çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Pakistan və Hindistan şirkətləri Azərbaycana axışır…

Image


Aparılan hesablamalar göstərir ki, 2021-ci il sentyabrın 1-nə qədər Azərbaycanda ümumilikdə 16 min 382 xarici investisiyalı şirkət yaradılıb. Dövlət Vergi Xidmətindən bildirilib ki, bunlardan 10 min 982-nin fəaliyyəti aktivdir, 4525-nin fəaliyyəti dayandırılıb, 875-i isə ləğv edilib.

Avqust ayında dövlət qeydiyyatına alınmış xarici investisiyalı kommersiya hüquqi şəxslərin 35,8 faizi Türkiyə, 11,6 faizi Gürcüstan, 10,5 faizi İran, 9,5 faizi Rusiya, 5,3 faizi Pakistan və 4,2 faizi Hindistan investisiyalı hüquqi şəxslərdir. Ümumiyyətlə, son dövrlərdə Pakistan və Hindistan şirkətlərinin Azərbaycanda aktivləşməsi müşahidə olunur. Onların sayı digərləri ilə müqayisədə daha sürətlə artır.

Azərbaycan üçün hər iki ölkə ilə iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi xüsusi diqqət mərkəzində yer alır. Məlumdur ki, Azərbaycanla Pakistan arasında siyasi səviyyədə mükəmməl əlaqələr qurulub. Lakin ticarət və iqtisadi əlaqələr mövcud olan siyasi əlaqələrlə uyğun gəlmir. Bu səbəbdən hər iki ölkənin iqtisadiyyatı üçün yüksək faydalı nəticələr verəcək ticarət əlaqələrinin inkişafına ciddi ehtiyac var. O da sirr deyil ki, əczaçılıq, kosmetika, cərrahi alətlər, idman malları, elektrik cihazları, tekstil, dəri məhsulları, mebel, qida və meyvə məhsulları, mühəndislik və istehlak malları, düyü də daxil olmaqla bir çox keyfiyyətli Pakistan məhsulları geniş əhatəyə malikdir. Azərbaycan bu məhsulların Pakistandan idxalına maraq göstərə bilər. Pakistan isə enerji təhlükəsizliyi və bir çox sənaye məhsullarına tələbini Azərbaycan hesabına ödəyə bilər. Xatırladaq ki, hələ 2019-cu ildə Pakistana 100 milyon dollar məbləğində Azərbaycan neftinin tədarükünə dair saziş imzalanıb. Qeyd edək ki, Pakistanda enerji ehtiyatlarının ciddi qıtlığı var və İslamabad digər ölkələrdən neft alır. İndi bu sıraya Azərbaycan da daxildir. Neft alışı ilə bağlı proses hələ 2017-ci ilin fevral ayında Prezident İlham Əliyevin Pakistana səfəri zamanı başlayıb. Qarşıdakı dövrdə isə Azərbaycan tərəfindən Pakistanın enerji sektoruna sərmayələrin yatırılması gözlənir. Pakistan bununla Yaxın Şərq ölkələrindən ifrat enerji asılılığını azaltmağı hədəfləyir. Ölkə Mərkəzi Asiya dövlətlərindən neft və qaz idxalına başlamağa hazırdır. Bunun üçün Mərkəzi Asiya dövlətlərindən neft və qaz Azərbaycan üzərindən keçməklə Pakistana çatdırıla bilər. Indilikdə Azərbaycan Pakistana xam neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz ixrac etmək üçün bütün imkanlara malikdir və qeyd edilən istiqamətdə artıq müəyyən addımlar da atılıb. SOCAR Pakistanda maye qaz və mayeləşdirilmiş neft qazı terminalının tikilməsində maraqlıdır. Həmçinin SOCAR-la neft-qaz anbarları üzrə birgə müəssisənin yaradılması nəzərdən keçirilir. Pakistan və Azərbaycan arasında neft və qaz hasilatı üzrə sınaqların keçirilməsi üçün laboratoriyanın yaradılması və birgə araşdırmalar aparılması barədə də razılığa gəlinib. Bunlar fonunda qarşıdakı dövr ərzində Azərbaycandan Pakistana neft və neft məhsullarının göndərilməsi istiqamətində əməli addımlar atılması gözlənir. Tərəflər digər istiqamətlərdə də əməkdaşlıq etməyi düşünür. Məsələn, tekstil, kimya və digər məhsulları Pakistan Azərbaycanda istehsal etmək istəyində olduğunu bildirir. Pakistan iqtisadiyyatının ixracında 60%-lik payı məhz tekstil sahəsi tutur. Ölkə bu sahədə təcrübəsini Azərbaycanla da bölüşmək niyyətindədir. Bütün bunlar isə qarışdakı dövr ərzində Azərbaycan və Pakistana kifayət qədər böyük üstünlüklər və daha dərin əməkdaşlıq vəd edir.

Hindistan üçün də Azərbaycan cəlbedici ölkədir. Hindistan şirkətləri indi Azərbaycana daha çox maraq göstərməyə başlayıb. Azərbaycan Hindistanın ixracında ilk onluğa daxildir. Bu ölkənin ixracının 5%-i Azərbaycanın payına düşür. Əczaçılıq, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. O da məlumdur ki, Azərbaycanın coğrafi mövqeyi və burada qurduğu nəqliyyat infrastukturu bu gün həm Qərbdə, həm də Asiyada xüsusi diqqətlə izlənir. Belə görünür ki, bu prosesdə indi dünyanın iqtisadi güc mərkəzləri ölkəmizlə işbirlyini genişləndirməyi düşünür. Söhbət burada həm də  Hindistandan gedir. Ekspertlər hesab edir ki, atılan addımlar və görülən genişmiqyaslı işlər sayəsində yaxın tezlikdə Azərbaycan dünya üçün daha mühüm nəqliyyat qovşağına çevrilməklə yanaşı, həm də beynəlxalq yükdaşımalardan külli miqdarda gəlir əldə edəcək. Bütün bunlar təsadüfi sayılmır. İlk növbədə o baxımdan ki, Bakı-Tiflis-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikilib istifadəyə verilməsi və azad iqtisadi zonanın yaradılması Azərbaycanı Mərkəzi Asiyanı Qərblə, o cümlədən Avropa İttifaqı ilə, Cənubi Asiyanı, ilk növbədə də İran və Hindistanı Şimalla birləşdirən nəqliyyat qovşağına çevirib. Bu fonda xüsusi diqqət cəlb edən məqamlar isə “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləridir. Hazırda “Şimal-Cənub” dəhlizinin tam işə düşməsi, demək olar, bütün Avrasiya məkanında böyük səbrsizliklə gözlənilir. “Şimal-Cənub” dəhlizinin tam işə düşməsi üçün Rəşt-Astara dəmir yolunun tikintisinin tam yekunlaşması zərurətdir. Hazırda yolun tikintisi sürətlə həyata keçirilir və bundan sonra Hindistan yüklərinin Azərbaycan üzərindən şimala daşınmasına başlanacaq. Onu da bildirək ki, "Şimal-Cənub" dəhlizi Hindistan və Cənubi-Şərqi Asiya ölkələrindən gələn yüklərin İranın Bəndər-Abbas limanından Azərbaycan üzərindən daşınmasını təmin edəcək. Bu marşrut üzrə ildə 10-15 milyon ton yük daşınması planlaşdırılır və Azərbaycan tranzitdən çox böyük gəlir əldə edə bilər. Bu dəhlizlə Cənub-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 kilometr daha az məsafə qət ediləcək. Eyni zamanda, daşıma müddəti 20 gün azalacaq. Belə ki, “Şimal-Cənub” dəhlizi Hindistan-İran–Azərbaycan–Rusiya–Skandinaviya və Şimalı Avropa marşrutu üzrə fəaliyyət göstərir. Qeyd edək ki, Hindistanla yanaşı, Sinqapur və Malayziya da “Şimal-Cənub” dəhlizinə maraq göstərir. Bu ölkələrin böyüyən iqtisadiyyatı və Avropa dövlətləri ilə ticarət əlaqələrinin genişlənməsi nəqliyyat probleminin həllini tələb edir. Belə vəziyyətdə "Şimal-Cənub" həmin ölkələr üçün alternativsiz seçim sayılır.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ