Cümə günü, 16 oktyabr 2026
     

Prezident daha bir həlli vacib problemi ictimai müzakirəyə çıxardı - qeyri-neft sektorumuzda xarici sərmayələr...

Image


Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu sahəyə xaricdən isvestisiya cəlb edilməsi dövlətin əsas pioritetlərindən biridir. Məlum olduğu kimi, son illər Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsinə yönəlik mühüm işlər həyata keçirilir. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyri-neft sektorunun inkişaf etdirilməli olduğunu önə çəkib.  

Dövlət başçısı oktyabrın 22-də Şahin Mustafayevi yeni vəzifəyə - Baş nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edərkən də qeyri-neft sektorunun inkişafının əsas prioritet olduğunu və bu sahəyə xarici sərmayənin cəlb edilməsinin vacibliyini qeyd edib: “...Ancaq hesab edirəm ki, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. İqtisadi sahədə hələ də bir çox problemlər mövcuddur, o cümlədən, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır. Xüsusilə, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi sahəsində hələ ki, bir çox işlər görülməlidir. Düzdür, ölkə iqtisadiyyatına 270 milyard dollardan çox sərmayə qoyulub. Bunun yarısı xarici sərmayədir. Ancaq bu sərmayənin də böyük əksəriyyəti neft-qaz sektoruna qoyulan sərmayədir. Bizim vəzifəmiz xarici investorları inandırmaqdır ki, ölkəmizin qeyri-neft sektoruna daha böyük həcmdə sərmayə qoysunlar. Eyni zamanda, yerli şirkətlər üçün elə gözəl biznes iqlimi yaradılmalıdır ki, Azərbaycan şirkətləri ölkə iqtisadiyyatına böyük həvəslə sərmayə qoysunlar.

Biz onu da bilirik ki, hazırda iqtisadi inkişafımızın artımının əsas səbəblərindən biri dövlət investisiyalarıdır. Biz bunu edirik, etməliyik, infrastruktur layihələrinə, xidmət sektoruna, digər sahələrə. Ancaq ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir. Bu vəzifəni mən doqquz ayın sosial-iqtisadi yekunlarına həsr edilmiş müşavirədə səsləndirdim. Bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək və məşğulluğu artırmaqdır. Bunun da çox sadə səbəbi var. Müstəqillik günündən bu günə qədər Azərbaycan əhalisi təxminən 3 milyon artıb. Bu həm böyük üstünlüyümüzdür, böyük sərvətimizdir, eyni zamanda, ölkə iqtisadiyyatına, o cümlədən, infrastruktura və sosial infrastruktura böyük yükdür. Yeni məktəblər, yeni uşaq bağçaları tikilməlidir, yeni yollar çəkilməlidir. Yolların çəkilişi üçün vaxtilə qanunsuz tikilən binalarda yaşayan vətəndaşlar köçürülməlidir. Onlara dövlət tərəfindən kompensasiya verilir. Kompensasiya onları qane etməlidir. Yəni biz bir çox xərclərlə üzləşirik”.

Azərbaycanda indiyə qədər qeyri-neft sektoruna xarici sərmayənin tam olaraq cəlb edilməməsinin səbəbi nədir, buna hansı amillər mane olub?

  • “...qeyri-ədalətli rəqabət mühiti formalaşır, bu isə xarici investisiyanın cəlb edilməsində əsas maneələrdəndir”

Tanınmış iqtisadçı-ekspert Rəşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəblərini açıqladı: “Bu sahədə kifayət qədər ciddi problemlər vardı. 2015-ci ildən sonra Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi, şaxələndirilməsi, dayanıqlığının artırılması ilə bağlı 12 istiqamət üzrə xüsusi strategiyalar qəbul edildi. Bu strategiyalar çərçivəsində xeyli mexanizm yaradıldı, qanunvericiliyə müvafiq dəyişikliklər edildi və s. Nəticədə nə baş verdi? Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyi xeyli irəlilədi. Yəni bu, məsələnin bir tərəfidir. İkinci tərəfi isə bunun nəticələri məsələsidir. Çünki beynəlxalq reytinqlərdə mövqenin irəliləməsi o deyil ki, hardasa piar üçün bu istifadə olunsun. Məqsəd odur ki, Azərbaycan iqtisadiyyatına investisiya qoyulsun. Yəni burada əsas indiqatorlardan biri ondan ibarətdir ki, iqtisadiyyata xarici investisiya gəlsin. Amma son üç ilin dinamikasına baxmış olsaq, həm qeyri-neft iqtisadiyyatına ümumi investisiya qoyuluşları, həm də birbaşa investisiya qoyuluşları istiqamətində davamlı olaraq azalma müşahidə olunub. Yəni biz islahat adı altında görülən tədbirlərin iqtisadiyyata transformasiya edilməsini müşahidə etmirik. Bunun da səbəbləri, təbii ki, böyükdür. Birincisi, iqtisadi islahatlar adı altında həyata keçirilən fəaliyyətlər, eyni zamanda, siyasi islahatlarla əhatə olunmalıdır. Çünki mövcud şərtlər tamamilə dəyişməlidir, məmur biznesi, himayə olunan biznes, inhisarçılıq, bu kimi problemlər tamamilə aradan qaldırılmalıdır. İqtisadiyyat liberallaşmadıqca, eyni zamanda, iqtisadiyyatda mülkiyyət hüququnun tam təmin edilməsi mümkün olmadıqca, məhkəmə sisteminin müstəqilliyi təmin edilmədikcə, biz Azərbaycan iqtisadiyyatına xarici investisiya cəlb edilməsini mümkün hesab etmirik. Bunu statistikada mövcud göstəricilər də təsdiqləyir. Bu istiqamətdə konkret addımların atılmasına ehtiyac var. Belə şərtlər daxilində də, təbii ki, inhisarçılıq və eyni zamanda, qeyri-ədalətli rəqabət mühiti formalaşır, bu isə xarici investisiyanın cəlb edilməsində əsas maneələrdəndir”.

R.Həsənovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bu gün heç bir investor, sadəcə, bir neçə hesabatdan məlumat almır, informasiya əsrində müxtəlif mənbələrdən informasiya əldə edilməsi mümkündür. Onun dedyinə görə, sadəcə, Dünya Bankının, Dünya İqtisadi Forumunun, Beynəlxalq Valyuta Fondunun, reytinq agentliklərinin açıqladıqları hesabatlar yeganə mənbə hesab olunmur, bundan əlavə, kifayət qədər alternativ mənbədən məlumatlar alan xarici investorlar, faktiki olaraq, ölkəyə gəlmir. “Halbuki, Azərbaycan iqtisadiyyatının kifayət qədər böyük imkanları, potensialı var. Hansı ki, iqtisadiyyat xamdır, işlənməmiş iqtisadiyyatdır. Xüsusilə də qeyri-neft iqtisadiyyatı tamamilə boş sahədir. İstənilən xarici investorun Azərbaycanın qeyri-neft sektoru bazarında rəqabət aparmaq, uğur qazanmaq imkanı var. Çünki bu bazarda mənfəət norması yüksəkdir, amma bunlara baxmayaraq, qeyd etdiyimiz səbəblərtə görə xarici investorlar gəlmirlər. Bundan başqa, investisiya mühitini daha da yaxşılaşdıracaq təşviq mexanizmləri hazırlanmalıdır. Məsələn, vergi yükünün azaldılması məsələsi. Vergi yükü azaldılmaldır. Dünya Bankının hesabatına görə, Azərbaycanda kommersiya gəlirlərində vergi yükü 41 faiz ətrafında dəyişir. Gürcüstanda isə bu göstərici 16, 5 faizdir. Necə olur ki, büdcə gəlirlərinin 56-58 fazini neftdən formalaşdıran bir ölkədə vergi səviyyəsi bu qədər yüksək olur. Bu özü maraqlı suallardan biridir. Bu istiqamətdə mütləq aidiyyəti qurumlar konkret mövqe ortaya qoymalı, həmçinin, investisiyanın təminatı və rəqabətli mühitlə bağlı konkret addımlar atılmaldır. Eyni zamanda, müəyyən qədər daha əlverişli şərtlər təşkil edən Ələt Azad iqtisadi zonası ilə bağlı fəaliyyətlərin sürətlənməsinə ehtiyac var. Bu çox gecikib, hələ də bu istiqamətdə konkret nəticə ortada yoxdur. Həmçinin, məmur himayədarlığı və məmur biznesi ilə əlaqədar ciddi addımların atılmasına ehtiyac var. Birdəfəlik olaraq bu iki tərəf arasında konkret hədlər müəyyənləşdirilməlidir. Bu insanlar qərar qəbul etməkdən çəkinməlidirlər, onlar, sadəcə, bizneslə məşğul olmalıdırlar. Eyni zamanda, inhisarçılıq üçün əlavə şərait yaradan, müəyyən infrastruktur formalaşdıran bütün hüquqi mexanizmlər də yenidən gözdən keçirilməli və ləğv edilməlidir” - deyə R.Həsənov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ