Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin yanvarın 19-da Köhnə Kotec qəsəbəsi ərazisindən qəsəbə sakini Z.Əliyevin “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş M.Zəkiyev avtomobillə birgə saxlanıb.
Polis əməkdaşları tərəfindən onun digər cinayət əməlinin də üstü açılıb.
M.Zəkiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2015-ci ilin avqust ayında “VAZ-2106” markalı başqa bir avtomobili qaçırdığı, onu hissələrə bölərək satdığı, habelə 2018-ci ilin iyul ayında digər “VAZ-2107” markalı avtomobili qaçırdığı və Göyçay rayon sakininə satdığı müəyyən edilib.
Araşdırma aparılır.
Fevralın 11-də “102- Zəng Mərkəzi” Xidmətinə müraciət edən şəxs 3 gün əvvəl bank hesabından oğurluq edildiyini bildirib.
Müraciətlə əlaqədar dərhal Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki bankomatların birindən həmin şəxsin hesabındakı 600 manatın çıxarılaraq oğurlandığı müəyyən edilib.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini R.Qasımov qısa müddətdə müəyyən edilərək saxlanıb.
Faktla bağlı araşdırma aparılır.
Fevralın 14-də Səbail RPİ-nin 41-ci Polis Bölməsinə Salyan yolu küçəsində yerləşən şirkətlərin birinin həyətindən mühərriklər, yüksək təzyiqə davamlı borular, elektrik avadanlıqları və dəmir ayaqaltıların oğurlanması barədə müraciət daxil olub.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Laçın rayon sakinləri N.Hüseynzadə, H.Nadirov və Bakı şəhər sakini H.Məmmədzadə qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanıb.
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun Göytəpə kənd sakini Ədalət Mustafayevdən müvafiq sənədləri olmayan “TOZ 63” markalı, qoşalüləli ov tüfəngi götürülüb.
Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən isə rayonun Nic qəsəbə sakini Jora Muradaridən qanunsuz saxladığı “TOZ” markalı təklülə tüfəng aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
Beki-xeber.com