Rusiyanın 72 ərazi subyekti ilə Azərbaycanın xarici iqtisadi əlaqələri nə vəd edir?
Rusiya ilə Azərbaycan arasında əlaqələr, demək olar ki, hərtərəfli inkişaf edir. Həm siyasi-mədəni, həm də iqtisadi-ticarət əlaqələri inkişaf edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında ticari-iqtisadi məsələlərə dair 40-dan çox müqavilə imzalanıb.
2013-cü ildə Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsi əvvəlki dövrlə müqayisədə 10 faiz artıb. Ötən il Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında üçüncü yeri tutub. Azərbaycan ərazisində Rusiya kapitalı ilə 570 müəssisə fəaliyyət göstərir.
Onu da qeyd edək ki, Rusiya ərazisinə görə dünyada ən böyük ölkədir. Federasiyanın hər bir subyektinin böyük sosial-iqtisadi potensialı var. Bu da, öz növbəsində, Rusiya subyektlərinin xarici ölkələrlə, o cümlədən Azərbaycanla birbaşa əlaqələr yaratması zərurətini ortaya qoyur. Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, iki ölkənin regionlararası əməkdaşlığı sürətlə inkişaf edir və bunun miqyası hər keçən gün genişlənir. Onu da qeyd edək ki, Rusiya ümumilikdə 89 federasiya subyektindən ibarətdir. Hazırda Rusiya Federasiyasının 72 ərazi subyekti Azərbaycan ilə xarici iqtisadi əlaqələrə girib.
Maraqlıdır, bu prosesin daha da dərinləşməsi hansı həddə qədər mümkündür və ümumiyyətlə, Rusiya-Azərbaycan münasibətlərini hara aparır?
Məsələyə münasibət bildirən iqtisadçı alim Əli Əlirzayevin sözlərinə görə, Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin dərinləşməsi iki ölkə arasında siyasi və digər münasibətlərə də müsbət təsir edir: "Rusiya Federasiyası subyektləri ilə Azərbaycan arasında iqtisadi əlaqələrin dərinləşməsi müsbət haldır. Çünki bu, paralel olaraq digər sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərir. Nəzərə almaq lazımdır ki, Rusiya Azərbaycanla yaxın qonşudur. Artıq dünya ölkələri bir çox sahələrdə uyğunlaşır, idarəetmə əməkdaşlığı meydana çıxır. Ona görə də onlarda iştirak etmək vacibdir və eyni zamanda zəruridir.
O baxımdan hesab edirəm ki, nə qədər çox iqtisadi-ticarət əlaqələri dərinləşsə, bu bir o qədər münasibətlərin yaxşılaşmasına öz təsirini göstərir. Rusiya Federasiyası subyektləri ilə Azərbaycanın iqtisadi-ticarət əlaqələrinin inkişafının hansısa həddi yoxdur. İqtisadiyyatın potensialından asılı olaraq bu əlaqələr daha da genişlənə bilər. O üzdən, iki ölkə arasında müşahidə olunan tendensiyanı müsbət dəyərləndirirəm".