Bazar günü günü, 08 noyabr 2026
     

12 kilodan çox medalı olan, 40 dəfədən çox Avropa və Dünya çempionu – “29 kvadratlıq ikiotaqlı evdə yaşayıram...” - MÜSAHİBƏ

Image


“Təəssüf ki, ölkəmizə gətirdiyim idman növlərini bu gün öz adına çıxanlar var” 
”Azərbaycan idmançıları döyüş növlərində güclüdür, kollektiv növlərdə isə zəifdir”

 

Müasir Azərbaycan idmanının əfsanəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi, döyüş sənətləri və onların fəlsəfəsi üzrə professor, doktor, beynəlxalq dərəcəli təlimatçı və hakim, Turan Do döyüş sənətinin banisi Süleyman Məmmədlini dünya idmanında tanımayan yoxdur.

Onu da deyək ki, bir çox döyüş növlərini Azərbaycana məhz S.Məmmədli gətirib, bu idman növlərinin ölkəmizdə yayılması onun adı ilə bağlıdır.

S.Məmmədli Azərbaycanda taekvondonun, hapkidonun, uşunun, kikboksinqin, subakso tanqsudonun, çun kundonun, Tae Kuk Mu Sul-un, Cit Kun Do-nun, Donq Ku Yudo Kvan-ın və s. yaradıcısıdır. Chun Kuhn Do, Turan Do, Combat Mixed MA, Combat Chinese, Musul Taekwon Do, Combat Korea MA, Jeet Kune Do döyüş sənəti üzrə qrand-masterdir və Tae Kuk Mu Sul, Universal Combat MA və Turan Do üzrə 10-cu dan qara kəmər ustasıdır.

Bu günlərdə Süleyman Məmmədli ilə görüşüb ondan müsahibə götürdüm.

- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında taekvando və digər döyüş sənət növlərindən, eləcə də əlbəyaxa döyüş növündən dərs deyirəm. Yarışlara hazırlaşırıq. Mənim dünyanın bir çox idman cəmiyyətləri ilə əlaqəm var. İl ərzində ən azı 20-30 beynəlxalq yarışda iştirak edirik. Təəssüflər olsun ki, heç də həmişə bütün yarışlara gedə bilmirik.

- Bu yəqin maliyyə ilə bağlı məsələdir, yoxsa başqa səbəblər də var?

- Həm yarışlar çoxdur, həm də məndə elə idman növləri var ki, onlar təkcə taekvando ilə yox, başqa idman növləri ilə də əlaqədədir. Hazırda Azərbaycanda iki taekvando növü var - dünya taekvandosu və beynəlxalq taekvando. İdmançılar bu növlərdə fəaliyyət göstərirlər. Ancaq taekvandonun çox növləri var. Mən Azərbaycan Hapkido Federasiyasına rəhbərlik edirəm. Çox adam soruşur ki, Hapkido nədir? Bu idman növü 1948-ci ildə yaranıb və öz rəngarəngliyi ilə digər növlərdən üstündür. Taekvando ondan sonra 1955-ci ildə general-leytenant Çhve Honq Hi tərəfindən yaradılıb.

- Səhv etmirəmsə siz Çhve Honq Hi  ilə görüşmüsünüz...

- Bəli, mən Çhve Honq Hi ilə görüşmüşəm, onunla görüş məndə çox böyük təəssürat yaradıb. Taekvandonun yaradıcısı o olub. Sonra o, siyasi məsələlərə görə Cənubi Koreyadan Şimali Koreyaya getdi. Bundan sonra isə Cənubi Koreyanın Prezidenti dedi ki, yeni növ yaratmaq lazımdır.

- Süleyman müəllim, Siz Azərbaycana nəinki taekvandonu, hətta digər Şərq döyüş növlərini də gətirmisiniz. Bütün bunlara necə nail oldunuz?

- Yaxşı sualdır. Özümü tərifləmək məqsədilə demirəm, ancaq bütün Koreya idman növlərini Azərbaycana mən gətirmişəm. Bu tarixdir və faktdır. 1983-cü ildə kinboksu Azərbaycana mən gətirmişəm, lakin sonradan onu kimsə öz adına çıxdı. Təəssüf ki, ölkəmizə gətirdiyim idman növlərini bu gün öz adına çıxanlar var və s. Karatenin müxtəlif növlərinin də Azərbaycana gəlməsi mənin adımla bağlıdır. Eləcə də digər xüsusi təyinatlılara aid hərəkətdən mənim xüsusi beynəlxalq diplomlarım var. Qarabağ müharibəsində mənim bir çox tələbəm həlak olub (kövrəlir). Bir neçə dəfə xaricdə oldum. Qısaca desək, on növ üzrə qrand masterəm, iki növ üzrə qreyd-qrand masterəm. Səhv etmirəmsə, 10-11 növdən 9 danam, 7 növdən 10-cu danam.

- Süleyman müəllim, Siz Turan Do idman növünü yaratmısınız. Bu ideya hardan qaynaqlandı?

- Bu idman növünü 2004-cü ildə yaratmışam. Tam əminliklə deyirəm ki, onun bütün növlərdən üstünlükləri var. Çünki digər növlərdəki hərəkətlər yarandığı dövrə aiddir və tələblərə cavab vermir. Amma Turan Do həm müasir, həm universal, həm də real döyüş növüdür. Hərbiləşdirilmiş Turan Do isə bütün idman növlərindən üstündür. Bu idman növünün yarışı olmur, ancaq xüsusi təyinatlı qruplara keçilir.

- O dövrdə taekvando, karate və digər idman növlərinin sadə insanlara öyrədilməsi qadağan idi. Sonradan necə oldu ki, bu növlərin yayılmasına icazə verildi?

- Bilirsiniz ki, sovet rejimi qapalı rejim idi. Qorxurdular ki, insanlar karate ilə məşğul olarlar, gözləri açılar, ayağa qalxıb mübarizə apara bilərlər. Hətta Cinayət Məcəlləsində konkret iki maddə vardı ki, karate ilə məşğul olana açıq-aşkar iş düşürdü. Keçən əsrin 80-ci illərinin əvvəllərində karate ancaq hüquq-mühafizə orqanları, xüsusi təyinatlılara öyrədilirdi. Həmin dövrdə mən “Dinamo”da dərs keçirdim. 1990-cı ildə taekvandodan seminar keçdik. O vaxt İdman Komitəsinin də icazəsi verildi və dərslərə başladıq. Biz onda karateçilərə taekvandoçu kimi müvəqqəti sənəd verdik. Yaratdığımız Taekvando Federasiyası 1991-ci ildə İdman Komitəsində, 1992-ci ildə isə Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. 1999-cu ilədək mən Taekvando Federasiyasının prezidenti oldum.

Mən Xoreoqrafiya məktəbində taekvando dərsləri keçirdim və o vaxt taekvandonu öyrənmək istəyən karateçilər də mənim yanıma gəlib öyrənirdilər.

- Siz filmlərdə kaskadyor kimi də çəkilmisiniz. Necə oldu ki, kinoya çəkildiniz?

- “Qorxma mən səninləyəm” filmində və bir neçə filmdə çəkilmişəm. Bu film 1981-ci ildə çəkildi və onu mənim tələbəm Yuli Qusman çəkirdi. Mən onun təklifi ilə bu filmdə çəkilməyə razılıq verdim. O zaman Qusman filmdə karate elementlərinin göstərilməsi üçün icazə almışdı. Filmdəki bütün döyüş ssenarilərini mən qoymuşam, orada həbsxanada kütləvi karate təlimi keçənlər də mənim tələbələrim idi. Amma o zaman təəssüf ki, mən baş rolda gedə bilməzdim. SSRİ vaxtı idi, gərək “böyük qardaşımız” baş rolda gedəydi. Sonra “Koroğlu” çoxseriyalı filminə çəkildim, amma nədənsə bu film ekranlara çıxmadı.

- Siz xaricdə tez-tez olursunuz, seminarlar keçirsiniz və s. Məlumatıma görə, xarici idmançılar məşqlərə, yarışlara bizim idmançılar qədər məsuliyyətlə yanaşmırlar. Bu doğrudumu?

- Həqiqətən də belədir. Məsələn, bizdə idmançılar deyirlər ki, çempion olacağam, mənə pul və ev verəcəklər. Bir tələbə vardı, türk idi, amma Avstriya vətəndaşı idi. Deyirəm ki, udsan ev verəcəklər, pul verəcəklər. Deyir ki, evim var, maşınım var. Yəni onlar çempionluğa bir hobbi kimi baxırlar. Bir az yarışdan qabaq hazırlaşırlar. Onlar bizim idmançılar kimi əziyyət çəkib, ac-susuz qalıb saatlarla məşq etmirlər. Deyim ki, bəzən idmançıya ac qalmaq lazım olur, ancaq hər kəsin iradəsi ona çatmır.

- Sizin çox sadə həyat tərziniz var. Mən Sizin həyat tərzinizi tamam başqa cür təsəvvür edirdim. Amma…

- Mən həyat fəlsəfəsini çox dərindən bilirəm. Mən birinci hər şeyi babamdan öyrənmişəm. Babam çox güclü adam olub. Bəli, sadə bir həyat tərzim var. Bakıdakı 29 kvadratlıq, 2 otaqlı evimdə yaşayıram. Restorana, kafeyə getmirəm, içən, çəkən deyiləm. Dolanıram. Bu gün elə adamlara ev və ad verirlər ki, heç idman sahəsində tanınmırlar. “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adım var. Xaricilərində verdiyi sənədlərin, adların, diplomların hamısı varımdır. 200-ə qədər sənədim var. 40 dəfədən çox Avropa və Dünya çempionuyam. Medalların sayını bilmirəm. Amma medallarımı çəkmişəm. Medallarımın həcmi 12 kilo 460 qramdır. İdman sahəsində bütün adları almışam. Tez-tez xaricə gedirəm. Yarışlarda iştirak edirəm.

Bu yaxınlarda bəzi hərəkətlər göstərmişəm, Amerikada və o hərəkətləri “Ginnesin rekordlar kitabı”na təqdim etmişəm, ancaq hələlik cavab gəlməyib. Onlardan cavab gözləyirəm. Mən saniyədə 10-17 zərbə vururam. O gün də ölçdülər, saniyədə 60-70 metr edir və ayaq zərbələrimi də ölçəcəklər. Brüs Lini yazıblar ki, saniyədə 20 metr zərbə vurub. Məndə ondan çoxdur…

İnsan həyatda bir dəfə yaşayır, gərək onu da layiqli yaşasın.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ