Bazar günü günü, 08 noyabr 2026
     

Ramiz Mehdiyevin məşhur məqaləsindən sonra elmimizdə nə baş verdi?

Image


Ədəbiyyat, ədəbiyyat nəzəriyyəsi, musiqi...
İyun ayının sonunda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir və həqiqi üzvlüyünə seçkilər keçiriləcək. Bu haqda düşünərkən Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin 2009-cu ildə yazdığı "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsini xatırladım. O zaman bu məqalə böyük maraq doğurdu, ali məktəblərin və elmi müəssisələrin əksəriyyətində müzakirə olundu.
İnamla deməliyəm ki, o zamana qədər Azərbaycan elmi və onun müxtəlif sahələri haqqında belə əhatəli və ciddi faktlara söykənən məqalə olmamışdı. Ramiz Mehdiyevin həmin məqaləsi Azərbaycan elmi və xüsusən də ictimai və humanitar elmlər haqqında ciddi elmi araşdırmaların nəticəsi olaraq yaranmışdı. Bu məqalədə Ramiz Mehdiyev qeyd edirdi ki, "qloballaşma milli məkana bəzən birmənalı olmayan şəkildə ciddi təsir göstərir. Belə dəyişkən siyasi, iqtisadi və sosial-mədəni paradiqmaların mövcudluğu şəraitində çalışmalıyıq ki, milli varlığımıza bağlı dəyərlərə xələl gəlməsin". Dəyərli fikirlərdir. Məhz elmin inkişafına diqqət etməyən millətlər qloballaşma proseslərinin qurbanına çevrilə bilər. Yəni Azərbaycan da öz elmi ilə birgə dünyəvi proseslərin iştirakçısı olmalıdır.
Akademik Ramiz Mehdiyev çox haqlı olaraq deyir ki, "Biz ümumən Azərbaycan elmini əyalət ab-havasından xilas edərək, onun dünya elm məkanına inteqrasiyasına can atmalıyıq".
Ramiz Mehdiyev deyir ki, "Son beş ildə Azərbaycanda müdafiə edilmiş dissertasiyalar arasında elələri vardır ki, tragikomik təsir bağışlayır. Xüsusilə filologiya sahəsində hansısa yazıçının "yaradıcılıq yolu"na həsr olunmuş dissertasiyaları qeyd etmək istərdim... Yüzlərlə dissertasiya müdafiə edildiyi halda, dünyanın nüfuzlu elmi jurnallarında Azərbaycan alimlərinin məqaləsinə təkdənbir rast gəlmək mümkündür."
Özünün də dediyi kimi, bu məqalələrdə akademik Ramiz Mehdiyev hər bir alimlə söhbət etmək, fikir mübadiləsi aparmaq istəyib. O zaman mən də akademik Ramiz Mehdiyevin məqaləsi və onun hədəfləri üzərində düşünərək "Ramiz Mehdiyev həyəcan təbili çalır" adında bir məqalə yazdım. Bu məqaləmdə həm ictimai və humanitar sahələr üzrə, həm də dəqiq elmlər üzrə Azərbaycan elminin dünya elmindəki yerini rəqəmlərlə göstərdim. Məqaləm elektron KİVlərdə və qəzetlərdə çap olundu və böyük maraq yaratdı. Ona görə də bu gün düşündüm ki, akademik Ramiz Mehdiyevin elmimiz haqqındakı o zamankı məqaləsi və onun geniş müzakirələri ictimai və humanitar elm sahələrinə və digər elmlərə hansı təsirləri göstərdi. Bu təsirləri öyrənmək üçün yenidən araşdırmalar apardım və yeni məqalə yazdım.
Bu məqaləmdə Ramiz Mehdiyevin məqaləsinə qədərki və Ramiz Mehdiyevin məqaləsindən sonrakı dövrdə Azərbaycan elminin dünya elmindəki yeri haqqında araşdırmalarımın nəticələrini verirəm.
1-ci çox mühüm sahə olan iqtisadiyyat elmindən başlamaq istəyirəm. İqtisadiyyat, ekonometrika və maliyyə üzrə 1996-2008-ci illərdə Azərbaycanda dünya elminə daxil olan bir iş də çap olunmamışdı. Ramiz Mehdiyevin məqaləsindən sonra, yəni 1996-2012-ci illər arasında Azərbaycandan 9 işin dünya elminə daxil edildiyini görürük. İqtisadiyyat sahəsində Azərbaycan dünya elminə daxil edilən 193 ölkə arasında 131-ci yerdə qərarlaşıb. Yəni Ramiz Mehdiyevin məqaləsindən sonra Azərbaycanda iqtisadiyyat elmində xeyli irəliləyiş olub.

İncəsənət və humanitar elmlər
1996-2008-ci illər arasında Azərbaycanda bu sahə üzrə 13 ildə cəmi 3 iş çap olunub
Arxeologiya üzrə 1996-2008-ci illərdə mövcud 84 ölkə arasında Azərbaycanın adı yoxdur. Ramiz Mehdiyevin məqaləsindən sonrakı dövr də daxil olmaqla, yəni 1996- 2012-ci illərdə Azərbaycan 2 işlə dünya elminə daxil edilən 124 ölkə arasında 85-ci yerdədir. Yəni bu sahə üzrə Azərbaycanın adı qısa zamanda dünya elminə düşdü.
Tarix üzrə 1996-2008-ci illərdə 137 ölkə arasında Azərbaycan 90-cı yerdə 3 işlə təmsil olunub. Ramiz Mehdiyevin məqaləsindən sonrakı dövr də daxil olmaqla, yəni 1996- 2012-ci illərdə Azərbaycan 6 işlə dünya elminə daxil edilən 167 ölkə arasında 108-ci yerdədir. Yəni bu sahə üzrə Azərbaycan elmində qısa zamanda müəyyən irəliləyiş oldu.
Dil və linqivistika üzrə 1996-2008-ci illərdə 123 ölkə arasında Azərbaycanın adı yoxdur. Ramiz Mehdiyevin məqaləsindən sonrakı dövr də daxil olmaqla, yəni 1996- 2012-ci illərdə Azərbaycan 5 işlə dünya elminə daxil edilən 189 ölkə arasında 108-ci yerdədir. Yəni bu sahə üzrə Azərbaycanın adı qısa zamanda dünya elminə düşdü.
Ədəbiyyat və ədəbiyyat nəzəriyyəsi üzrə 84 ölkə arasında Azərbaycanın adı yoxdur. Bu gün də ədəbiyyat və ədəbiyyat nəzəriyyəsi sahəsində dəyişiklik yoxdur.
Musiqi üzrə 57 ölkə arasında Azərbaycanın adı yoxdur. Bu gün də musiqi elmi sahəsində dəyişiklik yoxdur.
Yuxarıda göstərilən rəqəmlər və onlardan çıxan nəticələr göstərir ki, arxeologiya, tarix dil və linqivistika, ədəbiyyat və ədəbiyyat nəzəriyyəsi və s. sahəsində vəziyyətimiz qeyri-kafidir. Yalnız musiqi sahəsində son zamanlar Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan muğamlarının inkişafı və onların dünya miqyasında təbliği kimi nəcib fəaliyyətini göstərmək olar. Yəqin ki, gələcəkdə muğamlarımızın və aşıq musiqimizin dünya musiqisində yeri də müəyyənləşəcək. Musiqi nəzəriyyəçilərimiz milli əsərlərimizin dünya musiqisi ilə qarşılıqlı əlaqələrini araşdıracaqlar. O zaman bu əsərlər də dünya musiqi ədəbiyyatına daxil ediləcək.
Yeri gəlmişkən, burada akademik Ramiz Mehdiyevin "Azərbaycan oxucusu yazıçılarımızdan ədəbi hadisəyə bərabər əsərlər gözləyir" deyərkən nə dərəcədə haqlı olduğunun bir daha şahidi oluruq. Çünki ədəbiyyat və ədəbiyyat nəzəriyyəsi sahəsində araşdırdığım illər ərzində Azərbaycandan dünya elminə daxil olan bircə dənə də məqalə çap olunmayıb. Bunun da günahı bizim alimlərdə deyil. Gərək yazıçılarımız dünya səviyyəsində əsərlər yazsın ki, onlar haqqında yazılan məqalələr də dünya səviyyəsində olsun.
Ümumiləşmiş rəqəmlər göstərir ki, ictimai və humanitar elmlər sahəsində Ramiz Mehdiyevin məqaləsindən sonra Azərbaycan 1996- 2012-ci illərdə 21 işlə adı dünya elminə daxil edilən 198 ölkə arasında 104-cü yerdədir. Yəni bir ?ox sahələr üzrə irəliləyişlər oldu, bəzi sahələr üzrə Azərbaycanın adı dünya elminə düşdü.

Sosial elmlər
İnkişaf üzrə 1996-2008-ci illərdə 180 ölkə arasında Azərbaycan 169-cu yerdə 1 işlə təmsil olunub. Ramiz Mehdiyevin məqaləsindən sonrakı dövr də daxil olmaqla, yəni 1996- 2012-ci illərdə Azərbaycan 2 işlə dünya elminə daxil edilən 192 ölkə arasında 157-ci yerdədir. Yəni bu sahə üzrə qısa zamanda bir pillə irəliləyiş oldu.
Təhsil üzrə 1996-2008-ci illərdə 154 ölkə arasında Azərbaycan 120-cı yerdə 3 işlə, təmsil olunub. Ramiz Mehdiyevin məqaləsindən sonrakı dövr də daxil olmaqla, yəni 1996- 2012-ci illərdə Azərbaycan 6 işlə dünya elminə daxil edilən 189 ölkə arasında 129-cu yerdədir. Yəni bu sahə üzrə qısa zamanda 3 pillə irəliləyiş oldu.
Hüquq üzrə 1996-2008-ci illərdə 146 ölkə arasında Azərbaycanın adı yoxdur. Hüquq elmində vəziyyətimiz dəyişməyib.
Siyasi elmlər və beynəlxalq əlaqələr üzrə 1996-2008-ci illərdə 147 ölkə arasında Azərbaycan 129-cu yerdə 1 işlə təmsil olunur. Ramiz Mehdiyevin məqaləsindən sonrakı dövr də daxil olmaqla, yəni 1996- 2012-ci illərdə Azərbaycan 10 işlə dünya elminə daxil edilən 182 ölkə arasında 99-cu yerdədir. Yəni bu sahə üzrə qısa zamanda 9 pillə irəliləyiş oldu. Sosiologiya və siyasi elmlər üzrə 1996-2008-ci illərdə 158 ölkə arasında Azərbaycan 154-cü yerdə 1 işlə təmsil olunub. Ramiz Mehdiyevin məqaləsindən sonrakı dövr də daxil olmaqla, yəni 1996- 2012-ci illərdə Azərbaycan 16 işlə dünya elminə daxil edilən 189 ölkə arasında 111-ci yerdədir. Yəni bu sahə üzrə Azərbaycanın adı dünya elminə düşdü və qısa zamanda 15 pillə irəliyə getdik. Beləliklə, 1996-2012-ci illərdə Azərbaycan 65 işlə adı dünya elminə daxil edilən 226 ölkə arasında 133-cı yerdədir. Ramiz Mehdiyevin məqaləsinə qədər olan dövrdə bu göstəricilər yox idi. Bir cox elm sahələrində Azərbaycanın adı dünya elminə düşməmişdi. Qeyd etməliyəm ki, dəqiq elmlər sahəsində Azərbaycanın adı həmişə olub və yerimiz də kafidir. Araşdırmalarımız göstərdi ki, tədqiq olunan dövrdə dəqiq elmlər sahəsində dünya elmindəki yerimiz ciddi şəkildə dəyişməyib. Bunun isə öz səbəbləri var. Burada investisiya qoyuluşları problemi və ondan da ciddi problemlər mövcuddur.
Qüdrət İsaqov,
fizika-riyaziyyat elmləri doktoru, fizika üzrə AMEA-nın müxbir üzvlüyünə namizəd, Avropa Təbiət Elmləri Akademiyasının(ATEA) akademiki, ATEA-nın Rentgen Medalı Laureatı, Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalının baş redaktorunun müavini.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ