çərşənbə günü, 07 oktyabr 2026
     

Göyçə mahalının Nərədüz kəndində erməni əsirliyində qalmış alban memarlıq abidələri...

Image


“Qərbi Azərbaycanın daş yaddaşı” rubrikasında Göyçə mahalındakı alban abidələrindən, xüsusən də Nərədüz kəndindəki alban memarlıq abidələri kompleksindən danışmaq istəyirik.

Əvvəlcə onu deyək ki, qədim türklərin ata yurdlarından biri olan Göyçə mahalında, Göyçə gölü ətrafında Azərbaycan türklərinin silinməz izləri var. Bu ərazidə xalqımızın bütün tarixi inkişaf dövrünü ifadə edən abidələr var ki, bu gün onlar düşmən nəfəsi altındadır. Göyçə gölü ətrafında ermənilərin apardığı qanunsuz arxeoloji qazıntılar zamanı aşkarlanan bütün abidələr xalqımızın mədəni irsinə aiddir. Göyçə mahalında alban abidələri çoxdur və göyçəlilərin sözlərinə görə, hər dağda, hər meşədə, hər kənddə belə abidələrə rast gəlinirdi.

  • IX yüzilliyin yadigarı - Nərədüz məbədi...

Oğuz türklərinin tarixi yurdu olan Göyçədə xalqımızın tükənməz tarixi irsi var və onlardan biri də  Nərədüz abidələridir. Göyçə mahalının Kəvər (13 aprel 1959-cu ildən etibarən Kamo) rayonunun Nərədüz  kəndində alban memarlıq abidələri kompleksi olan Nərədüz kompleksinə erkən orta əsrlərə aid monastır və orta əsrlərdən XVII–XVIII əsrlərə qədər dövrü əhatə edən müsəlman və xristian məzarları daxildir. Tədqiqatçılar qeyd edirlər ki, Nərədüz məbədi IX yüzildə inşa edilib, sonra zamanla məbədin şimal tərəfində böyük qəbiristanlıq yaranıb. Buradakı qəbiristanlıqda XIII yüzilə aid alban xaç daşları ilə XIV yüzilin əvvəllərinə aid müsəlman qəbirüstü sənduqələrinin və daş stelalarının yanaşı mövcud olması bölgədə yerli alban-türk əhalinin xristianlıqdan müsəlmanlığa keçidinin məhz XIII yüzilin sonu, XIV yüzilin əvvəllərinə təsadüf etdiyini təsdiqləyir. Bu barədə tədqiqatçılar yazırlar.  Qeyd edilənə görə, Nərədüz qəbirsanlığındakı sənduqə formalı qəbirüstü abidənin bir tərəfində qarşı-qarşıya dayanmış iki əjdaha təsvir edilmiş, digər tərəfində isə ərəb dilində aşağıdakı yazı həkk edilmişdir: "Bu məzar Allahın mərhəmətinə yüksəlmiş mərhum şəhid…dir. Yeddi yüz dördüncü il"Hicri 704-cü il isə miladi təqvimlə 1304–1305-ci ilə təsadüf edir. Məlumatlara görə, Nərədüz kəndi qədimdən türk-oğuz boylarının, qafqaz albanlarının vətəni olmuş, əraziyə ilk ermənilər 105 ailədə 605 nəfər olmaqla Türkiyədən köçürülmüşdür.

  • Əfsanədən boylanan tarix...

Nərədüz məzarlığı ilə bağlı el arasında maraqlı bir əfsanə dolaşarmış: “Məzarlıqla bağlı çox maraqlı bir əfsanə də vardır. Əfsanəyə görə, Azərbaycana yürüş edən Əmir Teymur Şirvanı tabe etdikdən sonra Qarabağa gələrək burda qışlayır. Yaz gəldikdə isə Osmanlı sərhədinə doğru irəliləyərkən yolu Nərədüz kəndi ərazisindən düşür. Kənd əhalisi Teymura tabe olmaq istəməyərək bir qədər geri çəkilir və Nərədüz məzarlığı ərazisinə gələrək silahlı şəkildə hər adam bir məzar daşının arxasında gizlənir. Kəndə yaxınlaşan Teymurun ordusu məzar daşlarını ordu sayaraq gərəksiz yerə yerli əhali ilə toqquşmaq istəməyib yolunu dəyişərək irəliləyir”.

  • Səkkiz guşəli ulduz elementləri, xaç daşları...

Məlumatlara görə, Nərədüz məzarlığında olan ən qədim xaç daşın tarixi X əsrə aiddir. Lakin bədii tərtibat və zənginlik baxımından dəyərli sənət əsəri kimi qiymətləndirilən məzar daşları XIV–XVI əsrlərə aid olan məzar daşlarıdır. Həmin daşlarda islam və xristian elementələri, eyni zamanda sırf Azərbaycan türklərinin tarixi gələnəkləri ilə bağlı olan və erməni bədii oyma nümunələri olan tarixi xaçkarlarda heç vaxt rast gəlinməyən səkkizguşəli ulduz kimi müxtəlif elementlər, o cümlədən ərəb əlifbası ilə yazılar, islam motivli naxışlar və azərbaycanlı ad və soyadları qeyd olunmuşdur. Bu zəngin Azərbaycan abidələrini öz adları ilə dünyaya təqdim etməyə çalışan ermənilər xaçkarların yaradıldığı dövrlərdə Ermənistanın Səfəvilərə tabe olması səbəbiylə erməni mədəniyyətinin İslam və tük mədəniyyətin təsirlərinə məruz qalması ilə izah etməyə çalışırlar. Qeyd etmək lazımdır ki,eyni hal Cuğa alban məzarlığındakı xaç daşlarda da əks olunur. Lakin tarixi mənbələr Səfəvilərin hakimiyyətinə tabe olan həmin ərazilərin Ermənistan deyil, Çuxursəəd vilayəti adlandığını və əhalininin demək olar ki, hamısının Azərbaycan türklərindən ibarət olmasını göstərir. O, da qeyd edilir ki, məzarlıqdakı müsəlman və xristian məzar daşlarının əsas müəlliflərinin adı da məlumdur. Onlar Kərim Kazım oğlu (1551–1610), onun müasirləri Ərəkəli və Məliksəddir. Ermənilər isə yenə də saxtakarlıqlarından qalmır və  ərəb əlifbası ilə Azərbaycan dilində yazılmış həmin adları “Kiram Kazmoq, Arakel və Meliset”kimi təqdim edirlər.

  • Keçmiş erməni katolikosu I Vazgenin saxtakarlığı...

Tədqiqatçılar vurğulayır ki, məzarlığın ümumi ərazisi yeddi hektara yaxındır və burda təxminən minə yaxın məzar var. Məzar daşlarının əksəriyyəti təkrarolunmaz, incə və gözəl naxışlarla bəzədilmişdir. Bu gün qiymətli sənət əsərləri olan bu məzar daşlarının üstü liken və yosunlarla örtülmüşdür. Bəzi məzar daşlarının üstündə düyün və təsərrüfat fəaliyyəti ilə bağlı təsvirlər əks edilmişdir. Bu qədim Azərbaycan məzarlığının yaxınlığında əraziyə sonradan köçürülmüş ermənilər tərəfindən yenibir erməni məzarlığı salınmışdır. XIX əsrdə isə abidələr kompleksi yaxınlığında erməni kilsəsi olan Müqəddəs Bakirə kilsəsi inşa edilmişdir. Ərazidəki qədim abidələri erməni abidəsi kimi təqdim etməyə çalışan erməni katolikosu I Vazgen 1978-ci ildə Nərədüz məzarlığındakı bədii ornamentli baş daşlarının bir neçəsini Britaniya Muzeyinə bağışlamışdır. Məzar daşlarını məxsus oldu şəxsin məzarının üstündən götürərək həmin şəxslərin ruhunu təhqir edən erməni katolikos bu addımıyla həm yerli əhalini (o zaman hələ də abidələrin yerləşdiyi kəndin əhalisi Azərbaycan türkləri idi) təhqir etməklə yanaşı, həm də dəyərli Azərbaycan mədəniyyət nümunələrini erməni mədəniyyət nümunəsi kimi təqdim etmişdir. Bunu da tədqiqatçılar bildirirlər.

Göründüyü kimi, hələ Sovet dövründə erməni katalikosu alban qəbir daşlarını xaricə çıxarmağa nail olub və bununla da ermənilər üçün “yerli sakin” obrazı yaratmağa cəhd edib. Bu gün Qərbi Azərbaycanda Nərədüz kimi yüzlərlə alban irsimiz erməni saxtakarlığına məruz qalıb və onların xilası yalnız soydaşlarımızın geri dönüşü ilə mümkün ola bilər.  O günün gələcəyinə isə şübhəmiz yoxdur.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ