Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri avtomobillərindən oğurluq edilməsi barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında həmin şəxslərin müəyyən olunub saxlanması istiqamətində əməliyyat tədbirlərinə başlanıb. Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları etməkdə şübhəli bilinən 2 nəfər - Şəki şəhər sakinləri Elxan Əhmədov və Elnur İsmayılov saxlanıb. Onların ətrafında aparılan araşdırmalar zamanı ayrı-ayrı vaxtlarda 5 avtomobildən maqnitofon, ehtiyat hissələri, benzin, səs gücləndiricilər və digər əşyalar oğurladıqları müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.