çərşənbə axşamı günü, 18 avqust 2026
     

Süveyş kanalından daşınan yüklərin çox hissəsi bundan sonra Azərbaycandan keçəcək

Image


Qarşıdakı dövr ərzində Azərbaycanın İran, Hindistan, bir çox Fars körfəzi ölkələri üçün strateji əhəmiyyətinin daha da artması gözlənir. Bunun ümdə səbəblərindən biri qeyd olunan ölkələrdən ixrac edilən məhsulların əsasən Azərbaycan üzərindən dünya bazarlarına çıxarılmasıdır. Xüsusən də qonşu İran bu sahədə Azərbaycanla əməkdaşlığını daha da dərinləşdirməkdədir.  

İranın “Araz” Sərbəst Sənaye və Ticarət Zonasının baş direktoru Möhsün Nərmani bildirir ki, zonadan ixrac həcmi bu ilin ilk yarısında ötən ilin analoji dövrü ilə müqayisədə 100 faiz çoxdur. O qeyd edir ki, ticarət zonasında istehsal olunan məhsullar əsasən Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan və digər ölkələrə ixrac edilib. Rusiya, Gürcüstan və digər MBD ölkələrinə edilən ixrac Azərbaycan üzərindən tranzit olaraq həyata keçirilib. İrandan ixrac olunan yüklər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə daşınıb. Dəhlizə daxil olan dəmir və avtomobil yollarının Azərbaycandan keçməsi ölkə büdcəsinə daxil olan gömrük rüsumlarının və tranzit ödəmələrinin artmasına səbəb olub.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu günlərdə Əfqanıstan və Türkmənistan prezidentləri ilə videokonfrans vasitəsilə keçirdiyi görüşdə tranzit daşımalara toxunaraq bildirib:“Azərbaycan, eyni zamanda, “Şimal-Cənub” nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Dəhlizin Azərbaycan seqmentində bütün işlər başa çatdırılıb. Bu dəhliz vasitəsilə keçən il 2,1 milyon ton, bu ilin ilk dörd ayı ərzində isə 800 min ton yük daşınıb”. Dövlət başçısının səsləndirdiyi fikirdə göstərilən sadəcə rəqəmlər deyil. Bu rəqəmlərin arxasında, yuxarıda qeyd olunduğu kimi, Azərbaycanın büdcə gəlirlərinin artması dayanır. M.Nərmaninin dediyi kimi, İrandan Rusiya və digər MDB dövlətlərinə ixrac olunan məhsullar Azərbaycanla İranın dəmir yolları sistemlərinin birləşməsi nəticəsində həyata keçirilir. Qeyd edək ki, İranın “Araz” Sərbəst Sənaye və Ticarət Zonası Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşir və 56 min hektar ərazini əhatə edir. Burada Türkiyə, Almaniya, İtaliya, Azərbaycan və Ukraynadan olan şirkətlər fəaliyyət göstərir. İran dövlətinin investisiya cəlb etmək üçün vergi və qeydiyyat sistemini sadələşdirməsi biznesin inkişafına böyük təkan verib. Bu səbəbdən də burada istehsal və ixrac əməliyyatları ildən-ilə artmaqdadır. İranda Maku, Çabahar, Mazandaran, Ənzəli kimi digər böyük sərbəst ticarət zonaları da var. Burada fəaliyyət göstərən iri şirkətlər üçün əlverişli şərait yaradılıb ki, istehsal prosesi artsın. Əlbəttə ki, istehsal olunan mallar dünya bazarına çıxmalı və nəqliyyat vasitələrilə daşınmalıdır. Azərbaycan yüklərin təhlükəsiz və vaxtında çatdırılması üçün böyük infrastruktur layihələri həyata keçirib.

İran prezidenti Həsən Ruhani də Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bu məsələyə, xüsusən də Çabahar limanından yükdaşımalara toxunub. Qeyd edib ki, Çabahar limanının yenidən qurulması üçün cəlb olunan sərmayənin nəticəsində limanın yükaşırma imkanı 2,5 milyondan 8,5 milyon tona yüksəlib.  O bildirib ki, Hind okeanı sahilində yerləşən Çabahar şəhərindən İranın mərkəzi vilayətlərinə dəmir yolunun çəkilişi “Şimal-Cənub” dəhlizinə böyük töhfə olacaq. Bu yol Hind okeanı ilə Qafqaz və Orta Asiya ölkələrini, Rusiyanı, Çini və Avropa qitəsini birləşdirəcək. İran Prezidenti “Şimal-Cənub”u  ümummilli layihə adlandırıb və beynəlxalq əhəmiyyətini qeyd edib. Nəzərə çatdırıb ki, bu layihə ölkəsinin qonşu dövlətlərlə iqtisadi əlaqələrini daha da inkişaf etdirəcək:“Azərbaycanın da “Şimal-Cənub” dəhlizinin formalaşmasında iştirakını nəzərə alaraq deyə bilərik ki, Çabahardan İranın mərkəzi vilayətlərinə çəkiləcək dəmir yolu yaxın gələcəkdə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yoluna birləşəcək. Cənub Şərqi Asiya ölkələrindən Rusiya və Avropaya daşınan yüklər İranın Çabahar limanına daxil olacaq ki, buradan da Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Azərbaycan ərazisindən tranzit olaraq daşınacaq”.

Həsən Ruhaninin sözlərinə görə, limanın yükaşırma imkanının 2,5 milyondan 8,5 milyona yüksəldilməsi heç də təsadüfi xarakter daşımır. Eləcə də Hindistan və Çinin bu limana maraq göstərməsi və 200 milyon dollar həcmində Çabahara sərmayə yatırmaları da təsadüfi deyil. Hindistanın Mumbay limanı Cənub Şərqi Asiyada ən böyük beynəlxalq limandır. Regionun bütün ölkələri Avropa ilə ticarət əlaqələrini bu liman vasitəsilə həyata keçirir. Yüklər Mumbay limanına cəmləşərək gəmilərlə Çabahara, buradan da  Qəzvin-Rəşt-Astara dəmir yolu ilə Rusiya və Avropaya daşınacaq. Buna görə də Hindistan Çabahara sərmayə yatırmaqla yük aşırımını yüksəldib ki, məsafəni və daşıma xərclərini azaltsın. Məsafənin və daşıma xərcinin azalması isə digər dövlətlərin yükləri Avropaya məhz Çabahardan göndərməsi marağını artırır. Beləliklə, İranın Çabahar limanından Rusiya və Avropaya nə qədər çox yük daşınarsa, Azərbaycana da bir o qədər çox tranzit gəlir daxil olar. Beləliklə, Mumbay, Sankt-Peterburq və Hamburq arasındakı ticarət əlaqələri İranın Çabahar limanı vasitəsilə inkişaf edəcək. Cənub-Şərqi Asiya ölkələrindən Avropaya və əks istiqamətə göndərilən yüklər İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə daşınacaq. Çabahar Azad İqtisadi Zonasının direktoru Əbdülrəhim Kürdü qeyd edib ki, yaxın illər ərzində liman Süveyş kanalını əvəz edəcək. Asiyadan Avropaya və əks istiqamətə yüklər Süveyş kanalından keçməklə 38 gün ərzində mənzil başına çatdırılırsa, Çabahar limanı vasitəsilə daşındıqda 15 gün ərzində çatdırılacaq.

“Times of India” qəzeti yazır ki, Hindistanın böyük ixrac potensialı var və inkişaf edən iqtisadiyyat üçün nəqliyyat probleminin həlli vacibdir. İqtisadi inkişafda idxal-ixrac əməliyyatlarının tez və təhlükəsiz həyata keçirilməsi əsas amillərdən biridir. Süveyş kanalı vasitəsilə Avropa ilə nəqliyyat əlaqəsi yaratmaq olduqca baha başa gəlməklə yanaşı, həm də çox vaxt aparır. Mütəxəssislərin hesablamalarına görə, Hindistan “Şimal-Cənub” dəhlizi ilə Avropaya yük göndərsə, yükün hər tonunda 1200 dollar vəsaitə qənaət etmiş olacaq. İl ərzində həyata keçirilən idxal-ixrac əməliyyatları zamanı isə göndərilən və qəbul edilən yükün həcmi milyon tondan çox olacaq. Vaxt amili isə onunla sərfəlidir ki, büdcəyə gələn gəlir vaxtında daxil olacaq. Bütün bu proseslərin Azərbaycan üçün mahiyyəti heç də qatar, gəmi və yük avtomobillərinin ölkəmizin ərazisindən keçməklə ödədiyi tranzit xərci və gömrük rüsumlarından ibarət deyil. Əlbəttə ki, bunlar büdcəmizə valyuta gətirəcək. Lakin logistika elə bir sahədir ki, bunun inkişafı həm də siyasi zəmanət qazandırır. Görünür, elə bu səbəbdən proseslərin gedişindən Ermənistan narahat olur. Çünki bütün layihələrdən bu ölkə yenə Azərbaycan sayəsində kənarda qalır.

Nahid SALAYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

17.08.2026 / 14:01
Ukrayna səfiri Prezident İlham Əliyevə təşəkkür etdi

17.08.2026 / 14:00
Gürcüstandan Azərbaycana və Ermənistana avtomagistral çəkilişi niyə ləngidildi?..

17.08.2026 / 13:48
Rusiya Türkiyənin Qara dənizdə atəşkəs təklifini qəbul etmədi...

17.08.2026 / 12:56
İlk dəfə açıqlandı - ABŞ İrana Vyetnam müharibəsindəkindən daha çox bomba atıb…

17.08.2026 / 12:36
Ərdoğan İsraillə mümkün müharibədən danışdı – “Türkiyə bundan çəkinməyəcək”…

17.08.2026 / 12:21
İran müharibəsi İraqı pulsuz qoydu - neft gəlirləri bir gecədə 6,8 milyarddan 2 milyard dollara düşdü…

17.08.2026 / 12:15
Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi

17.08.2026 / 12:12
Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi

17.08.2026 / 12:10
Dövlət Sərhəd Xidmətinin bir sıra hərbçisinə ali hərbi rütbələr verildi - SƏRƏNCAM

17.08.2026 / 11:46
Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

17.08.2026 / 11:44
Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 / 11:32
Avqustun 28-də bu ilin ikinci Ay tutulması olacaq

17.08.2026 / 11:15
Prezident İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik etdi

17.08.2026 / 10:58
Salyanda 16 yaşlı qızın toyu polisin müdaxiləsindən sonra təxirə salındı

17.08.2026 / 10:46
Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü...

17.08.2026 / 10:22
Qarğıdalı sahəsini narkoplantasiyaya çevirən şəxs yaxalandı - Balakəndə əməliyyat...

17.08.2026 / 10:07
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlandı

17.08.2026 / 09:50
Tramp Pentaqona gözlənilməz əmr verdi - Cənubi Koreya şokda...

17.08.2026 / 09:27
ABŞ-ın SEPAH rəhbəri ilə GİZLİ TƏMAS qurduğu ortaya çıxdı - Tramp iranlı generaldan istədiyi sözü aldı…

17.08.2026 / 09:07
Cared Kuşner Misirdə HƏMAS liderləri ilə görüşdü

17.08.2026 / 08:49
Şuşa və Xocavəndə köç karvanları yola salındı

17.08.2026 / 07:30
Netanyahunun seçki təbliğatında sürpriz isimlər qalmaqal yaratdı

16.08.2026 / 19:10
İran ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ