Cümə günü, 16 oktyabr 2026
     

İstehlak kreditləri ilə bağlı daha bir problemli məqam üzə çıxdı

Image


Son dövrlərdə banklar tərəfindən verilən istehlak kreditlərinin miqdarında qeydə alınan artımlar artıq rəsmi dairələrdə də ciddi narahatlıq yaradır. Çünki bu hal nəticə etibarı ilə problemli kreditlərin miqdarının artımına gətirib çıxarır. Belə görünür ki, cari ilin əvvəlində dövlət tərəfindən banklara problemli kreditlərin həlli ilə bağlı verilən dəstəkdən bu maliyyə qurumları hələ də lazımi nəticə çıxarmayıb.

Belə ki, dövlət bankların istehlak kreditləri əvəzinə real sektora daha çox vəsait ayırmasını gözləsə də, yenidən əks vəziyyət müşahidə olunur. Elə bu səbəbdən məsələnin həlli üçün müəyyən radikal addımların atılması gündəmdədir. Söhbət “İstehlak kreditləri haqqında” qanundan gedir.

Xatırladaq ki, bu məsələ artıq Milli Məclisdə gündəmə gəlib. Deputat Əli Məsimli bildirib ki, Milli Məclis “İstehlak kreditləri haqqında” qanun layihəsi hazırlamalıdır. Onun fikrincə, bu qanun layihəsini banklar hazırlasa, öz maraqlarından çıxış edəcəklər: “Bununla bağlı ayrıca qanun layihəsi hazırlansın, ya da ki, Mülki Məcəlləyə ayrıca bənd əlavə olunsun. Banklar real sektora daha yaxın olmalıdır. Prezident İlham Əliyevin sosial paketi 4 milyon nəfəri əhatə edib. Düşünürəm ki, bu siyasət davam etdirilməlidir”. Araşdırmalar da göstərir ki, istehlak kreditləri ilə bağlı ciddi problemlər yaşansa da, bununla bağlı indiyədək qanun layihəsi hazırlanmayıb. Amma artıq bank sektorunda baş verənlər belə bir qanunun hazırlanmasını zərurətə çevirir. Əksər ölkələrdə istehlak kreditləri üzrə xüsusi qanun var. Bu, ilk növbədə bankların kredit müqaviləsinə istədiyi şərti daxil edib, sonra müştəriyə qarşı istədiyi addımın qarşısını almaq üçündür. Digər tərəfdən, belə bir qanun həm də istehlak kreditlərinin zərurət olmadan arımını əngəlləmək iqtidarındadır. Əks təqdirdə banklar istehlak kreditlərini artırmaqda davam edəcək. Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bunu belə izah edir: "Banklar kommersiya qurumlarıdır və müxtəlif kredit məhsulları təklif etməkdədirlər. İstehlak kreditləri də bunlardan biridir. Müştəri banka istehlak krediti almaq üçün müraciət etdikdə və kriteriyalara uyğun gəldikdə kreditin rəsmiləşdirilməsi məntiqidir. Əgər bu müştərilərin sayı artıbsa, bank daha çox kredit verəcəkdir. Burada əsas diqqət olunmalı məqam bankların niyə istehlak krediti verdiyi yox, istehlak kreditlərinin biznes kreditlərinə nisbətdə daha baha olmasına baxmayaraq onlara daha çox müraciət olunmasıdır.

Bunun əsas səbəbi ölkə əhalisinin gəlirlilik səviyyəsinin artmasıdır. Neftin qiymətinin enməsinin ölkə iqtisaidyyatına mənfi təsirlərindən sonra məsuliyyətli kreditləşmə prinsiplərinin tətbiqi ilə banklar artıq daha sağlam kreditlər verməyə başladılar. Lakin bu, bankların müştəriləri daha dərin təhlil etməsinə və daha seçici davranmasına gətirib çıxardı. Bu səbəbdən istehlak kreditləri ilk zamanlar daha az əlçatan oldu. İndiki dövrdə isə əhalinin gəlirlərindəki, eləcə də iş yerlərindəki artım və bu kimi səbəblərdən mövcud kriteriyalara uyğun şəxslərin sayı, nəticə etibarı ilə istehlak kreditləri artmağa başladı. Burada sual yaranır ki, bir şəxsin gəliri artıbsa, o niyə kredit götürür? İnsanlar pul yığıb ev almaq əvəzinə daha tez olduğu üçün ipoteka krediti əldə etməyə üstünlük verirlər və ya evlərini daha tez təmir etdirmək istəyir, yeni mebellərinə daha tez qovuşmaq niyyətindədirlər, daha uzun istirahəti üstün tuturlar və sair. İstehlak krediti deyə bir məhsulun yaranmasının səbəbi də elə budur: gələcəkdəki mümkün istehlakı cari dövrdə reallaşdırmaq istəyi. İstehlak krediti və biznes krediti nisbətinə gəldikdə isə, burada vəziyyətin nəzarətdə saxlanması və nisbətin tənzimlənməsi vacibdir. Çünki biznes krediti ölkə iqtisadiyyatının katalizatorlarından biridir və firmaların istehlak həcmini, yəni təkliflərini artırmaları üçün olduqca əhəmiyyətlidir".

Beləliklə, bütün bunlar bir daha göstərir ki, müvafiq qanunvericilik olmadan banklar istahlak kreditlərinin verilişini davam etdirəcək və bu da artıq indidən problemli kreditlərin artımına rəvac verir. Qeyd olunduğu kimi, "İstehlak kreditləri haqqında" qanunun hazırlanması tamam başqa vəziyyət yarada bilər. Dövlət İqtisad Universitetinin dosenti Elşən Bağırzadə də vurğulayır ki, ölkəmizdə "İstehlak kreditləri haqqında" qanun layihəsinin hazırlanmasına ehtiyac var: "Elə qaydalar olmalıdır ki, verilən kreditlər istehlaka deyil, daha çox istehsala yönəldilsin. Bir az iqtisadi canlanma olan kimi bizim banklar istehlak sektoruna yönəlirlər. Bu, iqtisadiyyat üçün o qədər də normal hal deyil. Xüsusilə də inkişaf etməkdə olan ölkə üçün istehlakı yox, istehsalı kreditləşdirmək lazımdır. Bununla bağlı ayrıca qanun olmalıdır və istehlaka yönəldilən kreditlər kifayət qədər məhdudlaşdırılmalıdır, kifayət qədər yüksək tələblər qoyulmalıdır. Əhaliyə verilən istehlak kreditləri üçün tələblər ciddi olmalıdır. Yoxsa hər şeyə görə - telefon, maşın, mebel və sair almaq üçün bankdan kredit götürmək düzgün deyil. Bank ilə vətəndaş arasında münasibətlər açıq tənzimlənməlidir. Eyni zamanda istehsala yönəldilən kreditlərin qarşısındakı maneələr ortadan qaldırılmalıdır. Kreditlər real sektora, istehsal sektoruna yönəlməlidir. İstehlak kreditlərinin verilməsi məhdudlaşdırılmalıdır. Bizdə "neft bumu" yaşandığı dönəmdə kifayət qədər insanlar gedib banklardan asan şəkildə kredit götürdülər və banklar da buna şərait yaratdı. Sonradan da borclanma problemi ortaya çıxdı və dövlət bunların hamısını ödəməyə məcbur oldu. Azərbaycanda "İstehlak kreditləri haqqında" qanuna ehtiyac var". Real vəziyyət də göstərir ki, bu gün ölkədə maliyyə müştərisi və ya maliyyə xidmətlərinin istehlakçısının hüquqları tam qorunmur. Mövcud qanunlar daha çox bank və kredit təşkilatlarının mənafeyini müdafiə edir. Belə ki, Azərbaycanda istehlakçı hüquqlarını qoruyan qanun, eləcə də Mülki Məcəllə var, amma onlar daha çox ümumidir. Ekspertlər hesab edir ki, sırf ixtisaslaşmış istehlak kreditləri haqqında qanun olmalıdır ki, bankların öhdəlikləri, vətəndaşların hüquqları burada çox açıq şəkildə göstərilsin. Məhz bundan sonra istehlak kreditləri ilə bağlı problemin əhəmiyyətli dərəcədə həlli gözlənilir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ