Cümə günü, 09 oktyabr 2026
     

Real sektora ayrılan kreditlərin azlığı bankların öz gəlirlərini də azaldır

Image


Azərbaycan bank sektorunda real vəziyyətin təhlili bu istiqamətdə fəaliyyət göstərən qurumlar üçün əlverişli situasiyanın hökm sürdüyünü göstərir. Hər halda, Azərbaycan bank sektorunun ötən ilə aid göstəriciləri də bunu təsdiq edir.

Belə ki, ötən il banklar 915 milyon manat mənfəət əldə ediblər. 2021-ci ildə həmin göstərici 609 milyon manat olmuşdu. Beləliklə, banklar bir il içində öz mənfəətlərini 306 milyon manat və ya təxminən 50 faiz artıra bilib. İlboyu toplam 262 milyon manat mənfəət vergisi ödənilib.

Cari il üçün də bankalrın durumunun yaxşı olması nəzərə çarpır. Amma müəyyən risqlər də mövcuddur. Hər halda, Mərkəzi Bankın açıqladığı “Maliyyə dayanıqlılığı” hesabatı bunu deməyə əsas verir. Hesabatda maliyyə sektorundakı mümkün risqlər və mövcud trendlər gözdən keçirilir. Açıqlanan göstəricilərdən aydın olur ki, ötən ilin nəticələrinə görə, ölkədə bank sektoru aktivlərinin ümumi daxili məhsula (ÜDM) nisbəti 35.2 faizdir. Bu göstərici ölkə iqtisadiyyatında bankların yerini ölçən əsas indikatorlardan biridir. Mərkəzi Bankın hesabatında da bildirilir ki, həmin göstəriciyə görə Azərbaycanın nəticəsi bençmark ölkələrindən aşağıdır (“benchmarking” bir müəssisənin öz rəqabət qabiliyyətini yüksəltmək üçün liderlik qazanmış, ya da öndə gedən şirkətlərə baxaraq onlardan örnək götürməsi anlamında işlənir). Bütün bunlardan bilinir ki, əslində Azərbaycanda banklar ölkə iqtisadiyyatında daha fəal rol ala bilər. Bundan ötrü özəlliklə qeyri-enerji sektorunun inkişafına ehtiyac duyulur. Bu baxımdan, ölkədə neftdənkənar sektorun inkişafı banklar üçün də vacibdir. Amma bunun üçün banklar real sektora daha çox kredit verməlidirlər ki, bunu da hələ etmirlər. Bəzi bankarın yanaşmasına əsasən, real sektorda risk dərəcəsinin yüksək olması səbəbindən bu sahəyə kredit ayırmaq sərfəli deyil. Burada əsas risk isə ondan ibarətdir ki, real sektora yönəldilmiş vəsaitlərin qaytarılmasında müəyyən problemlər hökm sürür. Real olaraq, aşağı məbləğdə istehlak kreditləri təqdim etmək və vəsaitlərin geri qaytarılmasında heç bir problem yaşamamaq banklar üçün daha cəlbedici və asan görünür. Halbuki, iqtisadiyyatın diversifikasiya olunması, bu fonda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün dövlət həm rəqabət mühitinin, həm qanunvericiliyin, həm də gömrük-vergi mühitinin təkmilləşdirməsi baxımından əhəmiyyətli addımlar atır. Qeyri-neft sektoruna müxtəlif güzəştlər verilir. Ölkəmizdə Sahibkarlığın İnkişafı Fondunun vasitəçiliyi ilə qeyri-neft sektoruna ayrılan kredit resurslarının cəlbediciliyi də artırılır. Qeyri-neft sektoruna yatırılan investisiyaların, kreditlərin güzəştli olması üçün resurslar ayrılır, kreditlərin maliyyələşməsi üçün mənbələr yaradılır. Amma bunlar əsasən dövlət hesabına həyata keçirilir. Ölkənin bank sektoru bu prosesdə hələ də fəal iştirakdan uzaq qaçır. Xüsusən də real sektora ayrılan bank kreditləri həcmin azlığı, faizlərin yüksək olması baxımından ciddi problem mənbəyi olaraq qalır. Halbuki, bank sektorunun düşdüyü çətinliklərdən xilas olmaq üçün hökumətin atdığı addımlar bu sahədə vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, artıq banklar üçün ciddi çətinlik sayılan problemli kreditlərin miqdarı sürətlə azalır. Eyni zamanda, yaranmış vəziyyət banklara yenidən kredit portfelini genişləndirmək imkanı qazandırır. Amma belə görünür ki, bankların böyük əksəriyyəti hələ də onlara göstərilən bu dəstəyi düzgün qiymətləndirə bilmir. Ən azı o baxımdan ki, hökumət tərəfindən göstərilən dəstəyə rəğmən, banklar hələ də kreditləri yüksək faizlə verir. Eyni zamanda, yenə də hökumətin gözləntilərinə baxmayaraq, banklar real sektora lazımi qədər kredit ayırmaqdan qaçır. Halbuki, banklara dəstək verən hökumət tamam fərqli nəticələr istəyir.  Belə vəziyyətdə real sektorun inkişafında yaranan ləngimələr əslinndə, bankların özlərinin də böyüməsində əngəllərlə müşayiət olunur.

Mərkəzi Bankın öz hesabatında vurğuladığı daha bir məqam isə ölkənin maliyyə sektorunda təmərküzləşmənin artmasıdır. Rəsmi göstəricilərə görə, 2019-cu illə müqayisədə ən böyük üç bankın aktivlər üzrə bazar payı 9 faiz bəndi artaraq 65 faizə çatıb. Həmin banklar Beynəlxalq Bank, Paşa Bank və Kapital Bankdır. Bu bankların depozit portfelindəki bazar payı 70 faiz, kreditlər üzrə 48 faizdir. Bankların özü də istər şirkət, istərsə fiziki şəxsləri kredit resursları ilə təmin etmək üçün pula ehtiyac duyur. Mərkəzi Bankın açıqladığı rəqəmlərdən görünür ki, Azərbaycan bankları bu ehtiyacı, əsasən, depozitlər hesabına qarşılayır. Ötən il boyunca bank sektorunun depozit portfeli 25 faiz və ya 6.8 milyard manat artaraq 33.8 milyard manata çatıb. Depozit portfelinin həcmi bank sektoru öhdəliklərinin 81.5 faizi qədərdir. Depozit portfelinin 66 faizi hüquqi şəxslərin, 34 faizi fiziki şəxslərin depozitlərindən ibarətdir. Daha bir diqqətçəkən məqam sözügedən sektorun depozit portfelinin  əsasən tələbli depozitlər hesabına formalaşmasıdır.  Belə depozitləri müştərilər istədikləri vaxt götürə bilir. Bank sisteminin maliyyələşməsində tələbli depozitlərin yüksək payı sektorun iri həcmdə likvidlik buferi saxlamasını şərtləndirir. Bu isə bankların kreditləşməyə ayıra biləcəyi vəsaitin həcminə azaldıcı təsir göstərir. Banklar eyni səbəbdən daha qısamüddətli kreditlərin verilməsində maraqlı olur və beləcə, uzunmüddətli və böyük həcmdə kreditlərdə maraqlı olan sahibkarların işi düyünə düşür. Digər tərəfdən, “Azadlıq” radiosunun məlumatına əsasən, bank öhdəliklərində depozit payının çoxluğu ölkədə kredit faizlərini də yüksəldir. Çünki  belə vəsaitlərin cəlbi bankların xərclərini nisbətən daha çox artırır. Bu da kredit kimi verilən vəsaitin maya dəyərini artırır. Mərkəzi Bankın maliyyə sektorunun ötənilki fəaliyyətində diqqətçəkən daha bir məqam qeyri-rezidentlərdir. Açıqlanan bilgilərə görə, 2021-ci illə müqayisədə bank sektorunun qeyri-rezidentlər qarşısındakı öhdəlikləri 2.5 dəfə (1 milyard 500 milyon manat) artaraq 2.5 milyard manata çatıb. Beləcə, qeyri-rezidentlər qarşısında öhdəliklərin toplam öhdəliklərdə payı 3.1 faizdən 6.1 faizə yüksəlib. Digər tərəfdən, əgər 2021-ci ildə qeyri-rezidentlərin depozitləri toplam depozitlərin 1.4 faizi qədərdisə, artıq bu göstərici də 5 faizə yüksəlib. Mərkəzi Bankın “Maliyyə dayanıqlılığı” hesabatında bank sektorundakı müxtəlif istiqamətlərlə bağlı risklərə də yer verilib. Məsələn, hesabatda bildirilir ki, sektorla bağlı əsas makroiqtisadi risk amili mürəkkəb geosiyasi və geoiqtisadi proseslərin yaratdığı bəlirsizlikdir. Üstəlik, yüksək inflyasiya da yenə əsas makroiqtisadi risk amillərindən biridir. Kredit risklərinə gəlincə, Mərkəzi Bankın fikrincə, aktivlərin keyfiyyətindəki müsbət dinamika və ümidsiz borcların azalması hesabına kredit portfelinin keyfiyyəti artıb. Ancaq hələ də həssas zonalar qalmaqdadır. Bu baxımdan, Mərkəzi Bank özəlliklə kredit portfelinin keyfiyyətinə, ehtiyat ayırmalarına və restrukturizasiya ilə bağlı addımlara diqqət yetirməyi vacib sayır.  Hazırda Azərbaycanda 25 bank fəaliyyət göstərir. Bazar risklərinə gəlincə, Mərkəzi Bank düşünür ki, bankların açıq valyuta mövqeyinin (xarici valyuta ilə alacaqlar və borclar arasındakı fərq) və depozitlərin dollarlaşmasının azalması hesabına belə risklər nisbətən azalıb. Likvidliyə gəlincə, Mərkəzi Bank bildirir ki, sektorun likvidliyi komfortlu zonadadır və tələblərə tam cavab verir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ