Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsinin əməkdaşları vətəndaşlarda qanunsuz saxlanan odlu silah-sursatın aşkar edilməsi məqsədilə uğurlu əməliyyat həyata keçirib.
Belə ki, şöbə əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Binə qəsəbə sakini Mehman Əbilov saxlanıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd kustar üsulla hazırlanan tapança və 22 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb. M.Əbilov ifadəsində odlu silah-sursatı bir müddət əvvəl tapdığını və həmin gündən bəri üzərində gəzdirdiyini bildirib.
Faktla bağlı Mehman Əbilov barəsində 2-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.