Cümə axşamı günü, 15 oktyabr 2026
     

Dövlət dəstəyinə baxmayaraq, banklar hələ də bahalı kredit siyasətindən əl çəkmək istəmir...

Image


Pandemiya dönəmində iqtisadi müstəvidə yaranan çətinlikləri aradan qaldırmaq məqsədilə hökumət tərəfindən müxtəlif səpkidə addımlar atılır. Bu xüsusda diqqət mərkəzində yer alan məqamlardan biri də inflyasiyanın aşağı həddə saxlanması, qiymət artımının alıcıların maddi durumuna təsirinin minimallaşdırılmasıdır. Bunun üçün uçot dərəcəsi kimi vasitədən də geniş istifadə olunur.

Yeri gəlmişkən qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7%-dən 6,75%-ə endirilməsi barədə qərar qəbul edib. Qurumun sədri Elman Rüstəmovun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 7,25%, aşağı həddi isə 6,25% müəyyən olunub. Uçot dərəcəsinin endirilməsi barədə qərar iyulun 30-da qüvvəyə minir. Mərkəzi Bankın rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə sentyabrın 18-də baxacaq. Dünyada mövcud pandemiya və onun iqtisadiyyatı təsiri fonunda uçot dərəcəsinin endirilməsi olduqca vacib sayılır. Hesab edilir ki, indiki halda bu qərar inflyasiyanın azalması və valyuta bazarında stabilliyin davam etməsi üçün də olduqca önəmlidir. Məsələ burasındadır ki, pandemiyanın yaratdığı böhranla bağlı olaraq ölkədə pul bazası genişlənir. 3,5 milyard manatlıq anti-böhran tədbirlərinin həyata keçirilməsinə başlanması pul bazasının genişlənməsinə zəmin yaradıb. Bu halda uçot dərəcəsinin aşağı salınması və pul bazasının genişlənməsi manatın real effektiv məzənnəsinə azaldıcı təsir göstərir. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, nisbi məhsuldarlığın 1% artımı milli valyutanın real məzənnəsini 0,2% bahalaşdırır. Azərbaycanda məhsuldarlığın azalması bu anlamda real effektiv məzənnəyə ucuzlaşdırıcı təsir göstərə bilər. Bundan isə uduzan sadə istehlakçıdır. Digər tərəfdən, uçot dərəcəsi ətrafında baş verənlər manatın sabitliyi üçün də mühüm əhəmiyyət kəsb edir. İqtisadiyyatın məhsuldarlığının artırılması isə indi manatın sabitliyindən də çox asılıdır. Bundan başqa, Mərkəzi Bank uçot dərəcəsi vasitəsilə kredit faizlərinə təsir etməyə çalışır. Lakin qeyd etmək lazımdır ki, bankların cəlb etdiyi vəsaitlərin həcmində mərkəzləşmiş kredit resurslarının payı azdır. Hətta son dövrlər banklar mərkəzləşmiş kredit resursları cəlb etmir. Bu baxımdan uçot dərəcəsindəki azalma kredit faizlərinə təsir göstərməyəcək. Bu səbəbdən indi də depozit və kredit faizləri arasında kəskin fərq var.

​Kredit faizlərinin aşağı salınması, eləcə də depozit və kredit faizləri arasında əlaqənin formalaşması üçün Mərkəzi Bank tərəfindən digər sistemli addımların atılmasına ehtiyac var. Şübhəsiz ki, bu zaman kreditlərin ucuzlaşması üçün mərkəzləşdirilmiş kredit resurslarının miqdarı da artmalıdır. Amma hazırda mərkəzləşdirilmiş kredit resursları bankların cəlb etdiyi bütün mövcud vəsaitlərin cəmi 5 faizini təşkil etdiyindən, uçot dərəcəsinin aşağı salınması nəinki ciddi, hətta hissedilən faiz endirimlərinə və ya bankların ucuz vəsaitlərlə təmin edilməsinə gətirmir. O da faktdır ki, mərkəzləşdirilmiş kreditlərdən heç də bütün bankların istifadə imkanları olmadığından, bu qərar bütün bank sektorunu əhatə edə bilmir. Azərbaycanın əksər aparıcı banklarında mərkəzləşdirilmiş kreditlərin payı ya cüzidir, ya ümumiyyətlə yoxdur. İndilikdə uçot dərəcəsinin aşağı salınmasından yalnız mərkəzləşdirilmiş kreditlərə çıxış imkanları olan az sayda banklar yararlana bilər. Bu səbəbdən, uçot dərəcəsi aşağı salınsa da kreditlər ucuzlaşmır. Amma inflyasiya baxımından bu məsələdə atılan addımlar öz sözünü deyir. Ekspertlər də bildirir ki, uçot dərəcəsi, bir qayda olaraq, inflyasiya səviyyəsinə uyğun olaraq tənzimlənir. İnflyasiya səviyyəsi yüksək olarsa, onu aşağı endirmək üçün müxtəlif alətlərdən istifadə edirlər ki, onlardan biri də uçot dərəcəsinin dəyişdirilməsidir. Amma qeyd olunduğu kimi, uçot dərəcələrinin aşağı salınması nəzəri cəhətdən kreditlərin ucuzlaşmasına gətirib çıxarmalıdır. Lakin Azərbaycanda bu baş vermir. Uçot dərəcəsi qaldırılanda və ya aşağı endiriləndə kredit faizlərində hər hansı dəyişiklik olmur. Bu da iqtisadiyyatın ucuz kredit tələbinin ödənilməsində ciddi maneələrdən sayılır. Ekspertlər qeyd edir ki, əslində kredit faizlərinin aşağı düşməsi üçün bütün amillər var. Əvvəla, yuxarıda qeyd olunduğu kimi, Azərbaycanın iqtisadi inkişaf sürəti və nailiyyətlər buna imkan verir. Digər tərəfdən, problemli kreditlərin həlli ilə bağlı dövlət tərəfindən atılan addımlar banklara böyük dəstək olub. Eyni zamanda, milli valyutanın mübadilə məzənnəsi uzun müddətdir sabitdir və belə görünür, hökumət bu sabitliyi yaxın dövrdə də qorumağa çalışacaq. Rəsmi inflyasiya səviyyəsi də, yuxarıda qeyd olunduğu kimi, aşağı həddədir. Mərkəzi Bankın yumşaq pul-kredit siyasəti, yəni uçot dərəcələrinin aşağı salınması, ehtiyat normalarının minimum səviyyədə olması kimi amillər də kreditlərin aşağı faizlə verilməsini stimullaşdıran faktorlar sırasında yer alır. Üstəlik, bankların cəlb etdiyi resursların ucuz olması da burada mühüm rol oynayır. Amma bunlara rəğmən, kreditlərin istənilən həddə ucuzlaşması baş vermir. Bunun bir səbəbi də bankların bahalı kredit siyasətidir. Bu səbəbdən hesab edilir ki, mərkəzləşdirilmiş kreditlərin payını artırmaqla yanaşı, kreditlərin ucuzlaşması üçün digər inzibati addımlar da atılmalıdır.

Ramil QULİYEV

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ