Dekabrın 20-də İrəvanda Ermənistan polisinin rəis müavini Ovanes Köçəryanın evi qarət olunub.
Baki-xeber.com-un erməni mətbuatından aldığı xəbərə görə, bu barədə mətbuata polis rəisinin özü bildirib. O deyib ki, həmin gün evdə heç kim olmayıb və polis oğurluq olayını çözməyə çalışır.
Bu hadisədə maraqlı olan isə oğruların hədəf kimi polis məmurunu seçməsidir. Yəni bu hadisə sıradan bir oğurluq olayı olmaya da bilər...