Nəsimi RPİ 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ə.Əhmədov Cavadxan küçəsində cibindən 500 manatının oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Əliyev polis əməkdaşları tərəfindən saxlanıb.
Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı