şənbə günü, 10 oktyabr 2026
     

Ünvanlı dövlət sosial yardımı, yoxsa uşaqpulu? - Parlamentdə müzakirələr başladı

Image


Azərbaycanda vaxtaşırı gündəmə gələn məsələlərdən biri də uşaqpulunun verilməsi ilə bağlıdır. Fikirlər səslənir ki, ünvanlı dövlət sosial yardımlarının əvəzinə uşaqpulu verilməsi daha yaxşı olar.

Qeyd edək ki, Azərbaycanda ünvanlı dövlət sosial yardımlarının verilməsinə 2006-cı il yanvarın 1-dən başlanılıb. Elə həmin tarixdən də ölkədə uşaqlara aylıq müavinətlərin (uşaqpulu) verilməsi dayandırılıb. Rəsmi açıqlamalara görə, 2022-ci ilin doqquz ayında ölkədə 138 milyon manat ünvanlı yardım ödənilib. Bir ailəyə ortalama 377 manat ünvanlı yardım düşüb. Amma bunun əvəzinə uşaqpulunun verilməsinin daha məqbul olması barədə fikirlər səslənir. Elə son zamanlar Milli Məclisin bəzi üzvləri də ünvanlı dövlət sosial yardımının verilməsində qüsurların olması barədə danışırlar. Onlardan biri olan Tahir Kərimli isə ünvanlı dövlət sosial yardımını  ləğv etmək və onun əvəzinə uşaq pulunun bərpasını təklif edib. O bildirib ki, hamı ünvanlı sosial yardımdan narazılıq edir: “Demək bu, ədalətsiz bir şeydir. Hamını razı salan uşaqpuluna keçmək daha yaxşı olardı”. Bəzi deputatlar isə hesab edir ki, müəyyən kateqoriya insanlara uşaqpulu verilə bilər. Məsələn, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edir ki, “Böyük Qayıdış” layihəsi çərçivəsində azad edilmiş ərazilərə qayıdaraq məskunlaşan ailələrə uşaqpulu verilməsi yaxşı addım olardı. Onun sözlərinə görə, son dövrlər Azərbaycanda 0-19 yaş qrupu üzrə əhalinin sayı azalır: “Əvəzində isə 65 yaş üstü insanların sayı artır. Bu da bütün dünyada demoqrafik qocalmanın olduğunu göstərir. Təklif edirəm ki, azad edilmiş ərazilərdə həm məskunlaşma, həm də demoqrafik vəziyyət baxımından uşaqpulu məhz oradakı vətəndaşlara verilsin”. Deputat Məlahət İbrahimqızı isə bildirir ki, şəhidlərin və hərbçilərin övladlarına uşaqpulu verilməlidir: “Hesab edirəm ki, bu məsələyə baxıla bilər”. Lakin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirir ki, dövlətdən müavinət alan 600 min uşağın olması səbəbindən uşaqpulunun verilməsi gündəmdə deyil. Onu da bildirək ki, bu gün vətəndaşlara 20-yə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır. Hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, ölkənin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olanların və müharibə əlillərinin uşaqları aylıq sosial müavinətlə təmin edilirlər. Bura çoxuşaqlı anaların (beşdən çox), müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları və valideyn himayəsindən məhrum olmuş uşaqlar daxildir. Üstəlik, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir.  Bunlar fonunda uşaqpulunun bərpası yeni mexanizmlərin hazırlanması və qanunlarda dəyişikliklər edilməsi şəraitində mümkün ola bilər. Qaydalara əsasən, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlətin göstərdiyi pul yardımıdır. Bu yardımı  almaq hüququna orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir. Onun məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq qədər hesablanır. Hazırda Azərbaycanda ehtiyac meyarının həddi 200 manatdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən, növbəti ildən onun 246 manat olması təklif edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, ötən il ünvanlı dövlət sosial yardımı alanların sayı 47 min ailə (202 min ailə üzvü) olub: “Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 280 manat təşkil edib. Bu göstərici 2020-ci illə müqayisədə 17 faiz çoxdur”.  Dövlət Sosial Müdafiə Fondundan qeyd olunub ki, ünvanlı dövlət sosial yardımı  almaq istəyən şəxslərin müraciətləri ilə bağlı bəzi qaydalar sadələşdirilib: “Əvvəl bank kreditləri vətəndaşların gəlirləri kimi hesablanırdısa, 2020-ci ilin noyabrından bank kreditləri müraciət üçün maneə sayılmır. Əgər ailənin istifadəsində və ya mülkiyyətində nəqliyyat vasitəsi varsa, bu, imtinanın səbəbidir. Yalnız bir istisna hal var ki, dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilən avtomobildir”. Üstəlik, Fonddan bildirilib ki, şəxsin adına işlətmədiyi mobil nömrənin, eləcə də istifadəsində torpaq sahəsinin olması daha imtina səbəbi yaratmır: “Torpaqdan istifadə edilmirsə, bunu rəsmiləşdirmək lazımdır. 2022-ci ilin fevralından “Ünvanlı yardım” (VEMTAS) altsistemində köklü təkmilləşdirilmə işləri aparılıb və vətəndaşların bir sıra məlumatlarının daxil edilməsi tələbi ləğv olunub. Bura əmək müqaviləsi, sosial müavinətlər, pensiyalar, təqaüdlər üzrə məlumatlar aiddir”. İqtisadçı Natiq Cəfərli isə bildirib ki, ortada ciddi problemlər var: “Sosial yardımın təyinatı ilə bağlı elə tələblər var ki, o tələblərin normal şəkildə araşdırılması da mümkün deyil. Məsələn, bir ailənin adına işlətmədiyi çox köhnə maşın ola bilər və bu səbəbdən o ailəyə sosial yardım vermirlər”. Onun sözlərinə görə, gəlirlilik səviyyəsi ilə bağlı kriteriyalar da düzgün seçilməyib: “Yəni birinci növbədə qanunvericilik bazası təkmilləşdirilməlidir, kriteriyalar sadələşdirilməlidir və real həyata uyğunlaşdırılmalıdır”. Ünvanlı dövlət sosial yardımının uşaqpulu ilə əvəzlənməsi məsələsinə gəlincə, o hesab edir ki, bu həssas bir məsələdir: “Uşaqpulunun verilməsinə ictimai tələb var. Amma bunun da kriteriyalarını normal şəkildə müəyyənləşdirmək lazımdır. Azərbaycanda 2 milyon 700 min 0-18 yaş arası uşaq var. Onların hamısına uşaqpulunun verilməsi ilə bağlı hesablamalar elə aparılmalıdır ki, büdcənin bunu qaldırmağa gücü olsun”. Hesablamalara görə, il ərzində uşaq pulunu ödəməyə azı 2,5 milyard manat vəsait tələb olunur.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ