Fevralın 19-da saat 13 radələrində metronun “28 May” stansiyasının platformasında azyaşlı bir qıza zor tətbiq edib əlindəki mobil telefonunu alaraq qaçmağa cəhd göstərən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Onun Cəlilabad rayon sakini H.Əbilzadə olduğu müəyyən edilib. “Samsung A7” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb.
Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat-axtarş tədbirləri nəticəsində saxlanılan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş H.Mirzəyevdən “Ceska-Zbroscvka” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.