şənbə günü, 15 avqust 2026
     

"Mənim yanıma hazırlığa gəlməsən, attestat qiymətini kəsəcəyəm" - müəllimlər qisasa başlayıb...

Image


Kamran Əsədov: “Müəllim dərs dediyi sinif şagirdlərini hazırlığa cəlb etməməlidir, bu, həm etik pozuntu, həm də ..."

Bəzən şagirdlər imtahanda yüksək bal toplasalar da, attestat qiymətləri aşağı olur. Bəzən isə əksinə, məktəbdə yüksək qiymətlər alan bəzi şagirdlər imtahanda zəif nəticə göstərir.

Əksər hallarda isə imtahanda yüksək nəticə göstərənlərin attestat qiyməti zəif olur. Valideynlər isə bildirir ki, müəllimlər bilərəkdən, qərəzli şəkildə şagirdlərə aşağı qiymət yazır.

Həmçinin, məktəblərdə fənn müəllimləri onun yanına hazırlığa gəlməyən şagirdlərin attestat qiymətini də qərəzli kəsir. Bu haqda şikayətlər çoxdur. Valideynlərin iddiasına görə, müəllimlər açıq şəkildə deyir ki, əgər məktəbli onun yanına hazırlığa getməsə onun attestat balı aşağı olacaq.

Maraqlıdır, bu kimi problemlərin qarşısını necə almaq olar?

"…Azərbaycan təhsil sistemində qiymətləndirmənin obyektivlikdən uzaq, qeyri-bircins və bəzən qərəzli şəkildə həyata keçirildiyini göstərir"

Təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, attestat qiymətləri ilə imtahan nəticələri arasında ziddiyyətli göstəricilərin artması Azərbaycan təhsil sistemində qiymətləndirmənin obyektivlikdən uzaq, qeyri-bircins və bəzən qərəzli şəkildə həyata keçirildiyini göstərir. Eyni zamanda, müəllimlərin məktəbdə dərs dediyi şagirdləri əlavə hazırlığa cəlb etməsi və onların qiymətləndirilməsində maraqlı tərəf kimi çıxış etməsi sistemin şəffaflığını və etibarlılığını ciddi şəkildə zədələyir: "Valideynlərin və ictimaiyyətin təkrarlanan narahatlıqları artıq fərdi yox, sistematik təhsil problemi səviyyəsində qiymətləndirilməlidir.

Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13.2.3-cü maddəsində qiymətləndirmə prosesində şəffaflıq, ədalətlilik və obyektivlik prinsipləri əsas tutulur. “Ümumi təhsil haqqında” Qanunun 26-cı maddəsinə əsasən isə, şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi onların təhsil proqramlarını mənimsəmə səviyyəsini müəyyən etməlidir. Praktikada isə bu prinsiplər çox vaxt pozulur, qiymət şəxsi münasibətlərə, əlavə hazırlığa gedib-getməməyə və bəzən valideyn-müəllim münasibətlərinin xarakterinə əsasən formalaşır.

2023-cü ildə keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə məktəb attestatları arasında 40 faizi aşan fərqlər qeydə alınıb. Riyaziyyat və ingilis dili fənləri üzrə bu fərq daha qabarıq şəkildə özünü göstərir. Məsələn, Bakı şəhəri üzrə 11-ci sinfi 5 qiyməti ilə bitirən 2.560 şagirddən yalnız 780 nəfəri buraxılış imtahanında 80 baldan yuxarı nəticə göstərə bilib. Eyni zamanda, buraxılış imtahanında 90+ bal toplayan 1.200-dən çox şagirdin attestat qiymətinin 3 olduğu halları qeydə alınıb. Bu statistik məlumatlar qiymətləndirmədə obyektiv meyarların qorunmadığını və məktəblərdə fərdi yanaşmanın dominant olduğunu təsdiqləyir.

Məktəb müəllimlərinin öz dərs dedikləri şagirdləri pullu hazırlığa dəvət etməsi həm etik baxımdan, həm də qiymətləndirmədə maraqlar toqquşması yaratması baxımından ciddi problemdir. Təhsil sistemində bu cür vəziyyətlərin qarşısını almaq üçün institutsional və normativ mexanizmlər mövcud deyil. Müəllimlərin etik davranış kodeksi olsa da, onun icrası zəifdir, nəzarət və cəza mexanizmləri isə faktiki olaraq tətbiq olunmur. Əlavə olaraq, bəzi hallarda müəllimlər valideynlərə açıq şəkildə bildirirlər ki, onların övladları repetitor hazırlığına gəlməzsə, illik qiymətləri və attestat balı aşağı olacaq. Bu, həm təhsildə korrupsiya, həm də qiymətləndirmənin ticarətə çevrilməsi kimi qiymətləndirilməlidir.

Dünya təcrübəsində belə halların qarşısını almaq üçün qiymətləndirmənin formativ və summativ komponentləri balanslaşdırılır və tək müəllim qərar verici deyil. Məsələn, Sinqapurda şagirdin illik qiyməti yalnız müəllimin rəyinə əsasən deyil, portfel materialları, layihə tapşırıqları, müstəqil yoxlamalar və mərkəzləşdirilmiş kiçik testlərin nəticələri əsasında formalaşır. İngiltərədə müəllimin qiymətləri sistemə daxil olduqdan sonra məktəb daxilində ikinci dərəcəli yoxlamadan keçirilir və bəzi hallarda regional qiymətləndirmə şuraları tərəfindən təsdiq olunur. Estoniyada isə attestat qiymətləri ilə milli qiymətləndirmə nəticələri bir-birinə bağlıdır: şagirdin illik qiyməti ilə mərkəzləşdirilmiş imtahanın nəticəsi arasında uyğunsuzluq olduqda müstəqil komissiya həmin qiymətləri yenidən nəzərdən keçirir.

Azərbaycan üçün bu modelin tətbiqi mümkün və zəruridir. Attestat qiymətləri yalnız məktəbdaxili qiymətləndirməyə əsaslanmamalı, buraxılış imtahanlarının nəticələri ilə birgə hesablanmalıdır. Bu zaman qiymətin 70 faizi məktəb, 30 faizi isə buraxılış imtahanı əsasında formalaşa bilər. Bundan əlavə, məktəblərdə qiymətləndirmə şuraları yaradılmalı, hər fənn üzrə qiymətlər yalnız bir müəllimin qərarı ilə deyil, fənn üzrə ekspertlərin iştirakı ilə təsdiq olunmalıdır".

Həmsöhbətimizin sözlərinə görə, müəllimlərin hazırlıq fəaliyyəti ilə qiymətləndirmə funksiyalarının toqquşmasının qarşısını almaq üçün isə müvafiq qanunvericiliyə əlavə və dəyişikliklər edilməlidir: "Müəllim dərs dediyi sinif şagirdlərini hazırlığa cəlb etməməlidir. Bu, həm etik pozuntu, həm də qiymətləndirmənin manipulyasiyası risqini doğurur. Müəllim hazırlıq keçirsə, qiymətləndirmə funksiyasından kənarlaşdırılmalı və bu vəzifə alternativ mexanizmlərlə icra olunmalıdır.

Əgər bu struktur və hüquqi mexanizmlər tətbiq olunarsa, qiymətləndirmədə subyektivlik azalacaq, şagirdlərin bilik və bacarıqları real şəkildə əks olunacaq, valideyn-müəllim münasibətləri şəffaflaşacaq, şagirdlər isə “müəllimə görünmək” deyil, “bilik qazanmaq” motivasiyası ilə hərəkət edəcəklər. Nəticədə təhsilin keyfiyyəti yüksələcək, sosial ədalət bərpa olunacaq və ictimaiyyətin təhsil sisteminə olan inamı artacaq. Əks təqdirdə, qiymətləndirmə təhsilin əsas dayağından korrupsiyanın alətinə çevriləcək və bu da bütövlükdə cəmiyyətin gələcəyinə təhlükə yaradacaq".

Günel CƏLİLOVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ