DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Tərtər rayon sakini V.Abbasov fevralın 25-də saat 10 radələrində Nərimanov rayonu ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.
16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə F.X.Xoski prospektində aşkar edilib.
Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini C.Əhmədli saxlanıb.
Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.
Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən Çiçək qəsəbə sakini E.Cəbrayılov fevralın 24-də saat 19 radələrində qəsəbə ərazisindən “VAZ-21011” markalı avtomobilinin qaçırıldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 20 radələrində Sulutəpə qəsəbəsinin ərazisində hasara vurulmuş vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini K.Quliyev polis əməkdaşları tərəfindən saxlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bərdə Rayon Polis Şöbəsinə müraciət edən Kərimbəyli kənd sakini D.Həsənov fevralın 22-nə keçən gecə nasaz vəziyyətdə olan “VAZ-2107” markalı avtomobilinin oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Nəcəfqulubəyli kənd sakini M.Fətəliyev saxlanıb. Avtomobil sahibinə qaytarılıb.