Daxili işlər orqanları qanunsuz saxlanan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini Aqşin Əsədovu qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlayıb. Onun əlindəki torbaya baxış keçirilən zaman 1 ədəd “AK-74” markalı avtomat və ona məxsus 23 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Toğrul NƏSİRLİ polis leytenantı