çərşənbə axşamı günü, 18 avqust 2026
     

Bank sektorumuzda zəif halqalar – maliyyə sektorumuz üçün təhdid mənbəyi...

Image


Bu gün dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biri də bank sektorunun ölkə iqtisadiyyatında yaxından iştirakının təmin olunmasıdır. Bunun üçün dövlət bu sektora hərtərəfli yardım edir. Eyni zamanda, dövlət bank sektorunun yenidən çoxsaylı problemli kreditlər vasitəsilə iqtisadiyyatda yeni çətinliklər yaratmasını da istəmir. 

Xatırladaq ki,  2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev Mərkəzi Bankın sədri Elman Rüstəmova bu xüsusda tapşırıq verərək bildirmişdi: “Bu il bank sektorundan heç bir sürpriz olmamalıdır. Ona görə çox güclü nəzarət olmalıdır onların fəaliyyətinə, kreditlərin verilməsinə, o cümlədən şübhəli kreditlərin verilməsilə bağlı mexanizm olmalıdır ki, biz artıq hadisə baş verəndən sonra yox, bəri başdan qabağını ala bilək. Nəzarət elə olmalıdır ki, sürpriz olmasın. Mərkəzi Banka verilmiş yeni səlahiyyətlər bu məsələlərin həllinə köməklik göstərə bilər”. Görünən budur ki, Mərkəzi Bank yeni səlahiyyətləri çərçivəsində cari ildə bank sektorunda vəziyyəti tam nəzarətdə saxlamağa çalışır. Bu xüsusda "Atabank" ASC ilə bağlı baş verənlər diqqətdən yayınmır. Belə ki, ölkə prezidentinin fərmanı ilə Azərbaycan Mərkəzi Bankı vahid maliyyə nəzarəti və tənzimləmə qurumuna çevrildikdən sonra "Atabank" ASC-də ilkin araşdırmalar aparılıb.  Baş bankın yaydığı məlumata görə, araşdırmalar nəticəsində “Atabank”ın ciddi maliyyə dayanıqlığı və likvidlik problemləri ilə üzləşdiyi məlum olub. Bununla belə, bütün banklarda olduğu kimi, "Atabank"da da əhalinin qorunan əmanətləri tam sığortalanıb. Hazırda Mərkəzi Bank burada yaranmış vəziyyətlə bağlı kompleks təhlillər aparır və onların nəticəsi əsasında müvafiq təkliflər hazırlanacaq. Xatırladaq ki, “AtaBank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 120,02 milyon manatdır. Bankın səhmlərinin 86%-i daxil olduğu “Synergy Group” MMC-yə, 9,26%-i Əşrəf Kamilova (“Synergy Group”un 99%-lik səhmdarı, “Ata Holdinq” MMC-nin Müşahidə Şurası sədrinin birinci müavini), 4,74%-i isə Mahir Rəfiyevə məxsusdur. Hesab edilir ki, “Atabank” öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkərsə, cari ildə onun fəaliyyətinin dayandırılması belə istisna olunmur. Ümumiiyyətlə, bank sektoru üzərində nəzarətin gücləndirilməsi cari ildə də xüsusi diqqət mərkəzində yer alacaq. Ekspertlərin fikrincə, 2020-ci ildə Azərbaycan bank sektoru islahatların aparılması baxımından ən vacib sektorlardan biri olacaq. Bu ildə bank sektorunun sağlamlaşdırılması, likvidliyin artırılması prioritet məsələlərdən biridir. Məsələ ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirir: "2019-cu ildə bankların sağlamlaşdırılması ilə bağlı fəaliyyətlərin genişləndirilməsi və problemli kreditlərlə əlaqədar kompensasiyanın verilməsinə baxmayaraq, bank sektoru üçün bir sıra ənənəvi problemlər praktik olaraq 2019-cu ildən 2020-ci ilə keçdi. Problemli kreditlərin kredit portfelindəki payı yenə də yüksək olaraq qalmaqdadır. Baxmayaraq ki, 2019-cu ildə bu istiqamətdə müəyyən azalmalar oldu, amma Mərkəzi Bankın göstəricilərinə əsasən, problemli kreditlərin ümumi kredit portfelindəki payı ikirəqəmlidir. Bu da onu göstərir ki, 2020-ci ildə əsas məsələlərdən biri problemli kreditlərin həcminin azalmasına nail olmaqdan ibarət olmalıdır. Bankların kredit qoyuluşlarında da artım olmasına baxmayaraq, vaxtı keçmiş kreditlərin həcmi yüksək olaraq qalır. Ümumiyyətlə, 2019-cu ildə bankların kredit qoyuluşları 15 milyard manatdan çox olub. Vaxtı keçmiş kreditlərin həcmi isə 1,4 milyard manat təşkil edib. Azərbaycan bankları 2020-ci ilə 1 milyard 569 milyon vaxtı keçmiş kreditlə daxil olub. Hazırda rəqəmlərdə azalmalar olsa da, bu ciddi azalma hesab olunmur. Bu onu göstərir ki, 2020-ci ildə bu sahədə daha ciddi fəaliyyətlərin həyata keçirilməsinə ehtiyac var". Ekspert hesab edir ki, 2020-ci ildə əsas hədəflərdən biri də istehlak kreditlərinin həcminin azaldılması fonunda kommersiya banklarının real sektorunun daha çox maliyyələşdirməsinə nail olmaqdan ibarət olmalıdır. Onun sözlərinə görə, bank sektoru üçün vacib məqamlardan biri də kredit faizlərinin yüksək olaraq qalmasıdır: "2020-ci ildə bankların likvidliyinin artırılması, problemli kreditlərin həcminin azaldılması, kredit faizlərinin optimallaşdırılması, faiz dərəcələrinin aşağı salınması, real sektora daha çox kreditlərin ayrılması, xüsusən də bank sektoruna olan inamın artırılması əsas hədəflərdən olacaq. Bunların hər hansı formada reallaşması isə Mərkəzi Bankın fəaliyyətindən asılıdır. 2020-ci ildə Mərkəzi Bankın fəaliyyəti bank sektorunda yeni dəyişikliklərə gətirib çıxara bilər. 2019-cu ildə Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilərək səlahiyyətlərinin Mərkəzi Banka verilməsi və idarəetmənin mərkəzləşdirilməsi nəticəsində bu il bank sektorunda daha çox islahatların aparılması imkanları var. Bu baxımdan 2020-ci ilin bank sektoru üçün həlledici illərdən biri olacağını düşünürəm. Bank sektorunda aparılan islahatlar qeyri-neft sektorundakı inkişafın dayanıqlığını müəyyənləşdirən əsas faktorlarda biri olaraq qalacaq. 2020-ci ildə bank olmayan kredit təşkilatlarının da sağlamlaşdırılması və onların ucuz maliyyə resurslarına çıxış imkanlarının artırılması önəmli hədəflərdən olacaq”.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ