Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycan Avropanın enerji təhlükəsizliyində daha mühüm rol oynayacaq

Image


Yaxın gələcəkdə Azərbaycan Avropanın enerji strukturunda daha əhəmiyyətli rol oynamağa başlayacaq. Azərbaycandan ixrac edilən təbii qaz bir sıra Avropa ölkəsinin tələbatını tamamilə ödəyir. Bu sözləri Çex Respublikasının enerji və sənaye naziri Jozef Sikela Bakı Enerji Forumunda çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycan təbii qazla yanaşı, “yaşıl enerji” istehsalına da diqqət yetirir: “Bu da onun enerji idxalını artırır. Azərbaycanın iqlim şəraiti Günəş və küləkdən enerji almaq imkanı yaradır”.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan artıq yeni texnologiyaları cəlb edərək alternativ enerji istehsalına başlayıb: “Azərbaycanın neft və qaz istehsalı və ixracı ilə yanaşı, “yaşıl enerji” istehsalına və ixracına geniş yer verməsi, onun Avropanın enerji təhlükəsizliyinin təmin olmasında rolunu artıracaq”. Ekspertlər qeyd edir ki, yaxın perspektivdə Avropanın istər təbii qaz, istərsə də bərpa edilən enerji ilə təminatında Azərbaycan həqiqətən də həlledici rol oynayacaq. Hazırda Azərbaycan bərpaolunan enerji mənbələrini fəal şəkildə inkişaf etdirir. Ölkə özəl sektoru, xüsusən də xarici oyunçuları bu sektora cəlb etməyi qarşısına məqsəd qoyub. Azərbaycanın energetika naziri Pərviz Şahbazov isə diqqətə çatdırır ki, ölkə bərpaolunan enerji sahəsində böyük potensiala malikdir: “Bu gün biz 1800 meqavat gücündə layihə üzərində işləyirik və nəzərinizə çatdırmaq istəyirəm ki, layihə özəl sektorla əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu gün Azərbaycan qazının Avropaya  ixracında mühüm rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsinin təşəbbüskarı olmuşuq. Bu gün biz qazımızı 6 ölkəyə ixrac edirik və inanırıq ki, bu ölkələrin sayı artacaq. Mən, həmçinin üçüncü ölkələrlə tərəfdaşlıq və əməkdaşlığın qarşıya qoyulan məqsədlərə çatmaq üçün çox vacib olduğunu hesab edirəm”. O qeyd edib ki, Azərbaycan təbii qaz mənbələrinin artırılması üzərində işləyir: “Bu gün ölkəmizin ehtiyatında 1,7 trilyon kubmetrə yaxın təbii qaz var ki, onu gələcəkdə digər ölkələrə də ixrac etməyi planlaşdırırıq. Bundan əlavə, 2028-ci ilə qədər bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi hesabına biz təxminən 1 milyard kubmetr qaza qənaət edərək ixraca yönəldəcəyik”. Nazirin sözlərinə görə, gələcəkdə “yaşıl enerji”nin xarici bazarlara nəqli sahəsində birinci mərhələdə 4 qiqavat təmiz enerjinin Avropaya, 1 qiqavat enerjinin isə Türkiyəyə nəqli gözlənilir. Bütün bunlar bir daha təsdiq edir ki, qaz və bərpaolunan enerji sahələrində də ölkəmizdə nəzərəçarpacaq uğurlar əldə olunur. Bu baxımdan “Cənub Qaz Dəhlizi” layihəsinin icrasını xüsusi qeyd etmək lazımdır. Bu meqalayihənin icrası nəticəsində Azərbaycan neftlə yanaşı, Avropaya qazın əsas ixracatçılarından birinə çevrilib. 3500 kilometr uzunluğunda, 3 hissədən ibarət olan bu layihə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafına böyük töhfə verməklə yanaşı, enerji təhlükəsizliyinin gücləndirilməsində və enerji mənbələrinin şaxələndirilməsində müstəsna rol oynayır.

Bütün bunlar Avropa üçün mühüm əhəmiyyət kəsb edən hadisələr fonunda qeydə alınır. Son illərdə gedən geosiyasi proseslər isə enerji təminatçısı kimi Azərbaycanın Avropa üçün əhəmiyyətini daha da artırıb. Enerji ixracının artırılması məqsədilə Avropa İttifaqı ilə Azərbaycan arasında 2022-ci ilin iyul ayında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu anlaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan Avropaya qaz ixracını 2 dəfəyə qədər artıraraq 20 milyard kubmetrə çatdıracaq. Artıq bu proses başlayıb və 2022-ci ildə ümumilikdə Avropaya 8 milyard kubmetr qaz ixrac edilmişdisə, bu il 12 milyarda qədər artırılacaq. Bundan başqa, 2022-ci ildə Yunanıstan-Bolqarıstan İnterkonnektorunun işə düşməsi və 2023-cü ilin aprel ayında Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması Azərbaycana qaz ixracının coğrafiyasını əsaslı şəkildə genişləndirməyə imkan yaradacaq. Bunun nəticəsində Azərbaycanın qaz ixracının coğrafiyası 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişlənəcək. Eyni zamanda, qazpaylayıcı sistemin qurulması üçün Albaniya ilə danışıqlar aparılır, Serbiya isə Azərbaycan qazına çıxış əldə etmək üçün Bolqarıstanla boru kəməri layihəsini icra edir. Bundan başqa, bəllidir ki, Azərbaycanın “yaşıl enerji” ölkəsinə transformasiyası artıq başlanıb. Bərpaolunan enerjinin quruda 135 qiqavat, dənizdə isə 157 qiqavat texniki potensialı əsasında ölkəmiz bu gün yaşıl enerjinin istehsalı və ixracı ilə bağlı irimiqyaslı layihələr icra edir. Hazırda ğlkəmiz “MASDAR”, “ACWA Power”, BP və “Fortescue Future Industries” şirkətləri ilə 25 qiqavatdan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq edir. Bakı Enerji Həftəsi çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əlavə 3 qiqavatdək bərpaolunan enerji layihələri üzrə əməkdaşlıq sənədləri imzalanıb. Bu da o deməkdir ki,  Azərbaycan “yaşıl enerji” ölkəsi kimi inkişafı ilə bağlı strateji hədəflərini reallaşdırmaq əzmindədir. Nəticədə Azərbaycan həm də belə enerjinin mühüm ixracatçısına çevrilməkdədir. Bu isə ölkənin Avropanın enerji təhlükəsizliyi arxitekturasında daha mühüm rol oynamasını şərtləndirir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ