Bazar günü günü, 11 oktyabr 2026
     

Dünyadakı buğda böhranı Azərbaycana da təsirsiz ötüşmür

Image


Dünyada müşahidə olunan bahalaşma fonunda Azərbaycanın idxaldan asılılığını azaltmaq üçün preventiv tədbirlərin miqyasını genişləndirir. Amma o da etiraf edilməlidir ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya edib və qlobal miqyasda gedən proseslər, o cümlədən hazırda ərzaq mallarının bahalaşması ölkəmizə də təsirsiz ötüşmür. Bunu taxıl məhsullarının, o cümlədən buğdanın timsalında aydın görmək olar.

Digər tərəfdən nəzərə alınmalıdır ki, bu gün təkcə taxılın, buğdanın qiymətindən söhbət getmir, eyni zamanda taxıl qıtlığı yaşanır. Çünki taxılın əsas ixtracatçıları Rusiya və Ukraynadır, dünyada taxıl ixracatının 30 faizi məhz bu ölkələrin  payına düşür. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə təmin edə bilmir. Ancaq Azərbaycanda bu sahədə heç bir problem yoxdur. Ölkəmiz ənənəvi olaraq taxılı, gübrəni Rusiyadan alır. Rusiyalı tərəfdaşlarla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istənilən qədər həm gübrə, həm taxıl ixrac edilir. Lakin təbii olaraq qiymətlərdə artım Azərbaycana da təsirsiz ötüşmür. Bunun da səbəbləri var. Əvvəla bu, dünyada gedən bahalşama ilə bağlıdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dünya ərzaq üzrə bahalaşma indeksi keçmiş dövrlərin bütün rekordlarını üstələyib. Halbuki, BMT-nin nəzarəti ilə Türkiyə, Rusiya və Ukrayna razılaşması buğdanın qiymətinin aşağı enməsinə ümidlər verirdi. Belə ki, buğdanın qiyməti 11,5 faiz aşağı endi. Lakin buna baxmayaraq, buğdanın qiyməti yenə də 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,8 faiz yüksəkdir. Cari ilin iyul ayından başlayaraq kənd təsərrüfatında həyəcanlı siqnallar müşahidə olunmağa başladı. Belə ki, Rusiya ümumi buğda ixracatını 4,6 milyon ton, ötən illə müqayisədə isə 13 faiz azaltdı. Həmçinin bu məsələdə Rusiya tərəfindən ixrac rüsumlarının tətbiqi də öz mənfi rolunu oynamaqda davam edir. Belə ki, aprel ayında hər ton üçün 100 dollar tələb olunurdusa, artıq bu məbləğ 146 dollara qədər artırılıb. Digər tərəfdən, bazarlarda Rusiya buğdasının ənənəvi alıcılarından başqa yeniləri də peyda olub. Bunlar Əlcəzair, Sudan, İordaniya və Pakistandır. Belə vəziyyət tələbi artırdığından qiymətləri də yüksəldir. Ukraynadan ixrac imkanlarının azalması da prosesə təsir edir. Ümumiyyətlə, Ukraynadan ixracın əhəmiyyətli dərəcədə azalması gözlənilir. Cari mövsümdə Ukraynada 14,2 milyon hektar kənd təsərrüfatı torpaqları əkilib ki, bu da ötənilki göstəricidən 2,8 milyon hektar azdır. Bu fonda qlobal miqyasda məcmu təklifin həcm göstəricisinin cari ildə 19 milyon ton azalaraq 1 milyard 52 milyon ton olacağı təxmin edilir. Göründüyü kimi dünya üzrə buğda istehsalı və ixracı ilə bağlı gözləntilər ürək açan deyil, bu isə həmin məhsula olan tələbatının əhəmiyyətli hissəsini xarici mənbələr hesabına təmin edən ölkələr üçün əlavə risklər yaradır. Azərbaycan da bu mənada istisna deyil. Ölkə buğdaya olan tələbatının yalnız 60 %-ni daxili imkanlar hesabına təmin edir. 

Azərbaycan daxili tələbi ödəmək üçün xaricdən aldığı buğdaya əvvəlki dövrlə müqayisədə indi daha çox vəsait sərf edir. Belə ki, 2020-ci ildə Azərbaycan 1,4 milyon ton buğdanı xaricdən 297 milyon  dollara alıbsa, 2021-ci ildə 1,15 milyon ton buğdaya 332 milyon  dollar ödəyib. Yəni idxalın həcmi azalsada dəyəri 12 % artıb. Son bir ildə isə idxal olunan buğda 82  dollar və ya 77 % bahalaşaraq iyunda bir ton üçün 402  dollar təşkil edib.Bu, bilavasitə dünya bazarında cərəyan edən proseslərin nəticəsidir. Dünya bazarında cərəyan edən proseslər Azərbaycanın daxili iastehsalına da təsir göstərib. Belə ki, bu ilin iyununda Azərbaycanda istehsal olunan buğdanın bir tonunun qiyməti 610 manat olub ki, bu da bir il əvvəlki göstəricidən 220 manat və ya 56 % çoxdur. İndilikdə isə Azərbaycanın torpaq ehtiyatları, iqlim şəraiti ölkəmizdə bütün əkin ərazilərində yüksək, keyfiyyətli məhsuldarlıq əldə etməyə imkan vermir. Bu onu göstərir ki, ölkəmiz uzun illər taxılla, xüsusilə də toxumçuluq və yem taxılı üzrə xarici bazarlardan asılı olacaq. Dünyada baş verən tendensiyalar isə göstərir ki, taxıl növlərinin qiyməti gündən-günə artır. Kataklizmlər, siyasi, iqtisadi, hərbi böhranlar qiymət artımını daha da körükləyir. Daha bir mühüm məqam odur ki, Azərbaycanın buğda aldığı digər ölkəər də bu məhsulu bahalaşdırır. Buna misal kimi Qazaxıstanın adını çəkmək olar. Rusiyanın ardınca, Qazaxıstan da buğda ixracına kvotalar tətbiq etməyə başladı. İlk kvotalar cari il aprelin 15-dən iyunun 15-nə qədər tətbiq edildi. Burada ixrac 1 milyon ton buğda və 300 min ton unun məhdudlaşdırılması ilə nəzərdə tutulub. Yeni kvotalar isə iyulun 8-dən sentyabrın 30-dək nəzərdə tutulub. Belə ki, burada da buğda ixracatı 550 min ton, un ixracatı isə 370 min ton nəzərdə tutulub. Beləliklə, ölkəyə buğda və unun ixracatı baha başa gəlir. Tələbi tam ödəmək üçün yaranan kəsiri isə yalnız bu məhsulları başqa ölkələrdən baha qiymətə idxal etməklə ortadan qaldırmaq olar. Bu da sözsüz ki, həmin məhsulların bahalaşması ilə nəticələnəcək. Ölkənin bu vəziyyətdən çıxış yolu təcili olaraq daxili istehsalı artırmaq və ərzaqlıq buğdanın əkin sahələrini genişləndirməkdir. Bu sahəyə dövlətin və özəl sektorun böyük investisiya yatırması artıq həyati vacib strateji məsələdir. Yaxın perspektivdə isə un və çörəyin bahalaşmasının digər sahələrə təsirlərinin minimuma endirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir. Digər tərəfdən, hər kəsə bəllidir ki, hökumət uzun illər bu sahəni dotasiya və subsidiya ilə qorumağa çalışıb. Çünki Azərbaycan əhalisi dünyada ən çox taxıl, un və un məhsulları istehlak edən xalqlardan sayılır. Ona görə də Azərbaycanda taxılın qiymətinin artımı bütün istehlakçılara təsir edə bilir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ