Cümə günü, 16 oktyabr 2026
     

Banklar iqtisadiyyatımız üçün yeni risq yaradırlar…

Image


Real vəziyyətin təhlili bir daha göstərir ki, Azərbaycanda kommersiya banklarının depozit portfeli ilə kredit portfeli arasında faizlər baxımından kəskin fərq hələ də aradan qalxmayıb. Əksinə, bankların bahalı kredit siyasətini davam etdirməsi fonunda bu fərq daha da artır.

Ekspertlər isə bütün bunları təhlükəli hal sayır. İlk növbədə o baxımdan ki, yaranmış durumda banklara əmanət qoyuluşunda insanlar artıq tərəddüd edir. Çünki depozit faizləri onlara ratıq lazımi qədər gəlir gətirmir. Həta bəziləri depozitləri banklardan geri də çəkir.
Bu arada qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, sentyabrın 1-də banklarda 8 milyard 561 milyon manat depozit olub. Bu isə əvvəlki aya nisbətən 19 milyon manat azdır. Bütövlükdə, aprel ayının əvvəli ilə müqayisədə ötən ayın əvvəlində depozitlərin həcmi 154 milyon manat azalıb. Rəsmi rəqəmlər göstərir ki, bankların kredit portfelində artımlar olsa da, vətəndaşların əmanətində artım qeydə alınmır. Banklarda əmanətlərin həcminin azalması depozit faizlərinin kifayət qədər aşağı olması ilə birbaşa bağlıdır. Ekspert araşdırmaları göstərir ki, banklar manatla istehlak kreditlərini 29, dollarla 20 faizlə təklif etsələr də, dollarla depozitlərə 1 faizdən az dividend ödəyirlər. Azərbaycanın aparıcı banklarının əksəriyyətinin internet səhifələrində depozit təkliflərinin təhlili göstərir ki, bəzi banklar 1 illik dollar depozitinə 0.1 faiz, 2 illik üçün 0.3 faiz, 3 illik üçün isə 0.5 faiz ödəyirlər. Təbii ki, belə aşağı faizlərlə banklara xarici valyutada heç kim tərəfindən əmanət qoyulmaz və real durum da bunu göstərir. Manatla da bağlı eyni vəziyyət müşahidə olunur. Bankların manat kreditləri orta hesabla 26 faizi keçsə də, depozitlər üzrə ödənişlər 7 faizə belə çatmır. Elə bu da bank əmanətlərinin azalmasına rəvac verir. Ekspertlər bunu təhlükəli hal sayır. Çünki bank vəsaitlərinin formalaşmasında depozitlər mühüm əhəmiyyət kəsb edir. Depozitlərin miqdarının azalması isə bankların maliyyə əməliyyatlarında ciddi çətinliklərlə üzləşməsi deməkdir. Bunu iqtisadçı Samir Əliyev də təsdiq edir. Onun sözlərinə görə, bankların vəziyyəti 2016-2017-ci illərlə müqayisədə yaxşılaşıb. Ekspert Prezidentin sərəncamından sonra banklara dəstək göstərildiyini bildirib: “Son dövrlər banklarda mübadilə sabitləşib, Prezidentin problemli kreditlərlə bağlı sərəncamından sonra banklara dəstək göstərilib. Mərkəzi Bank il ərzində banklara 60-80 milyon manat dəstək verir. Amma buna baxmayaraq, banklarla bağlı müəyyən problemlər hələ də qalmaqdadır. Düzdür, hazırda bankların vəziyyəti kritik həddə deyil. Bir neçə bank var ki, onların vəziyyəti tam yaxşılaşıb. Bəzi banklar depoziti yığsa da, kredit verilməsini reallaşdıra bilmir. Gələcəkdə bu depozitlərin geri qaytarılması ilə bağlı problemlər ola bilər. Bu baxımdan hələlik bank sektorunun böhrandan çıxdığını demək tezdir”.

S.Əliyevin sözlərinə görə, hazırda bir neçə bankın vəziyyəti narahatlıq doğurur: “Rəqabət baxımından ad çəkmək doğru deyil. Amma ümumilikdə bu məsələ ilə bağlı bankları 3 qrupa bölmək olar: Birinci qrupa problemləri aradan qaldırılan bankları aid etmək olar. İkinci qrup banklarda problemlər qalsa da, vəziyyət kritik həddə deyil, yəni həll edilə bilər. Üçüncü qrup banklarda isə kritik hədd mövcuddur, amma fəaliyyət göstərir”. Ekspert vəziyyəti ağır olan bankların müflis elan edilməsini indiki məqamda vacib sayır: “Ötən dövrlərdə 30 faiz bank sıradan çıxdı. Bu çox böyük göstəricidir. Hansısa bankın bağlanması əhalinin bank sektoruna olan inamının itməsinə səbəb olur. Bu da bank sektorunda təmərküzləşməni gücləndirir. Əhali tanınmış, güclü banklara əmanət qoyur ki, problem olmasın. Ona görə də bankların bağlanması çıxış yolu deyil. Sektorda iştirakçıların sayının az olması rəqabəti pozur. Fikrimcə, bankların gücləndirilməsi prioritet məsələdir. Müflisləşmə son variant olmalıdır. Buna qədər isə potensial tədbirlər görülməli, boşluqlar aradan qaldırılmalıdır”. Amma o da xüsusi olaraq vurğulanır ki, yaranmış vəziyyətdə banklar özləri də müəyyən addımlar atmalıdır. Məsələn, yuxardı barəsində bəhs edilən depozitlə kredit portfeli arasında faizlər baxımından kəskin fərq aradan qalxmalıdır. Yəni əmanət faizləri ilə kredit faizləri arasındakı münasibətin qorunub saxlanmasına ehtiyac var. Çünki əmanətlər bankların cəlb etdiyi vəsaitlərin içərisində xüsusi paya malikdir. Bu səbəbdən fikirlər səslənir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası faizlər arasında limitin müəyyən edilməsi ilə bağlı artıq qəti addımlar atmalıdır. Çünki əmanət faizləri ilə kredit faizləri arasında fərqin bu qədər çox olması iqtisadi baxımdan da izah edilə bilməz. O baxımdan prosesin tənzimlənməsinə ehtiyac var. Əks halda banklar vətəndaşdan aşağı faizlə pulu cəlb edib daha yüksək faizlə kredit kimi təklif etməkdə davam edəcək,  bu isə bank sektorunun özü üçün təhdid yaratmaqla yanaşı, həm də ümumi iqtisadiyyata müsbət heç nə vəd etmir.

Təhlillər göstərir ki, kreditlərin yüksək faizi bankların iddia etdikləri kimi onların risqlərini sığortalamır, əksinə, onlar üçün yeni təhdidlər yaradır. Problemli kreditlərin həcmindəki yeni artım da bunu aydın nümayiş etdirir. Eləcə də bankların iddia etdiyi risq amili yüksək faiz üçün yetərli səbəb sayılmır. Çünki  həyata keçirilən islahatlar bankların bu bəhanəsini əslində aradan qaldırıb. İqtisadiyyatda risqlərin aşağı olması və bunun beynəlxalq maliyyə qurumları tərəfindən də bəyan edilməsi verilən kreditlərin geri qayıtma ehtimalının yüksək olmasını təsdiqləyir.  Bu səbəbdən belə vəziyyət də bankların kredit faizlərini aşağı salmasına təsir göstərməlidir. Digər tərəfdən, kredit zəmanəti mexanizminin yaradılması da risqləri azaldan mühüm amildir. Lakin bütün bunlara rəğmən, banklar yenə də faizləri aşağı salmaqdan imtina edir. Məhz bu vəziyyət də bankların iqtisadiyyatda yeni təhdid yaratdığını deməyə əsas verir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ