Bazar ertəsi günü, 09 noyabr 2026
     

Əli Həsənov Rusiya-Azərbaycan münasibətlərinin əsl hədəfini göstərdi

Image


"Rusiya ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin ən mühüm prioritetlərindən biridir"Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Qəbələdə keçiriləcək V Azərbaycan-Rusiya Regionlararası Forumu ərəfəsində "AzərTAc" dövlət agentliyinə müsahibə verib.
- Əli müəllim, iyunun 23-də Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayacaq. Forumdan nə gözləyirsiniz?
- 2010-cu ildə yaradılmış Azərbaycan-Rusiya Forumu iki ölkənin həyatında xüsusi yer tutmuş, özünün vacibliyini və səmərəliliyini sübut etmiş, dövlətlərimiz arasında etimada əsaslanan işgüzar əlaqələrin nə dərəcədə davamlı olmasını nümayiş etdirmişdir.
Xoş və danılmaz faktdır ki, bu forum nisbətən qısa müddətdə regionlararası iqtisadi əməkdaşlığın prioritet istiqamətlərinin müzakirə edildiyi, müştərək layihələrin həyata keçirilməsinin ictimai-siyasi, mədəni-humanitar məsələlərinin və digər aspektlərinin müzakirə edildiyi mühüm məkana çevrilmişdir. Başqa sözlə, iki ölkənin regionlarının qarşılıqlı fəaliyyətinin genişlənməsi və möhkəmlənməsi üzrə həm Azərbaycanda, həm də Rusiyada intensiv iş aparılır. Tamamilə aydındır ki, bu forum çərçivəsində ünsiyyətin forması bir tərəfdən Azərbaycan və Rusiya regionları arasında yeni, qarşılıqlı faydalı əlaqələr yaranmasına, digər tərəfdən isə, dövlətlərimizin strateji tərəfdaşlığının möhkəmlənməsinə şərait yaradır.
Mənim fikrimcə, əvvəlki forumlar kimi, beşinci forum da konstruktiv və işgüzar şəraitdə keçəcək. Forumun geniş və maraqlı proqramı iştirakçılara ictimai-siyasi, ticari-iqtisadi, energetik və humanitar əməkdaşlığın fəallaşdırılması məsələlərini müzakirə etməyə, qarşılıqlı investisiyaların artırılması üzrə addımları müəyyənləşdirməyə, nəqliyyat infrastrukturu barədə söhbət aparmağa, bank işi sahəsində informasiya mübadiləsinə, turizm potensialının qiymətləndirilməsinə və s. imkan verəcək. Bir sözlə, forumda əməkdaşlığın perspektivlərindən başlamış, qarşılıqlı fəaliyyətin mexanizmlərinə qədər bir çox məsələlər nəzərdən keçiriləcək.
Xoş haldır ki, forum iştirakçılarının sayı ilbəil artır. Builki forumun iştirakçılarının və qonaqlarının sayı 500 nəfərə yaxın olacaq. Buraya prezident administrasiyalarının əməkdaşları, parlamentlərin deputatları, nazirlik, idarə və digər dövlət müəssisələrinin rəhbər işçiləri, yerli icra hakimiyyətlərinin başçıları, habelə işgüzar dairələrin, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri daxildir. Yeri gəlmişkən, bu forumun təşkilatçıları Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi və Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyidir. Foruma hazırlıq işləri iki ölkənin prezident administrasiyalarının ümumi rəhbərliyi altında aparılmışdır.
- Müasir mərhələdə iki ölkənin qarşılıqlı münasibətlərini bütövlükdə necə səciyyələndirirsiniz?
- Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Rusiya ilə əməkdaşlığın qorunub saxlanması və möhkəmlənməsi ölkəmizin xarici siyasətinin ən mühüm prioritetlərindən biri olmuşdur. Şübhəsiz, bu işdə ümummilli lider Heydər Əliyevin xidmətləri çox böyükdür. Məhz Ulu Öndər siyasi hakimiyyətə qayıdandan sonra 1990-cı illərin əvvəlində aralarında müəyyən soyuqluq müşahidə edilən Azərbaycan-Rusiya münasibətlərini normallaşdırmağa nail oldu. İki ölkənin qarşılıqlı münasibətləri tarixində yeni səhifə isə cənab Vladimir Putin Rusiyanın Prezidenti seçiləndən sonra açılmışdır. Fərəhli haldır ki, müasir mərhələdə dövlətlərimizin başçıları - cənab İlham Əliyev və cənab Vladimir Putin bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldə bilmişlər.
Qeyd etmək yerinə düşər ki, Rusiya Prezidentinin keçən il Azərbaycana işgüzar səfəri bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan vermişdir. Bu səfər çərçivəsində ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilmiş, əsas beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılmışdır. Görüşün yekunlarına əsasən iqtisadiyyat, energetika və humanitar sahələr üzrə altı saziş imzalanmışdır. Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putinin respublikamıza səfəri barədə danışarkən qeyd etmişdir ki, bu səfər münasibətlərimizin strateji və dostluq xarakterini, bizim dost və tərəfdaş olduğumuzu bir daha təsdiqləmişdir. Zənnimcə, burada şərhə ehtiyac yoxdur.
Mübaliğəsiz demək olar ki, bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir. Biz ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edirik. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın regionlararası əlaqələri səmərəli və dinamik inkişaf edir.
- Adətən, ticari-iqtisadi əlaqələr əməkdaşlığın hərəkətverici amili olur. Hazırda Azərbaycanla Rusiya arasında ticari-iqtisadi əlaqələrin dinamikası necədir?
- Ölkələrimizin bu sahədə qarşılıqlı fəaliyyəti barədə danışarkən vurğulamaq istəyirəm ki, Rusiya Azərbaycanın əsas ticari-iqtisadi tərəfdaşlarından biridir. Müstəqillik illərində ölkələrimiz arasında ticari-iqtisadi məsələlərə dair 40-dan çox müqavilə imzalanmışdır. 2013-cü ildə Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsi əvvəlki dövrlə müqayisədə 10 faiz artmışdır. Keçən il Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında üçüncü yeri tutmuşdur.
Azərbaycan ərazisində Rusiya kapitalı ilə 570 müəssisə fəaliyyət göstərir. Bu il iyunun əvvəlində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyi arasında qarşılıqlı anlaşma haqqında Memorandum imzalanmışdır. Şübhəsiz ki, bu sənəd ölkələrimiz arasında uzunmüddətli iqtisadi əlaqələrin daha da inkişafına və dərinləşməsinə kömək edəcək. Üstəlik, müştərək investisiya fondu yaradılması haqqında razılaşma var.
- Azərbaycan-Rusiya tərəfdaşlığı ilbəil genişlənir və sizin qeyd etdiyiniz kimi, iki ölkənin həyatının, demək olar ki, bütün sahələrini əhatə edir. Ticari-iqtisadi sahədə baş verən müsbət prosesləri qeyd edərkən, ictimai-siyasi və humanitar sahələr barədə də danışmamaq olmaz...
- Bəli, bu, xüsusi mövzudur. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında münasibətlər nümunə ola bilər. 2010-cu ili xatırlamaq kifayətdir. O vaxt Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Rusiyanın o vaxtkı Prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə Bakıda humanitar əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumu keçirilmiş, sonradan bu forum beynəlxalq status almışdır. Əlamətdar haldır ki, Bakı Beynəlxalq Humanitar Forumu hər il keçirilir, onun işində dünyanın elmi-mədəni və siyasi elitasının görkəmli nümayəndələri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və KİV əməkdaşları iştirak edirlər. Bu görüşlərdə müasir dövrün aktual problemləri müzakirə olunur.
Yəqin xatırlayırsınız, 2013-cü ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarının I Ümumdünya Forumu məhz Bakıda keçirilmiş, foruma dünyanın 30 ölkəsindən 400-dən çox qonaq gəlmişdi. Həmin tədbir Rusiyanın bu nüfuzlu ali məktəbinin məzunu olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə təşkil edilmişdi.
Fikir verdinizsə, mən "Bakı" sözünü deyərkən bir neçə dəfə "birinci", "ilk dəfə" sözlərini işlətdim. Bu sözlər, demək olar ki, möhkəm bağlanmışdır. Özünüz fikirləşin, Azərbaycanda Rusiya ili çərçivəsində keçirilən I Beynəlxalq Rus Kitabı Festivalı məhz Bakıda təşkil edilmişdir. Postsovet məkanında ilk Rus Kitabı Evi Bakıda açılmışdır, burada bakılılar və şəhərimizin qonaqları Rusiyanın aparıcı nəşriyyatlarının geniş çeşiddə kitab məhsulları ilə tanış olmaq üçün gözəl imkana malikdirlər. 2007-ci ildə Azərbaycan paytaxtı Birinci Beynəlxalq Mstislav Rostropoviç Festivalına uğurla ev sahibliyi etdi, görkəmli musiqiçiləri və məşhur kollektivləri bir səhnəyə topladı.
Bu cür mühüm tədbirlərin ilk dəfə məhz Bakıda keçirilməsi heç də təsadüfi deyil. Axı bizim respublikamız polietnik və polikonfessional ölkə olmaqla, multikulturalizm sahəsində çox böyük təcrübəsi və zəngin mədəni-mənəvi irsi ilə həmişə başqa xalqlara və dinlərə, bütün dünyanın müxtəlif mədəniyyətlərinə münasibətdə tolerantlıq nümayiş etdirmişdir. Buna görə də tamamilə qanunauyğun haldır ki, Cənubi Qafqazda etnik rusların ən çoxu Azərbaycanda yaşayır. Onlar öz identikliyini və mədəniyyətini, özünəməxsus dil və dini xüsusiyyətlərini qoruyub saxlamışlar. Yeri gəlmişkən, mühüm bir məqamı qeyd etmək istərdim: Azərbaycanda rus kəndlərinin adları dəyişdirilməmişdir. Məsələn, İsmayıllı rayonunda məşhur İvanovka kəndi, Gədəbəy rayonunda Slavyanka, Masallı rayonunda Kalinovka, Quba rayonunda Alekseyevka, Vladimirovka və bir sıra başqa kəndlər var. Bu faktlar, şübhəsiz ki, yerli rus əhalinin tarixi yaddaşına hörmətlə yanaşıldığına dəlalət edir.
Azərbaycan ilə Rusiya arasında ictimai-siyasi və humanitar münasibətlərin mühüm amillərindən biri respublikada rus dilinin qorunub saxlanması və inkişafıdır. Əlamətdar haldır ki, böyük Puşkinin dili bu günə qədər Azərbaycanda öz mövqeyini itirməmiş, milli təhsil sistemindən sıxışdırılıb çıxarılmamışdır. Tədrisin rus dilində aparıldığı təhsil müəssisələrinin və bu məktəblərdə təhsil alanların sayı buna əyani sübutdur. Belə ki, 327 orta təhsil müəssisəsində tədris Azərbaycan və rus dillərində, 16 məktəbdə isə yalnız rus dilində aparılır. Ölkəmizin 27 universitetində tədris prosesi iki dildə aparılır. Rus dilində təhsil alan şagirdlərin və tələbələrin sayı 100 min nəfərdən çoxdur. Qeyd etmək yerinə düşər ki, son illərdə həm orta, həm də ali məktəblərdə rus bölməsinə qəbulun artması müşahidə olunur.
Bakıda rus dilinin öyrənilməsi üzrə iri mərkəzlərdən biri - Bakı Slavyan Universiteti fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı açılmışdır, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Səməd Vurğun adına Rus Dram Teatrı çox populyardır. Rusiyanın bir sıra informasiya agentliklərinin Azərbaycanda müxbir məntəqələri vardır. Rus dilində 50-dən çox qəzet və jurnal nəşr edilir, külli miqdarda Rusiya dövri nəşrləri yayılır. Onu da qeyd etmək istəyirəm ki, "Bakinskiy raboçi" qəzetinə əlavə kimi Rusiya mətbuatının "Vesti iz Rossii" daycesti buraxılır.
Rus Pravoslav Kilsəsi rus icmasının mədəni və mənəvi irsinin, adət və ənənələrinin qorunub saxlanmasında mühüm rol oynayır. Respublikada bu kilsəyə dərin hörmətlə yanaşırlar. Keçən il Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsinin ərazisində Azərbaycan hökumətinin köməyi ilə tikilmiş Pravoslav Dini-Mədəni Mərkəzinin açılması buna əyani sübutdur.
- Müasir regionlararası əlaqələr yetərincə mürəkkəb inteqrasiya prosesidir. Bu proses iqtisadiyyat, sənaye, mədəniyyət, səhiyyə və başqa sahələri əhatə edir. Azərbaycan-Rusiya regionlararası əlaqələrinin inkişaf perspektivləri necədir?
- Rusiya ayrı-ayrı regionlardan ibarət çox böyük ölkədir. Federasiyanın hər bir subyektinin böyük sosial-iqtisadi potensialı var və o, xarici ölkələrlə, o cümlədən Azərbaycan ilə də birbaşa əlaqələr yaradılmasına ehtiyac duyur. Biz bu reallıqlardan çıxış edərək Rusiyanın müxtəlif regionları ilə birbaşa əlaqələrin qurulmasına böyük əhəmiyyət veririk.
Son illərdə bu sahədə çox ciddi dəyişikliklər baş vermişdir: regionların rəhbərlərinin ölkəmizə qarşılıqlı səfərləri çoxalmışdır, ikitərəfli münasibətlər kifayət qədər səmərəli inkişaf edir, mədəni mübadilə və s. fəallaşmışdır. Azərbaycan Moskva və Sankt-Peterburqla, Dağıstan və Tatarıstan respublikaları, Stavropol diyarı, Moskva, Həştərxan, Ulyanovsk, Sverdlovsk, Vladimir, Tambov, Volqoqrad vilayətləri və başqa regionlarla sıx əməkdaşlıq edir.
Əlamətdar haldır ki, iki ölkənin regionlararası əməkdaşlığı sürətlə inkişaf edir və coğrafiyası genişlənir. Hazırda Rusiya Federasiyasının 72 subyekti Azərbaycan ilə xarici iqtisadi əlaqələrə cəlb edilmişdir, 30 subyektlə hökumətlərarası sazişlər imzalanmışdır. Şübhəsiz ki, bu faktlar çox şeyə dəlalət edir.
- Yəqin ki, müştərək layihələrin həyata keçirilməsi də uğurlu regionlararası əməkdaşlıq üçün yaxşı amildir.
- Bəli, tamamilə haqlısınız. Heydər Əliyev Fondu tərəfindən Rusiyanın müxtəlif regionlarında bir sıra layihələr uğurla həyata keçirilmişdir. Yəqin yadınızda olar, Həştərxanda 11 nömrəli orta məktəbin yenidən qurulması işləri aparılmışdır; Heydər Əliyevə abidə ucaldılmış, onun adını daşıyan park açılmış, "Meçta" uşaq əyləncə şəhərciyi yaradılmış, Azərbaycan-Rusiya dostluğunun rəmzi olan piyada körpüsü istifadəyə verilmişdir. Lap yaxın vaxtlarda isə burada müqəddəs mələksima Knyaz Vladimirə abidə ucaldılmışdır.
Hazırda Heydər Əliyev adına məktəbin yaxınlığında uşaq bağçası inşa edilir. Dərin məmnunluq hissi ilə vurğulamaq istərdim ki, həştərxanlılar da bakılılara öz hədiyyələrini vermişlər - Həştərxan vilayətinin qubernatoru cənab Aleksandr Жilkinin Azərbaycana səfəri zamanı "Bakı-Həştərxan" parkının açılışı olmuşdur.
Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəhrəman şəhər Volqoqradda daha bir layihə həyata keçirilmiş - "Volqoqrad-Bakı" dostluq parkı salınmış, bu park qısa müddətdə şəhər sakinlərinin sevimli istirahət yerlərindən birinə çevrilmişdir. Parkda ümummilli lider Heydər Əliyevin barelyefi, habelə xatirə abidələri qoyulmuş, bu abidələrin üzərində Stalinqrad döyüşünün qəhrəmanlarının, o cümlədən Azərbaycanın görkəmli oğulları - iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun və Sovet İttifaqı Qəhrəmanı mayor Xıdır Mustafayevin adları əbədiləşdirilmişdir.
Azərbaycan Ulyanovsk şəhərindəki Nəriman Nərimanov meydanını yenidən qurmağı planlaşdırır. Ulyanovsk sakinləri isə "Milli kənd" layihəsi çərçivəsində Azərbaycan həyəti qurmağa hazırlaşırlar. Yeri gəlmişkən, Rusiyanın bu şəhərində də Heydər Əliyevə abidə qoyulmuşdur. Tezliklə Ulyanovsk məktəblərindən birinə Azərbaycanın Ümummilli Liderinin adı veriləcək. Əlbəttə, bu, görülən və görüləcək işlərin heç də tam siyahısı deyil.
Qeyd etmək lazımdır ki, yuxarıda adları çəkilən layihələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva çox böyük rol oynamışdır. O, Rusiyanın Azərbaycan diasporunun nümayəndələrini cəlb etməklə xalqlarımız arasında mədəni və dostluq əlaqələrinin möhkəmlənməsi üzrə böyük iş aparır, dahi babası, Azərbaycan xalqının Ümummilli Lideri, Azərbaycan-Rusiya münasibətlərinə həmişə çox böyük əhəmiyyət verən Heydər Əliyevin işini layiqincə davam etdirir.
Sonda qeyd etmək istərdim ki, qarşıda çox maraqlı ideyalarımız və layihələrimiz var. Biz müxtəlif sahələrdə imkanlarımızdan və potensialımızdan istifadə etməklə regional səviyyədə əməkdaşlığı bundan sonra da fəal inkişaf etdirəcəyik.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ