də icazəsini almışıq və biz verilişə gedəndə də demişik ki, bu musiqi parçası Lezgin Belaşa məxsusdur. Bizdən orda müəllif hüquqlarını soruşdular və biz də dedik ki, müəllif hüquqları Lezgin Belaşa və onun prodüserinə məxsusdur. Müəllif hüquqları ondadır. Burda problemli heç nə yoxdur, biz heç nəyi mənimsəməmişik, sadəcə ifa etmişik”.

Erik Karapetyanın iddiasına gəlincə, T.Abbasova bildirdi ki, zamanı gələndə hər şey yerini tutacaq, sadəcə səbr etmək lazımdır. “Bu insanlar belə şeylərlə özlərini piar edirlər. Bu adam çox-çoxdan unudulub, yadda da deyildi, ortada da yox idi. Bu da piarın bir növüdür” - deyə T.Abbasova bildirdi.

T.Abbasova açıqlaması ilə məsələyə tam aydınlıq gətirdi və bununla da E.Karapetyan ifşa olundu, onun əsassız iddiaları suya düşdü...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ