Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi və 27-ci Polis Bölməsi əməkdaşları narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
Əməliyyat zamanı Yasamal rayon sakini Çingiz Hacıyev saxlanaraq istintaqa təqdim edilib. Onun Yasamal rayonu ərazisində yerləşən mənzilinə baxış zamanı ümümi çəkisi 1 kiloqram 790 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Evdən əlavə olaraq satış üçün nəzərdə tutulan 5 büküm narkotik vasitə olan heroin aşkar edilib. Saxlanan şəxs narkotik vasitəni satmaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən aldığını bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsindəYasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Şahbazlı fevralın 20-də saat 8 radələrində D.Əliyeva küçəsindən “Niva” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əsədov qısa müddətdə müəyyən edilərək saxlanıb.
Qeyd edilən avtomobil polis əməkdaşları tərəfindən Maştağa qəsəbəsi ərazisindəki bağ evlərinin birinin həyətində aşkar edilib.
Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə “Binə” ticarət mərkəzində 4 nəfərə məxsus anbarlardan geyim əşyalarının oğurlanması barədə müraciətlər daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Quliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanıb.
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində Sərək kənd sakini R.İsmayılova narkotik vasitə satmaqda şübhəli bilinən həmkəndlisi F.Əliyev saxlanıb. Şəxsi axtarış zamanı ondan 30 qram marixuana aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə F.Əliyevin yaşadığı evdən isə əlavə olaraq 5,6 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb. İstintaq aparılır.
Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının fevralın 21-də birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində nəticəsində dövlət sərhədini pozmuş Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Yaqubov saxlanıb.
Saxlanan şəxsin İrandan gətirdiyi narkotik tərkibli vasitələri Kövüzbulaq kəndində yaşayan qohumuna məxsus yardımçı təsərrüfatda gizlətdiyi müəyyən edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən yardımçı təsərrüfatdan çəkisi 4 kiloqram olan heroin və 2 kiloqram olan tiryək aşkar edilərək götürülüb.
Quba rayon sakini Rafiq Əliməmmədovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş 59 yaşlı Zakir Məmmədov saxlanıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, R.Əliməmmədova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.
Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edərək, sahiblərinə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanıb. Araşdırmalarla onun rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Əfəndiyev olduğu müəyyən edilib.
Dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edən Ş.Əfəndiyev, M.Sultanovaya məxsus Balaqadaşov küçəsində yerləşən fərdi yaşayış evinin açarını gizli yolla əldə etdiyini və müxtəlif vaxtlarda evə qanunsuz daxil olaraq oğurluqlar törətdiyini bildirib. Ümumilikdə ev sahibinə beş min manata qədər maddi ziyan vuran Ş.Əfəndiyev həmin evdən 1 ədəd televizor, 1 ədəd paltaryuyan, 1 ədəd soyuducu, 1 ədəd qaz sobası və digər məişət avadanlıqları oğurlayıb.
Bundan əlavə həmin şəxsin ətraflarında aparılan tədbirlərlə onun 2018-ci ilin noyabr ayında şəhərin A.Xammətov küçəsində yerləşən evlərin birindən dəyəri 350 manat olan “Pegasus Tecaro SL” markalı velosiped oğurladığı da məlum olub.
Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi növbəti uğurlu əməliyyat tədbirləri zamanı isə 6 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının rayonun Sərək kəndi ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin kənd sakini Fəhrad Əliyev 29 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən cinayət başında saxlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə keçirilən baxış zamanı yaşayış evinin saxlanc kimi istifadə etdiyi otağından çəkisi 5 kiloqramdan artıq olan qurudulmuş marixuana, həmçinin evin həyətində torpağa basıdırılmış 2 ədəd 3 litlik balondan ümumi təmiz çəkisi 548 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində cinayət işi başlanıb, araşdırma aparılır.