Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatına görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Abşeron, Ağcabədi və Bərdə rayonlarında fəaliyyət göstərən ət pavilyonu və kəsim sahələrində insan sağlamlığı üçün təhlükə təşkil edən yararsız heyvan cəmdəklərinin aşkar edilməsi nəticəsində 8 şəxs barəsində cinayət işi başlanaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla keyfiyyətsiz ətlərin kütləvi satışı məqsədi güdən digər ictimai iaşə xidmətləri subyektlərinin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baki-xeber.com