Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Enerji bazarı uğrunda mübarizə dünya boyu elektrik qiymətlərini “kəllə-çarxa” çıxarır...

Image


Avropada "mavi yanacağın" qiymətləri uzun müddət yüksək səviyyədə qala bilər. Belə bir açıqlama ilə "Saxo Bank"ın xammal bazarı üzrə strategiyalar şöbəsinin müdiri Ole Hansen çıxış edib.

Onun sözlərinə görə, Avropa İttifaqında (Aİ) son həftələr qaz anbarlarının doldurulması yaxşı templərlə gedir və qış mülayim keçəcəyi təqdirdə, çox güman ki, mövcud qaz ehtiyatları istilik mövsümünün problemsiz keçməsinə imkan yaradacaq: "Bununla belə, adi qışdan daha soyuq bir hava şəraiti, alternativ enerji mənbələrindən elektrik enerjisi istehsalının aşağı olması yenə də çətin bir vəziyyət yarada bilər. Bunu nəzərə alsaq, qazın qiymətinin uzun müddət ərzində yüksək olması risqi qalır". Dünya Enerji Şurasının baş katibi Anjela Uilkinsonun da məsələyə münasibəti olduqca maraqlıdır: "Avropa və dünyadakı enerji böhranı geosiyasətlə deyil, tələbin gözlənilmədən bərpası ilə şərtlənir". Onun sözlərinə görə, vəziyyətə tələbin gözlənilmədən bərpa olunması və ölkələrin enerji bazarı uğrunda mübarizəsi təsir edib: “Bundan başqa, təbii qaz tədarükçüləri daha yüksək qiymətlərin olmasından dolayı Asiya bazarına yönəliblər”. Baş katib diqqətə çatdırıb ki, enerji böhranın inkişafında ekstremal hava şəraitinin də payı olub. Uilkinsona görə, hazırki vəziyyət keçmişdə olan enerji böhranlarına bənzəmir və yeni bir fenomendir. Bu yeni fenomen fonunda diqqət çəkən əsas məqamlardan biri elektrik enerjisininin sürətli qiymət artımıdır. Bu hal dünyanın əksər ölkələrində, xüsusən də Avropada özünü qabarıq büruzə verir. Belə ki, tələb-təklif tarazlığının pozulması səbəbindən təbii qaz və kömür qiymətlərinin rekord həddə çatması Avropanın aparıcı bazarlarında elektrik enerjisi qiymətlərinin artmasına şərait yaradıb. Yeni növ koronavirus epidemiyasından sonra Avropada enerji təchizatının tələbatı təmin edə bilməməsi, təbii qaz və kömürün rekord qiymətləri fonunda elektrik enerjisi bazarlarında sürətlə artan qiymətlər qitə ölkələri üçün problem yaratmaqda davam edir. Elektrik enerjisi istehsalının təxminən 20 faizini təbii qazdan təmin edən Avropada bəzi ölkələr təbii qaz qiymətlərinin rekord səviyyəyə yüksəlməsi səbəbindən yenidən kömürə keçməyə məcbur olub. Lakin ənənəvi enerji mənbələrindən elektrik enerjisi istehsalını məhdudlaşdırmaq üçün karbon emissiyası üzrə verginin dərəcələrinin bir ton üçün 65 avroya qədər artırılması elektrik enerjisi qiymətlərinin artımına səbəb olub. Belə ki, cari ilin yanvar-sentyabr aylarında İtaliyada 1 meqavat-saat elektrik enerjisinin bazar qiyməti 157 faiz artaraq 60 avrodan 154 avroya yüksəlib. Enerji böhranının ən böyük təsir göstərdiyi ölkələrdən Böyük Britaniyada isə yanvarda orta hesabla 90 avro olan 1 meqavat-saat elektrik enerjisinin bazar qiyməti 146 faiz artaraq sentyabr ayında 221 avroya çatıb. Eyni dövrdə Almaniyanın enerji bazarında 1  meqavat-saat elektrik enerjisinin orta qiyməti 148 faiz artımla 52 avrodan 129 avroya, İspaniyada 157 faiz artaraq 60 avrodan 154 avroya, Fransada 123 faiz artımla 60 avrodan 134 avroya yüksəlib. Beləliklə ilin 9 ayında Avropanın aparıcı enerji bazarlarında elektrik enerjisi qiymətlərində orta hesabla 150 faizlik artım müşahidə olunub. Bu hal bəzi Avropa ölkələrinin iqtisadi inkişafı üçün təhdidə çevrilib. Məsələn, koronavirus pandemiyası dövründə bir qədər dirçəlməyə başlamış İspaniya iqtisadiyyatının bərpası prosesi elektrik enerjisinin bahalaşması səbəbindən ləngiyə bilər.

Qeyd edək ki, İspaniyada elektrik enerjisinin qiyməti hələ yayda artmağa başlayıb və o vaxtdan azalmır. İberiya Enerji Bazarı Operatorunun (OMIE) məlumatına görə, iyun ayında 1 meqavat-saat elektrik enerjisinin orta qiyməti 83,30 avro olduğu halda, oktyabrın 7-də bu göstərici rekord qiymətə, yəni  288,53 avroya çatıb. Müqayisə üçün xatırladaq ki, bir il əvvəl müvafiq rəqəm 40 avrodan aşağı idi. Elektrik enerjisinin tarixdə görünməmiş dərəcədə bahalaşması sənaye müəssisələrinə ziyan vurur. Əslində, onların hesablarındakı vəsait pandemiya səbəbindən onsuz da kəskin azalmışdı. Bu durumda ispaniyada bir neçə zavod öz istehsal planlarında ixtisarlar aparmağı və ya istehsal xətlərini vaxtaşırı dayandırmağı qərara alıb. Elektrik enerjisinin qiymətinin görünməmiş dərəcədə artması ev təsərrüfatlarına da ziyan vurur. Hökumət əlavə dəyər vergisini azaltmaqla bu zərbəni zəiflətməyə çalışsa da ailələr bahalaşmanın mənfi nəticələrini hiss edir. Ekspertlər əmindir ki, hökumət fiziki şəxslər üçün elektrik enerjisinin qiymət artımını dayandıra bilməsə, vəziyyət xərclərin azalması, son illərdə misli görünməmiş inflyasiyanın artması, istehsal ehtiyatlarının bahalaşması ilə nəticələnəcək. Eyni vəziyyət bir çox digər Avropa ölkələrində də müşahidə edilir.

Belə vəziyyətdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sentyabr ayı üzrə açıqladığı Qlobal Ərzaq Qiymətləri İndeksində bildirilir ki, enerji qiymətlərinin artımı dünyada, o cümlədən Avropada ərzaq qiymətlərini də yüksəldir. Qlobal Ərzaq Qiymətləri İndeksinə görə, ötən ay qida qiymətləri ortalama 130 bənd təşkil edib ki, bu da 2011-ci ilin sentyabrından ən yüksək göstəricidir. Avqustda isə bu göstərici 128,5 bənd təşkil edib. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı hesab edir ki, bu ilin sentyabrında qlobal əraq qiymətləri illik 33%, aylıq isə 3% yüksəlib. Ekspertlər qlobal ərzaq qiymətlərində olan artımın səbəblərini müxtəlif məsələlərlə əlaqələndirir. Bunlar, əsasən yanacaq qiymətlərinin yüksəlməsi, pis ekoloji şərait və koronavirus pandemiyasıdır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına dair monitorinqlərə başlandı

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ