Bazar günü günü, 08 noyabr 2026
     

Əhliman Əmiraslanovun üstünə "məktub yürüşü"nün incə pərdəarxası...

Image


Dünən mətbuatda Tibb Universitetinin rektoru, akademik, millət vəkili Əhliman Əmiraslanov barədə, demək olar ki, indiyə qədər də bəlli faktlarla qurulmuş və sadəcə ad-soyad dəyişməklə bu gün istənilən idarə-müəssisə rəhbəri barədə yazılması mümkün olan bir yazı çap olunub. Bir məktub əsasında yazılmış məqaləyə təkrar müraciət etmək marağımız redaksiyaya edilmiş bir telefon zəngi ilə bağlı oldu.
Təbii ki, Əhliman Əmiraslanov barədə yazılanlardan narazı idi, insafən, öz narazılığını və yazılanların qeyri-real olduğunu sübutlayan əsaslar da göstərirdi. Kimliyini soruşanda isə cavabı məntiqli oldu: "Əmiraslanova qarşı redaksiyalara məktub göndərənlər öz kimliklərini açanda, mən də kimliyimi deyərəm". Düz sözə nə deyəsən deyib, elmi dairənin təmsilçisi olduğunu deyən və həqiqətən ziyalı leksikonla danışan oxucumuzun dediklərindən qeydlər götürməyə başladıq...
Oxucunun sözləri: "Əhliman Əmiraslanov barədə "Yeni Müsavat"a o adsız məktubu göndərən kimdirsə, təmənnalı və qərəzli birisidir, bu tanınmış qəzeti də guya sensasiyalı kimi təqdim etdiyi faktlarla yanlış yola sövq edib. Məsələn, deyir ki, Əhliman müəllimin klinikasında rüşvət baş alıb gedir. Mən demirəm ki, orada bir manat da olsa xəstələrlə həkimlər arasında pul söhbəti yoxdur. İndi hansı xəstəxana belə hallardan tam təmizdir və ya təmiz ola bilər? Ancaq heç olmasa məntiqə də fikir vermək lazımdır. Az qala ildə 4-5 dəfə seçildiyi dairədə və ətraf rayonlarda əhaliyə pulsuz müayinə xidməti göstərən bir adam öz klinikasında rüşvətə necə rəvac verə bilər? Məgər düşünməzmi ki, onun öz klinikasında "rəvac verdiyi" rüşvətin qurbanlarından biri həmin pulsuz müayinələr zamanı hər şeyi Əmiraslanovun üzünə deyib onu pis vəziyyətdə qoyar? O məktubu yazan adam bircə anlığa insaf edib klinikanın baş həkimi Nəsimi Qasımovla şəxsi ünsiyyətdə olsaydı nə olardı? Mən inanıram, ən azı utanardı ki, yazdıqları Nəsimi Qasımova yaraşmır. Hər kəslə işdə, qeyri-iş mühitində Azərbaycan elminin, elə tibb elminin, tibb praktikasının problem və irəliləyiş yollarından yanğılı bir ziyalı kimi danışan insanı qaralamaq həqiqətən utancvericidir. Əmiraslanova qarşı yazırlar ki, o bu gün tibb elmi sferasında çoxlu vəzifələr tutur. Burada qəribə nə var ki? Müasir Azərbaycan onkologiyasının az qala yaradıcılarından biri, elmi araşdırmalarının nəticələri xarici ölkələrdə də metod kimi işlədilən bir akademikin onkoloji klinikaya, onkologiya kafedrasına, tədris-cərrahiyyə klinikasına rəhbərlik etməsi ancaq ondan şəxsən üstün olan birisinin yerini "dar" edə bilər ki, beləsi də sadəcə yoxdur. Ancaq nə yaxşı ki, heç olmasa onun akademik seçilməsinə "əmma" qoymayıblar. Çoxlu vəzifə tutmağı akademikə qüsur tutan məktub müəllifi unudur ki, bu vəzifələr iqtisadiyyat, kənd təsərrüfatı və ya hər hansı əlaqəsi olmayan başqa sahə nazirliklərində yox, doğma tibb və elm sahələrində tutulur, həm də bu iradlarda məntiqsizlik var. Məntiqsizlik odur ki, həm akademikin bir neçə sanballı vəzifə tutmasından danışır, həm də klinikada rüşvət yaymasından söz açır. Bu qədər vəzifə tutan adamın çirkli rüşvət mexanizminə rəvac verməsi nə dərəcədə inandırıcıdır? Tibb Universitetində yay və qış semestr imtahanlarında Azərbaycanda hər hansı ali məktəblə müqayisəolunmaz dərəcədə şəffaf mexanizm yaradan, rüşvətin yayılmasını mümkün qədər əngəlləyən üsulları axtaran və tətbiq edən bir adam, necə olur ki, tədris sahəsində qeyri-rüşvətxor, müalicə-cərrahi sahədə rüşvətxor olur? Xəstələrin "dərisini soyduğu" iddia edilən Əmiraslanov nədən tələbələrin "dərisini soymur?" Axı bir adam iki cür ola bilməz?! Həm də "dəri soymaq" məsələsində tələbələr xəstələrdən daha rahat məxluq olduğu halda?... Necə yəni tibb Universitetində sovetlərdən bu yana dəyişiklik olmayıb?
Böyük elmi yaradıcılıq tarixi olan kafedra müdirləri uzun illər yerlərində qalırsa, bu o deməkdir ki, dəyişiklik yoxdur? Bəs Azərbaycanda ən böyük tədris yeniliyi olan Boloniya sisteminə ilk və ürəklə keçən universitetlərdən birinin Tibb Universiteti olduğunu yazmağa o məktub müəllifinin əli niyə gəlmədi? Məgər o bilmir ki, illərlə kafedra müdiri postu tutanların bir qismi bir alim kimi buna haqq edib, bir qisminin isə faktiki olaraq həmin postda oturub-oturmamasına qərarı Əmiraslanov vermir? Bu balaca ölkədə Universitet rektorlarını Universitet miqyaslı bütün məsələlərdə sona qədər yeganə söz sahibi hesab etmək, bağışlayın, dünyadan xəbərsizlikdir. Sonra məktub yazan(?) deyir ki, Əmiraslanov Onkoloji Klinikada öz yerinə kadr hazırlamayıb. Bu lap təəccüblü oldu. Necə ola bilər ki, bu klinikada gündə tibbi əməliyyatlar aparan təcrübəli və elmi adlı mütəxəssislərin biri bu vəzifə üçün yetişməsin? Yetişmək başqa necə olur? Əmiraslanov durub deyəsi deyil ki, mən daha gedirəm, bundan sonra klinikaya sən rəhbərlik et! Böyük elmi-praktik təcrübəsi olan, elm üçün yaşının ən gözəl çağlarını yaşayan, həm də tibb sahəsinin çox unikal bilicisi olan bir insanı nədən belə yanğı ilə çıxdaş etmək istəyi ola bilər? Belə mütəxəssisləri - Əhliman Əmiraslanov kimi öz sahəsində tək-tək olan alimləri bir daha təkrar yetişdirmək üçün nə qədər vaxt gərəkdir, ümumiyyətlə bu mümkündürmü?"
Oxucu sonda çox maraqlı, ancaq bizə də real görünən ehtimalını da açıqladı. Belə dedi: "Yazılanlarda Əmiraslanovun əleyhinə təzə bir şey yoxdu, onları indiyə qədər çox dedirdiblər, yazdırıblar. Təkrar-təkrar deyilmiş şeyləri bir daha məktuba yazıb redaksiyalara göndərənlərin niyyətində, hiss olunur ki, sanki sadəcə Əhliman Əmiraslanovu necə olursa-olsun gündəmə gətirmək marağı var. Bu marağın isə nədən yarana biləcəyini ancaq ehtimal edə bilərəm. Universitet daxilində Əhliman müəllimi istəməyənlər, qısqananlar az sayda olsa da var. Görünür, bu daxili rəqiblər Əhliman müəllimlə bağlı son bəzi pozitiv yenilikləri həzm edə bilmirlər. Məsələn, Əmiraslanov bu günlərdə Prezidentin sərəncamı ilə Respublika Bilik Fondunun Müşahidə Şurasına üzv təyin edildi, bundan qabaq onun oğlu (insafən, deyilənə görə çox sanballı kadrdır) Tapdıq Əmiraslanov Prezidentin sərəncamı ilə fövqəladə hallar nazirinin müavini təyin edilib. Hər ikisi də Prezidentin sərəncamı ilə olub. Böyük nailiyyətdir, böyük etimaddır. Məncə, kim(lər)sə o məktubu redaksiyaya yazıb göndərməyə vadar edən elə bu faktlardı".
Sonda oxucuya xatırlatdıq ki, o bu fikirlərini Əmiraslanovun əleyhinə olan məktubu çap edən qəzetin özünə də bildirsə, bunlar yazılacaq. Biz də oxucunun istənilən qəzetdə fikir bildirmək haqqını tanıyaraq onun zənginə və fikirlərinə dəyər verdik.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ