çərşənbə günü, 14 oktyabr 2026
     

Tikinti sektorunda qiymətlərlə bağlı maraqlı proses başladı – bazar özünün “təbii vəziyyətinə” qayıdır...

Image


Ölkə iqtisadiyyatında tikinti sektoru daim ən mühüm sahələrdən biri kimi çıxış edib. Bu sahə hələ də qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olaraq qalmaqdadır. O da məlumdur ki, Azərbaycanda tikinti sektoru investisiyaların daha çox yatırılması baxımından neft səhəsindən sonra ikinci sırada gəlir.

Ekspertlər qeyd edir ki, koronavirus pandemiyası bu sahəyə o qədər də mənfi təsir etməyib. Bu fonda hesab edilir ki, istər pandemiya, istərsə də postpandemiya dövründə tikinti sektoru həm məşğulluğun təmin edilməsi, həm də iqtisadi dəyərin formalaşdırılması baxımından prioritet sahələrdən biri olaraq qalacaq. Bundan başqa o da faktdır ki, ölkədə həyata keçirilən islahatlar tikinti sektoruna daha çox sərmayə cəlbinə imkan yaratmaqla yanaşı, bu sahədə çalışanların sayını artırır. Məsələnin bu tərəfinə nəzər salan Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edir ki, Azərbaycan iqtisadiyyatında yaranan hər 100 manatın 7 manatdan çoxunu məhz tikinti sektoru formalaşdırır: ”2019-cu ildə ölkədə ümumi daxili məhsul əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 81 milyard 681 milyon manata çatdı. Ümumi Daxili Məhsulun 7.3 faizi tikinti sektorunun payına düşüb. Bu isə o deməkdir ki, ötən il tikinti sektorunda 6 milyard manata yaxın dəyər formalaşıb. Rəqəmlərdən də göründüyü kimi, tikinti sektoru iqtisadi inkişafda və xüsusən də iqtisadiyyatın dayanıqlığının güclənməsində xüsusi paya malikdir. Digər tərəfdən, pandemiya dövründə şəhərsalma, memarlıq və tikinti sektorunun inkişafı üçün də önəmli addımlar atılıb. Ötən il tikinti sahəsinə yatırılan 5 milyard 672 milyon manat xarici investisiya ilə müqayisədə daxili resurslar hesabına 12 milyard 867 milyon manat investisiya qoyuluşu həyata keçirilib. Göründüyü kimi, rəqəmlər bir tərəfdən sektorun sərmayə cəlbi baxımından cəlbedici olduğunu, digər tərəfdən isə yerli maliyyə mənbələrinin səmərəli mobilizasiya olunduğunu göstərir”. Millət vəkili bildirib ki, bu ilin avqust ayının 1-nə olan məlumata görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 min nəfər və ya 4,2 faiz artaraq 1 milyon 681 min nəfər olub. Həmçinin, sözügedən sahə həm məşğulluğun təmin edilməsi, həm də bütövlükdə sosial təminatın gücləndirilməsi baxımından vacib sektordur. V.Bayramovun sözlərinə görə, təqdirəlayiq haldır ki, qlobal pandemiya ilə əlaqədar yaranmış iqtisadi problemlər fonunda tikinti sektoru inkişaf tempini qoruyub saxlaya bilib: “Qeyd etmək lazımdır ki, tikinti sektoru pandemiya dövründə fəaliyyətini məhdudlaşdırmayan sahələrə aid edildi. Bu da postpandemiya dövründə Azərbaycanda inşaat sektorunun öz aktuallığını qoruyub saxlayaraq iqtisadi aktivliyin daha qısa zamanda bərpa edilməsinə töhfə verəcək. Həmçinin, məşğulluğun təmin edilməsi baxımından prioritet sahə sayıldığı üçün postpandemiya dövründə yeni iş yerlərinin yaradılması, eyni zamanda əlavə dəyərin formalaşmasında məxsusi çəkiyə malik olacaq. Xüsusən nəzərə alsaq ki, pandemiyadan sonrakı mərhələdə həm də əmlak bazarında canlanmanın artacağı gözlənilir, bu, tikinti sektorunun əhəmiyyətini artırmaqla yanaşı, sosial təminat, dayanıqlı iqtisadiyyat, o cümlədən inklüziv inkişaf kimi hədəflərə çatmaqda yardımcı olacaq. Bununla yanaşı, tikinti sahəsinin inkişafının dəstəklənməsi və stimullaşdırılması üçün atılan addımlar dayanıqlı iqtisadi inkişafın qorunub saxlanmasına imkan verəcək”.

Amma o da etiraf edilməlidir ki, pandemiya bu sahədə tələbin azalmasına səbəb olub. Xüsusən də bölgələrdə daşınmaz əmlakın qiymətində enmə müşahidə olunur. Rieltorlar Assosiasiyası İctimai Birliyinin rəhbəri Elnur Fərzəliyev bildirir ki, karantin icarə qiymətlərinə də ciddi təsir edib: “!Karantin dövründə bəzi ərazilərdə kafe-restoranların fəaliyyətinin dayandırılması bəzi obyekt əmlakların da satış qiymətinə təsir edib. Satışda olan müəyyən obyektlər var ki, ötənilki qiymətlə müqayisədə cari ildə daha sərfəli qiymətə təklif olunur. Həmin obyektlərin fəaliyyət göstərdikləri müddətdə icarəsi 5 min manat idi. Hazırda isə onlar 1500 manata da icarəyə verilir”. Ekspertin dediyinə görə, gündəlik kirayəyə verilən evlərin də qiymətlərində öncəki illə müqayisədə çox böyük fərqlər nəzərə çarpır: "Ev sahibləri, bu evlər boş qalmasın deyə, minimum da olsa ödəniş olunmasını istəyirlər. Bu səbəbdən deyə bilərəm ki, artıq regionlardakı obyektlər, evlər satış qiymətində çox dəyər itirib. Gediş-gəlişin bağlanması onların satış qiymətlərinə çox böyük təsir etdi. Hətta bu cür əmlakların bəzilərində satış qiymətlərində yarıyadək enmə müşahidə olundu". V.Bayramov deyir ki, koronavirusda növbəti dalğa gələrsə, qiymətlərdə yenidən enmələr müşahidə olunacaq: "Əvvəllər tələbat çox idi, torpaq sahələri çox satılırdı. İndi isə qiymətlərdə enmələr var. Bundan başqa, bu gün bir çox ölkələrdə COVID-19-un ikinci dalğası müşahidə edilir. Azərbaycanda da bu dalğa təkrarlansa, bu zaman həmin obyektlərdən gəlir əldə olunmayacaq". Hesablamalara görə, regionlarda əmlak bazarında 30 faizədək ucuzlaşma var.

İqtisadçı Əkrəm Həsənov isə “sputnik” portalına bildirib ki, bu gün nəinki bölgələrdə, eləcə də Bakıda qiymətlər aşağı düşüb: "Sadəcə olaraq, pandemiya dövründə Bakıda süni yollarla qiymətlərin saxlanmasına nail olunub. Bu ilin aprelində pandemiyanın təsirlərindən biri kimi İpoteka Fonduna əlavə olaraq 90 milyon manat ayrıldı. Sual oluna bilər ki, ipoteka kreditlərinin pandemiya ilə nə əlaqəsi var?! Sadəcə olaraq, bununla da daşınmaz əmlak bazarında qiymətin tam düşməməsinə nail olundu".

Regionlara gəlinvə, Əkrən Həsənov hesab edir ki, orada qiymətlərin enməsi təbiidir. Çünki son 15 ildə Azərbaycanda qiymətlər süni şəkildə artırılıb: "Ölkədə pul çox idi və buna görə də qiymətlər artmışdı. Bu səbəbdən mən əslində mövcud vəziyyəti qiymətin düşməsi kimi deyil, bazarın öz təbii vəziyyətinə qayıtması kimi qiymətləndirirəm. Azərbaycanda daşınmaz əmlakın qiyməti niyə yüksək olmalıdır?! Az qala bu qiymətlər Qərbi və Şərqi Avropa ölkələrindəki kimidir. Düşünürəm ki, bu gedişlə regionlarda, o cümlədən Bakıda da qiymətlər düşməkdə davam edəcək. Bu gün banklar daşınmaz əmlakı girov götürəndə də onu çox aşağı qiymətləndirirlər. Bu da onunla izah olunur ki, bu gün banklar qiymətlərin daha da düşəcəyindən xəbərdardır”. Hesab edilir ki, ən azından cari ilin sonuna kimi daşınmaz əmlakın qiyməti aşağı düşməkdə davam edəcək.

Samirə SƏFƏROVA

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ