Bazar günü günü, 11 oktyabr 2026
     

Avropanın “yaşıl enerji”yə keçid planları alt-üst oldu, Azərbaycan qabağa düşdü

Image


Rusiya ilə Ukrayna arasında davam edən müharibə dünyada bir çox sahələrə, o cümlədən də iqtisadiyyata mənfi təsir edib. Amma proseslər göstərir ki, bu müharibənin əsas fəsadlarından biri də iqlimlə bağlıdır. İndi ekspertlər sözügedən savaşın iqlimə də mənfi təsiri barədə xəbərdarlıqlar edir və bu da səbəbsiz deyil.

Real vəziyyətin təhlili də göstərir ki, Rusiyanın Ukraynaya müdaxiləsi dünyanın iqtisadi mənzərəsinə və enerji təchizatına güclü təsir edib. Ukrayna böhranı və Rusiyaya qarşı bir sıra sərt iqtisadi, maliyyə və enerji sanksiyaları dünyanın enerji sistemini çətinə salıb. Bu hal xüsusən Avropada özünü qabarıq göstərir. Məsələn, Almaniyada təbii qaz qıtlığı elektrik enerjisi istehsalında problemlərə gətirib çıxarıb. Bu səbəbdən Almaniyada əvvəllər söndürülmüş, lakin gözləmə rejimində qalan ilk kömür elektrik stansiyaları qaz təchizatı çatışmazlığı fonunda yenidən işə başlayıb.Elektrik stansiyası Hannover yaxınlığında yerləşir və Çexiyanın EPH konserni tərəfindən idarə olunur. Federal hökumət “yaşıl enerji”yə keçidin bir hissəsi kimi əvvəllər bağlanmış kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini bərpa etməyə icazə verib. Bu, Almaniyanın kifayət qədər qaz almadığı şəraitdə daha çox elektrik enerjisi istehsal etmək üçün lazımdır. Amma bu stansiyaların ekologiyanı çirkləndirmə dərəcəsi isə çox yüksəkdir. Qaz böhranı Bundestaqda qaz və atom elektrik stansiyalarının bundan sonrakı istifadəsi barədə diskussiyaya səbəb olub. Sosial demokratlar mövcud atom elektrik stansiyalarını bağlamamağı, zərurət yaranarsa 2024-cü ilə qədər onlardan istifadə etməyi təklif ediblər. Daş kömür və mazutla işləyən elektrik stansiyaları üçün hazırda qüvvədə olan qərardan əlavə, qonur kömürlə işləyən, hazırda dayandırılmış elektrik stansiyalarının işinin oktyabrın əvvəlində bərpa edilməsi barədə qərar hazırlanır. Bu isə o deməkdir ki, Almaniya iqlimlə bağlı hədəfləri ilə vidalaşır. Belə stansiyalar Avropada iqlimin çirklənməsi prosesini də sürətləndirəcək. Almaniya ilə yanaşı, Avropanın bir çox ölkələri də eyni problemlə üz-üzədirlər. Rusiya ixracının əsasını təşkil edən və Avropanın imtina etdiyi böyük həcmdə dizel yanacağı və digər emal olunmuş məhsulları sürətlə Yaxın Şərqə yönləndirir. Ukraynada münaqişənin başladığı dövrdən Rusiya yanacağının Avropaya idxalı 30 % azalıb. Bu da o deməkdir ki, Avropa iqlimi çirkləndirən mənbələrdən daha çox istifadə etmək məcburiyyətində qalacaq. Hazırda dünyada Rusiyanın tədarükünü tam ödəyə biləcək başqa təbii qaz potensialı yoxdur. Amma bu həcmin müəyyən hissəsinin əvəzlənməsi üzərində də iş gedir. Məsələn, Avropa Komissiyası 18 iyul 2022-ci il Azərbaycanla təbii qaz idxalının 2027-ci ilə qədər ikiqat artırılması haqqında saziş imzalayıb. 15 il ərzində Azərbaycan təbii qazının idxalını ildə ən azı 20 milyard kubmetrə çatdırmağı nəzərdə tutan saziş Avropa İttifaqı ölkələrinin Rusiya enerjisindən asılılığını azaltmağa kömək edəcək.

Onu da qeyd edək ki, Avropadan fərqli olaraq, Azərbaycan “yaşıl enerji”yə uğurla keçid edir. Bəllidir ki, Qarabağ regionunun “yaşıl enerji” zonasına çevrilməsi prioritet istiqamət kimi müəyyən edilib. 2050-ci ilə qədər regionu tamamilə “yaşıl enerji” zonasına çevirmək, həmçinin karbon qazı emissiyasını 40% azaltmaq əsas hədəflər sırasındadır. Xəzər dənizi nəzərə alınmasa, Azərbaycanın bərpa olunan enerji potensialı 37 min meqavat təşkil edir ki, bunun da təxminən on mini ölkə ərazilərinin 2020-ci ildə Ermənistan işğalından azad edilməsindən sonra açılıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin alternativ enerji potensialına, demək olar ki, bütün növ bərpa olunan enerji mənbələri, o cümlədən su, Günəş, külək, geotermal enerji daxildir. Azərbaycan bərpa edilən enerji növlərindən ölkənin digər ərazilərində istifadə üçün fəal iş aparır. İqlim hədəflərinə nail olunması, ölkənin alternativ enerji resurslarından səmərəli istifadə, həmçinin enerji keçidinin təmin edilməsi məqsədilə Azərbaycan 2030-cu ilədək alternativ enerji istifadəsinin payını cari 17 faizdən 30 faizədək artırmağı hədəfləyir. Xatırladaq ki, ötən ay prezident İlham Əliyevin sərəncamı ilə ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafının dəqiq planını əks etdirən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilib. Strategiyanın “yaşıl enerji” ilə bağlı məqamları olduqca genişdir. Sənəd “yaşıl enerji” ilə bağlı kifayət qədər ambisiyalı planları nəzərdə tutur. Bu layihələrin həyata keçirilməsi həmin sahənin inkişafını tamamilə yeni səviyyəyə çıxaracaq. Belə ki, 2026-cı ilə qədər alternativ enerji infrastrukturu dövlət-özəl tərəfdaşlıq yolu ilə genişləndiriləcək. Bu enerji infrastrukturuna özəl sektorun cəlb edilməsinin təşviqi üçün tədbirlər görüləcək. Bərpa olunan enerji mənbələri üzrə fəaliyyət göstərən təsdiq edilmiş sayda elektrik stansiyalarının tikintisi və istismara verilməsi də təmin ediləcək. Beləliklə, ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının artırılması nəzərdə tutulur. Həmçinin, strategiyaya uyğun olaraq Azərbaycanda geotermal enerji və biokütlə enerjisindən istifadə üzrə pilot layihələr hazırlanacaq, bu sahədə pilot layihələr müəyyən ediləcək və illik müsbət dinamika təmin ediləcək. Bundan əlavə, dənizdə külək enerjisinin potensialının öyrənilməsi və ondan istifadə üçün hazırlıq tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ