şənbə günü, 10 oktyabr 2026
     

Gənc aşıq Elbrus Kəlbəcərli "Bakı-Xəbər"in qonağı oldu

Image


Aşıq Elbrus: "Kəlbəcər işğal olunana qədər sazdan, balaban və zurnadan başqa musiqi aləti görməmişdim"

Aşıq Əhliman Kəlbəcərlinin şəyirdi daha nələrdən danışdı?

Bəzən insanın ümidi tükdən asılı olur. Elə hallar baş verir ki, həyatla birdəfəlik haqq-hesabı kəsmək istəyirsən. Belə də olur ki, insan ruhi vəziyyətinin təlatümlü olduğu çağlarda bir təsəlliyə ehtiyac duyur. Bu ehtiyac onun sevdiyi musiqiyə olur çox vaxt. Mənim də hava-su kimi, işıq kimi əbədi möhtac olduğum bir məfhum var - saz.
Sazı dinləyib, onun simlərindən qopan təsəlli nidasını canımda, ürəyimdə, başlıcası isə ruhumda hiss edirəm. Belə demək mümkündürsə, saz mənim həyat və ölüm, əbədiyyət haqqında təsəvvürlərimi formalaşdıran bir alətdir.
Son illər bir gənc aşığın ifasını davamlı olaraq dinləyirəm, çalışıram ki, onun efirdən ifasını həmişə izləyim. Aşıq Elbrus Kəlbəcərlidən (Hüseynov) danışıram. Sazsevərlər birmənalı olaraq gənc və istedadlı, ustadların yolunu davam etdirən aşıq Elbrus Kəlbəcərlini çox yaxşı tanıyır. Gənc aşığın ifasında klassik saz havalarını çox dinləmişik, onun repertuarında yer alan "Təcnis", "Mansırı", "Dilqəmi", "Ovşarı", "Göyçəgülü" və digər havalar tam olaraq klassik ənənəyə bağlıdır.
Aşıq Elbrus hazırda Gəncə şəhərində yaşayır. Bir neçə gün əvvəl II Beynəlxalq Aşıq Festivalında iştirak etmək üçün Bakıya gələn aşıq Elbrus "Bakı-Xəbər"in qonağı oldu. Bilirsiz ki, qəzetimizin səhifələrində mütəmadi olaraq aşıq sənəti ilə, ustad və gənc aşıqlarla bağlı yazılar dərc edilir. Bu yazıları sənət biliciləri yüksək dəyərləndirir. Aşıq Elbrus haqda yazdığım bu yazı da o məqalələrin tərkib hissəsidir.
- Aşıq Elbrus, könül istərdi ki, sizinlə Kəlbəcərdə görüşüb dərdləşək. Ancaq Kəlbəcər yağı tapdağında olduğu üçün bu bizə nəsib olmadı. Təəssüf ki, bu yurdun pərəni pozulub, balaları diyar-diyar səpələnib. Ancaq buna baxmayaraq, Kəlbəcərin sazı-sözü ustad aşıqların, aşıq sənətinə ürək verən Sizin kimi gənclərin timsalında yaşayır. Aşıqlığa necə başladınız?
- Saz səsinə dünyaya gəldim. Uşaqlıqdan bu saza böyük sevgim, marağım olub. Toylarda həmişə aşığa qulaq asmışıq, məclsilər aşıqsız keçməyib. Kəlbəcər rayonunun Zəyli kəndində doğulmuşam. İnanırsınızmı, Kəlbəcər işğal olunana qədər sazdan, balaban və zurnadan başqa musiqi aləti görməmişdim. Kəndimizdə ustad bir aşıq vardı - Əhliman Kəlbəcərli. Həm də yaxın qohumuq. Yavaş-yavaş aşıq Əhlimandan öyrəndim. 1993-cü ildə ermənilər başqa rayonlarımız kimi cənnətməkan, dünyada tay-bərabəri olmayan Kəlbəcəri də işğal edəndən sonra Şəmkir rayonunun Varlı həyat kəndində məskunlaşdıq. Bilirsiz ki, bu rayonun sənətkarlarının aşıq sənətinin inkişafında böyük rolu olub. Təxminən on klassik saz havası- "Dilqəmi", "Hüseyni", "Sarıtorpaq", "Şəmkiri", "Aran gözəlləməsi" və başqa saz havaları aşıq Hüseyn Şəmkirli tərəfindən yaradılıb. Qaçqın düşdüyümüz dövr aşıq sənətinin yeni inkişaf mərhələsinə düşdü və mənim bu sənətə marağım daha da artdı, saz çalmağa başladım.
- Yalnız aşıq Əhliman Kəlbəcərlidən öyrəndiniz, yoxsa başqa ustad aşıqların da yanına getdiniz?
- Ustadım Əhliman Kəlbəcərlidir, ancaq Şəmkirin türk dünyasına bəxş etdiyi ustad aşıqlardan biri olan Murad Niyazlıdan da bəhrələnmişəm. Çox şey öyrənmişəm ondan, ancaq birbaşa deyə bilmərəm ki, Murad Niyazlının şəyirdi olmuşam. Ancaq 3-4 il dabanqırma yanına gedib gəldim və çox məsləhətlər aldım ustaddan. Mən onun yaşlı vaxtına düşdüm, birgə toylara, məclislərə getmədik, ancaq evinə gedirdim. Çox böyük ustad idi, əla şeirlər də yazırdı.
- "Gilənar" aşıq Murad Niyazlının yadigarlarından biridir...
- Bəli.
- Siz birinci aşıq müsabiqəsində iştirak etmisiniz, eləmi?
- Xeyr. 2004-cü ildə Azərbaycan Televiziyasının keçirdiyi Aşıq Şəmşir adına müsabiqədə aşıq Şöhrətlə birinci yeri tutub laureat olduq. Onu da deyim ki, müstəqillik dövründə ilk gənc aşıqlar konsertini Heydər Əliyev adına Sarayda biz verdik. Çox maraqlı bir konsert oldu.
- Sizin ifaçılığınız Azərbaycan aşıq sənətinin biliciləri tərəfindən yüksək qiymətləndirilir. Bu böyük etimaddır. O etimadı doğrultmaq üçün dayanmadan öz üzərinizdə işləməlisiniz...
- İradə xanım, siz özünüz ustad qızısınız, bilirsiniz ki, aşıq sənəti çox çətin bir sənətdir. Aşıqlıq sənəti yalnız saz çalıb oxumaqla, yaxud solo saz ifaçılığı ilə məhdudlaşmır. Aşıq gərək həm havaları mükəmməl çalıb oxusun, həm çoxlu şeir bilsin, həm dastanlar danışsın, həm ədəb-ərkan sahibi olsun, həm də davranışına fikir versin. Aşıq həm də havalara uyğun söz seçib oxumağı bacarmalıdır. Çalışıram ki, bu məsələlərə ciddi riayət edim. Düzdür, toylarda, məclislərdə dastan danışılmır. Təəssüf ki, buna tələbat yoxdur. Tələbat olsaydı, gənc aşıqlar ustadlardan götürdüyü, öyrəndiyi dastanları tamaşaçılara çatdırardı. Dastanı öyrənirsən, hazırlayırsan, ancaq tələbat olmadığı üçün bir-iki ildən sonra yaddan çıxır.
- Əlbəttə, dastanlar danışılmalıdır, çatdırılmalıdır ki, yadda qalsın...
- Böyük ustad, dastançı aşığımız rəhmətlik Hacı Bayramov "Aşıq Alının Türkiyə səfəri" dastanını çox mükəmməl danışırdı. Mən də o dastanı nöqtə - vergülünə qədər əzbərlədim, hətta danışırdım da. Amma indi lazımi səviyyədə yadımda qalmayıb. Tamaşaçı dastan tələb etsin ki, biz də gecəmizi gündüzümüzə qatıb o dastanları bir-bir öyrənək.
- Dastançılıq ənənəsi aşıq sənətindən yavaş-yavaş yığışdırılmaq üzrədir. Bu da sazsevərləri ciddi narahat edir. Çox istərdik ki, gənc aşıqların işirakı ilə dastan gecələri keçirilsin, yəni ustadlardan gələn ənənə davam etdirilsin.
- Bu çox gözəl olar. Mənim də arzum odur ki, ustad aşıqlardan miras qalan dastançılıq ənənəsi yaşasın və o dastan gecələri yenidən bərpa edilsin. Bu, gənc aşıqlara stimul verər. Dastan bilməyən gənc aşıq məcbur olub gedib dastan öyrənəcək ki, sıradan geri qalmasın.
- Düşünürəm ki, istedadlı cavan aşıqlar çoxdur. Sadəcə, onlara tələbkarlıqla yanaşılmır...
- Tamamilə doğrudur. Deyərdim ki, aşığı həm də mühit formalaşdırır.
- Həmişə aşıqlar toya gedib və tarixən toy və el məclislərində aşıq sənətini mükəmməl şəkildə təqdim ediblər. Bu gün isə, təəssüf ki, dəyərlər dəyişib, aşıqlar məclislərə tamam başqa parametrlərlə dəvət edilir. Toylara gedirsizmi və necə edirsiz ki, sazı saz kimi təqdim edəsiniz?
- Toylara gedirəm. Sazı heç vaxt ucuzlaşdırmıram, buna mənim haqqım da yoxdur. Məclislərdə sazı aşıq kimi təqdim edirəm, balabançı ilə birgə çıxış edirəm. Çalışıram ki, sazı ayaqlar altına atmayım, onu ustadlarımızın yolu ilə ifa edirəm.
- Necə qarşılayırlar Sizin ifanızı?
- Bu günə də şükür. Narazı deyiləm.
- Aşıq Elbrus, Sizi mütəmadi dinləyən, repertuarınızı izləyən bir yazar kimi bir məqamı qeyd etmək istəyirəm. Siz həm balabanın müşayiəti ilə, həm də tək sazla ifa edə bilirsiz. Aşıqlar yaxşı bilir ki, bu çox çətindir...
- Mənim doğulduğum bölgədə balabançısız aşıq olmayıb. Bütün aşıqlarımız sazı balabanın müşayiəti ilə ifa edib. Ancaq ilk dəfə balabansız klassik aşıq sənətində böyük izləri, yeri olan ustad aşıq Şəmşir çalıb oxuyub.
- Kəlbəcərdə eləmi?
- Bəli. Bunun da səbəbi var idi. Bilirsiz ki, Borçalıda aşıqlar balabançısız ifa edirlər. Orada sazın yanında balaban yoxdur, olmayıb. Aşıq Şəmşir də rəhmətlik aşıq Əmrah Gülməmmədovla yaxın dost olub. Elə bilirəm ki, tək sazla ifa ənənəsi bizə Borçalıdan, aşıq Əmrahla aşıq Şəmşirin dostluğundan keçib. Maraqlıdır, aşıq Əmrah Gülməmmədovla aşıq Şəmşirin səsi oxşar olub. Aşıq Şəmşirdən sonra Kəlbəcər aşıqları həm balabanla, həm də balabansız çalıb oxumağa başladılar. Azərbaycan radiosunun qızıl fondunda aşıq Şəmşirin balabansız 30-40 havası lentə alınıb. Bilirsiz ki, məşhur "Güllü qafiyə"ni, "Şahsevəni"ni və başqa havaları sırf sazla oxuyub.
- Aşıq Əmrah Gülməmmədov XX əsr sazının islahatçısıdır. Yəni Sizin sinənizdəki on bir simli saz onun yadigarıdır.Bəzən elələri tapılır ki, bunu inkar etməyə cəhd göstərir...
- Əmrah Gülməmmədovun aşıq sənəti qarşısındakı xidmətlərini heç kəs inkar edə bilməz. Sazı bizə yenidən aşıq Əmrah Gülməmmədov verdi. Sazda pərdələrin sayını artırdı. Yəni saza nə qədər pərdə lazım idisə onun hamısını tapıb yerinə qoydu, simlərin də sayını artırdı. Əmrah Gülməmmədova qədər sazda inkişaf getmirdi, o olmasaydı, saz indi çox geridə qalmışdı. Sonradan bu ənənəni aşıq Kamandar Əfəndiyev, aşıq Ədalət Nəsibov və başqa aşıqlar davam etdirdi.
- Sizinlə II Beynəlxalq Aşıq Festivalının keçirildiyi bir vaxtda görüşürük. Bu festivaldan nə gözləyirsiniz?
- Çox şey gözləyirəm. Bu mənada ki, həm aşıqlar bir-birini tanıyır, sənətlərini bölüşür, həm də fərqli və gözəl ifaların şahidi olursan. Festival çox yüksək səviyyədə keçdi. Birinci Beynəlxalq Aşıq Festivalı, sözün əsl mənasında, gənc nəsli aşıq sənətinə, saza yönəltdi. Bu festivalı televiziyada tez-tez verirdilər.
- Digər türk dövlətlərində yaşayan aşıqlarla dostluğunuz varmı?
- İki Beynəlxalq Aşıq Festivalına biz ev sahibliyi etmişik. Bir neçəsinə də qardaş dövlətlər. Belə götürəndə 7 Beynəlxalq Aşıq Festivalı keçirilib. Bütün festivallarda da olmuşam.
- Bu yaxınlarda İrandan qayıtmısınız. Aşıqlar şöləni necə keçdi?
- Çox yüksək səviyyədə. Bu şöləni Təbriz Aşıqlar Birliyi təşkil etmişdi, əla keçdi.
- Görürsüz, İranda, Türkiyədə tez-tez aşıqlar şöləni keçirilir...Azərbaycanda da bu ənənənin olması yaxşı olmazdımı?
- Çox yaxşı olardı ki, bizdə də belə şölənlər keçirilsin. Bu nədir? Aşıqlar konsert verir və onların ifası bir saz-söz bayramı olur. Azərbaycan da tez-tez aşıqlar şöləni keçirə bilər, bu həm də aşıq sənətinin təbliği baxımdan çox əhəmiyyətli olar. Hərdən Kəlbəcər Mədəniyyət Evinin təşkilatçılığı ilə Gəncədə aşıqlar şöləni keçirilir.
- Gəncədən söhbət düşmüşkən, bəs Gəncənin aşıq mühiti hazırda hansı durumdadır? Bilirik ki, Gəncədə böyük ustad aşığımız aşıq Mais Gəncəli yaşayır...
- Demək olar ki, Gəncədə aşıq mühiti çox zəifdir. Dediyiniz kimi Gəncədə çox dəyərli bir ustad yaşayır-aşıq Mais Gəncəli. Əvvəl burada Azərbaycan Aşıqlar Birliyinin filialı vardı. Sonra şəhərdə abadlaşdırma, yenidənqurma işləri aparılarkən Aşıqlar Birliyini bağladılar. Dövlətimiz sağ olsun, kəlbəcərlilər üçün abad qəsəbə salınıb və orada çox möhtəşəm saray tikilib. Hazırda Aşıqlar Birliyinin Kəlbəcər filialı orada yerləşir. Sədrimiz də aşıq Əhliman Kəlbəcərlidir. Bizim çox gözəl bir aşıqlar ansamblımız var, Kəlbəcərin aşıq mühiti çox yüksək səviyyədə inkişaf edir.
- Aşıq sənətinin telekanallarda təbliğindən razısınızmı?
- Demək olar ki, bəzi telekanallarda aşıq sənətinin təbliği yoxdur, bu mənada vəziyyət pisdir. Amma elə televiziyalar da var ki, aşıq sənətinin təbliğinə geniş yer ayırır. Azərbaycan Televiziyasında professor Məhərrəm Qasımlının həmmüəlliflərindən biri olduğu "Musiqi xəzinəsi" proqramı vardı, orda saza böyük meydan verilirdi. İndi də İctimai Televiziyada gedən "Ozan" verilişində də aşıq sənəti lazımi səviyyədə təbliğ edilir, "Xəzər" televiziyası da saza yer ayırır. Ancaq qalan kanallarda vəziyyət pisdir. Efirə aşıqları yox, sazoynadanları çıxarırlar. Onlara da aşıq demək olmaz. Çünki o adamlar sazda aşıq havası çalmağı belə bacarmır. Toylara gedib mənşəyi bilinməyən havaları çalıb pul qazanırlar. Sazı bu qədər aşağılamaq olmaz. Bu sənət ucalıqda dayanmalıdır, onu başqa cür təqdim etməyə heç kəsin ixtiyarı yoxdur.






VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ