Bazar ertəsi günü, 09 noyabr 2026
     

Dünyanın diqqətini Azərbaycan ədəbiyyatına cəlb etməyin effektiv yolu...

Image


Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Jurnalist Ekspert Mərkəzinin (JEM) "Azərbaycanın istedadlı yazarlarını dünyada tanıdaq" adlı 4 aylıq layihə çərçivəsində hazırladığı, ingilis dilində çap etdirdiyi kitabın media mə ictimaiyyət nümayəndələri üçün təqdimat mərasimi keçirildi.
Tədbiri tanınmış jurnalist, "Azərfaks" saytının rəhbəri Nicat Dağlar açaraq kitabın Azərbaycan ədəbiyyatının dünyada tanıdılmasına xidmət etdiyini bildirdi. N.Dağlar sözü JEM rəhbərinə, tanınmış jurnalist Ceyhun Musaoğluna verdi.
C.Musaoğlunun sözlərinə görə, ingilis dilində çap olunan "Bizim hekayələr sizin dildə" ("OUR STORIES IN ÜOUR LANGUAGE") kitabında 18 tanınmış müəllifin hekayəsi toplanıb. O bildirdi ki, bu yazarlar çox istedadlıdır və onların yazdıqları maraqla oxunur: "Bu 18 nəfər yazarın hekayələrini oxuyuruq, onlar oxuyur və oxunacaq da. Onlar bizim fəxrimizdir. Biz qaynar ədəbi mühitin içindəyik. Bu da onu göstərir ki, Azərbaycan ədəbiyyatı inkişaf edir. Mədəniyyət və turizm naziri Azərbaycan Yazıçılar Birliyinin son qurultayında çox maraqlı bir fikir söylədi. O bildirdi ki, Azərbaycan ədəbiyyatı xaricdə tanınmır, bu böyük problemdir. Sizə təqdim etdiyimiz "Bizim hekayələr sizin dildə" kitabı ingilis dilindədir, bu da o deməkdir ki, biz sizin dilinizdə danışırıq. Yəni dünyada ən böyük dil ədəbiyyat dilidir. QHT Şurası 10 hekayə istəmişdi, biz də öz gücümüzdən istifadə edib 8 hekayəni də ora əlavə etdik. Bu hekayələri könüllü olaraq çap etdik. Əvvəl çəkinirdik ki, bu işin öhdəsindən gələ bilmərik, amma bu işdə bizə dəstək olanlar oldu. Bu layihəyə dəstək verdiyi üçün APA-nın rəhbəri Vüsalə Mahirqızına və Xalid Kazımlıya minnətdarlıq edirəm".
C.Musaoğlu qeyd etdi ki, kitabda Musa Quliyevin "Uruda iki səfər", Əjdər Olun "Kamança", Rəşad Məcidin "10 sentyabr", Səlim Babullaoğlunun "Yağışlı axşamların birində", Məqsəd Nurun "Ud", Afaq Şıxlının "Bir insan ömrünün son gecəsi", Şahnaz Kamalovanın "Savalan", Kamran Nəzirlinin "Ağ ev", Xalid Kazımlının "Pəncşir aslanı"nın bənzəri", Kənan Hacının "Boz ilan", Şərif Ağayarın "Anaxanım", Natiq Məmmədlinin "Xəlbir", İlqar Rəsulun "Xərçəng və qırmızı tramvay", Azər Abdullanın "Bazarlıq", Qan Turalın "Gənc qadının və şaxta babanın qətli", Fəxri Uğurlunun "Leylinin məcnunluğu", Vüsalə Məmmədovanın "Rəngləyən" və Nicat Qafuroğlunun "O" hekayəsi yer alıb.
Aparıcı Ceyhun Musaoğlundan sonra millət vəkili, tanınmış şair-yazıçı Musa Uruda (Quliyev) söz verdi. Kitabda "Uruda iki səfər" hekayəsi ilə təmsil olunan M.Urud bildirdi ki, belə bir kitabın nəşr olunması, təbliğ edilməsi gözəl haldır, çox əhəmiyyətlidir: "Bura ədəbiyyat aləmində qələmi ilə seçilən müəlliflərin hekayələri salınıb. Deyərdim ki, bu, ədəbiyyatımızın dünyada tanıdılması istiqamətində atılan yaxşı addımdır. Bu həm də Qarabağın dünyada tanıdılmasıdır. Təbii, müəllif öz sözünü hekayəsi ilə deyib. Layihəni ərsəyə gətirənlərə təşəkkür edirəm. Arzulayıram ki, bu layihə
davam etdirilsin".
Kitabın məzmununu təqdir edən M.Urud nəşrin tərtibatına isə bir qədər tənqidi yanaşdı. O dedi ki, kitabın tərtibatı elə də uğurlu deyil":Hesab edirəm ki, bu elə də uğurlu tərtibat deyil. Kitab QHT Şurasının, yaxud JEM-in maliyyə vəsaiti ilə çap olunsa belə, onların adı ya arxada, ya da görünməyən bir yerdə ola bilərdi. Bilmirəm, kitabın elektron variantı varmı? (JEM rəhbəri Ceyhun Musaoğlu "bəli, var, hazırlanıb" dedi-İ.S ). QHT Şurası daimi bir sayt da yarada bilər ki, bu saytda yazarlarımızın əsərləri nəinki ingilis dilinə, hətta rus, fransız, ərəb, çin və digər dillərə tərcümə edilib bu saytda qoyulardı".
M.Urud onu da dedi ki, biz uzun sürən müharibəni yaşayan bir dövlətik və beynəlxalq aləmdə yalnız siyasətlə deyil, ədəbiyyatla da sözümüzü deməliyik.
Tədbirdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədliyə də söz verildi. Professor bildirdi ki, bu kitabın ingilis dilində çap olunması ədəbiyyatın təbliğindən çox bir vətəndaşlıq işidir. Bu işin söz sənətinə böyük pay olduğunu deyən C.Məmmədli fikrini çox maraqlı ifadələrlə, arqumentlərlə davam etdirdi: "Dünyada hər şey gəldi-gedərdi, ancaq bu dünyada bədii söz yaşayacaq. Ədəbiyyat, bədii söz həmişəyaşardır. Hətta jurnalistika da gəldi-gedərdi. Mənim bədii sözə çox böyük sevgim var. Hekayələri bu kitabda yer alan istedadlı yazıçıların siyahısına baxıram, görürəm ki, seçilənlər obyektiv müəlliflərdir. Bunların çoxu tələbəm olub, aralarında dostlarım da var, hətta imzasını tanıdığım, özünü tanımadıqlarım da var".
Rəşid Məcidin "10 sentyabr" hekayəsini təhlil edən Cahangir Məmmədli bildirdi ki, bu nəsr nümunəsində Qərb dünyasının insan amilinə laqeydliyi, soyuq münasibəti əks olunub.
Tədbirin aparıcısı Nicat Dağlar bildirdi ki, sözügedən kitab bu günlərdə xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən səfirliklərinə, təşkilatlarına veriləcək.
Sonra N.Dağlar sözü millət vəkili Adil Əliyevə verdi. A.Əliyev nəşrin çapını yüksək qiymətləndirərək bildirdi ki, bu kitabda istedadlı yazarların kiçik hekayələri yer alıb. Onun sözlərinə görə, bu hekayələrin davamı irihəcmli əsərlərə, romanlara çevrilməlidir. A.Əliyev çıxışında vurğuladı ki, Azərbaycan yazıçılarının əsərləri yalnız ingilis dilinə deyil, rus dilinə də tərcümə edilməlidir":Biz Rusiyada daha çox səfərdə oluruq. Hər dəfə də kitabxanalara gedirəm, orada Azərbaycanla, Qarabağ tarixi ilə bağlı kitablarla maraqlanıram. Bir dəfə onlardan Qarabağ haqda kitab soruşdum, dedilər ki, var. Ancaq onlar mənə erməni müəlliflərinin Qarabağla bağlı kitabını verdilər. Bu çox üzücü haldır. Ədəbiyyatımızın yeni nümunələri rus dilinə tərcümə edilməlidir".
Millət vəkilinin təklifinə Ceyhun Musaoğlu "bu ciddi problemdir və bu barədə bir layihə düşünürük" deyə cavab verdi.
APA-nın rəhbəri Vüsalə Mahirqızı da layihəni təqdir edərək bildirdi ki, Azərbaycanda istedadlı yazarlar çoxdur, onların da əksəriyyəti rəhbəri olduğu media qurumlarının layihələrində çalışanlardır. V.Mahirqızı da təklif etdi ki, bədii tərcümə layihəsi davam etdirilsin və yeni nümunələr ərsəyə gətirilsin.
Nicat Dağlar "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevə də söz verdi. A.Quliyevin çıxışından əvvəl C.Musaoğlu söhbətə müdaxilə edərək bildirdi ki, Aydın Quliyev kitabın ilk oxucusudur.
Layihənin maraqlı cəhətlərini və faydasını diqqətə çatdıran A.Quliyev bu işdə zəhmət çəkənlərin işini yüksək qiymətləndirdiyini bildirdi. Onun sözlərinə görə, C.Musaoğlunun rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi bu iş çox qiymətlidir. A.Quliyev həmçinin qeyd etdi ki, bu gün Azərbaycan tarixi ilə, Qarabağla bağlı böyük əsərlər tərcümə oluna bilər":Fransa burjua inqilabı cəmi beş il çəkib. Bu barədə fransız yazıçısı Viktor Hüqo bir neçə romanında bəhs edib, onun əsərləri burjua inqilabı ilə bağlı böyük mənbədir. Qarabağ problemi elə bir böyük problemdir ki, onun haqqında yazılmalıdır, hətta bu problem həll olunduqdan bir neçə illər sonra da burada yazıçılar üçün materiallar var. Təqdim edilən bu kitabda hekayə, məqalə və oçerkləri olan yazıçılar xoşbəxt yazıçılardır ki, o dildə danışmaq onlara qismət olub".
Şair-yazıçı, müəlliflərdən biri Əjdər Ol isə bildirdi ki, indiyə qədər əsərləri bir neçə ölkədə müxtəlif xarici dillərdə çıxıb. O hesab edir ki, yazıçılar əsas öz ölkəsində tanınmalıdır, yaxşı yazar öz ölkəsində tanınırsa, onu xaricdə də tanıyacaqlar.
Kitabda "Bazarlıq" hekayəsi ilə ingilisdilli oxucuların görüşünə gələn Azər Abdulla maraqlı təkliflə çıxış etdi. O bildirdi ki, layihə çox dəyərlidir və onun daha geniş miqyas alması vacibdir":Ceyhun bəy mənə hekayə verməyimi təklif edəndə dedi ki, həcmi mümkün qədər kiçik olsun. İstərdim ki, bu layihəyə geniş dəstək göstərilsin. Bu kitabın formatı məni qane etmir, şəkillərlə çox yüklənib. Elə çalışmalıyıq ki, ədəbiyyatımız, mədəniyyətimiz, bədii sözümüz dünyada tanınsın. Nobel mükafatı dünyada tanınmış bir mükafatdır. Bu, Azərbaycanın pulu ilə yaradılıb. Təklif edərdim ki, bizim milyonçular da Nobelə yaxın, yaxud ondan üstün beynəlxalq bir mükafat təsis etsin. Bu beynəlxalq ədəbi mükafat Azərbaycana şöhrət gətirər".
Tədbirdə, həmçinin, yazıçı Fəxri Uğurlu, Kamran Nəzirli, Afaq Şıxlı və digər müəlliflər də çıxış etdi.
AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza isə bildirdi ki, xarici ölkə səfirliklərinə, nümayəndələrinə göndərilməkdənsə, bu kitabın imza günü keçirilsə, bu daha effektiv olar.
Qeyd edək ki, kitabdakı hekayələri Sevil Gültən, Xəqani Əliyev, Esmira Serova, Səadət İbrahimova, Cavanşir Yusifli, Günay Rəhimova tərcümə edib.
JEM-in yaydığı press-relizdə haqlı bir fikir vurğulanıb":Dünyanın diqqətini Azərbaycan ədəbiyyatına cəlb etməyin yolu geniş arealı olan dildə təqdim olunmaqdır. Layihənin məqsədi odur ki, xarici oxucu Azərbaycanda ədəbi mühit olduğunu bilsin və bizim yazarların dünyanın tanınmış yazarlarından yaradıcılıq baxımından heç də geri qalmadıqlarını görsün".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ